Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-85/2021 14.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən е t d i: Naxçıvan Şəhər Məhkəməsinə 01 iyul 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən ünvan 1 ünvanında yerləşən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasına məxsus, VÖEN nömrəsi **********, hüquqi adresi ünvan 1 olan Şəxs ünvanına Türkiyə Respublikasından 76DC954 nömrəli yük nəqliyyat vastəsi ilə daxil olmuş və Naxçıvan Şəhər Gömrük İdarsində **********5654 sorğu nömrəli 18.06.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən yüklərə baxış keçirilən zaman mal müşaiət sənədləri ilə rəsmiləşməyə təqdim olunmuş mallar eyniləşdirilərkən Türkiyə Respublikasından idxal olunan 4 (dörd) ədəd, ümumi dəyəri 600 ABŞ dolları, çəkisi 300 kq olan eyni növ kimi göstərilən qaz ocaqlarının müxtəlif növ qaz ocağı olduğu, 1 (bir) ədəd, dəyəri 180 ABŞ dolları, çəkisi 400 kq olan 7 lt mikser kimi göstərilən malın 60 lt mikser olduğu məlum olmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq barəsində icraat aparılan hüquqi şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş 18.06.2021-ci il tarixli “yoxlama haqqında” protokoldan görünür ki, Şəxs MMC tərəfindən 76DC954 nömrə nişanlı avtomaşınla daxil olmuş yüklərə aid gömrük orqanlarına təqdim olunmuş mal müşayiət sənədləri ilə rəsmiləşməyə təqdim olunmuş mallar eyniləşdirilərkən Türkiyə Respublikasından idxal olunan 4 (dörd) ədəd, ümumi dəyəri 600 ABŞ dolları, çəkisi 300 kq olan eyni növ kimi göstərilən qaz ocaqlarının müxtəlif növ qaz ocağı olduğu, 1 (bir) ədəd, dəyəri 180 ABŞ dolları, çəkisi 400 kq olan 7 lt mikser kimi göstərilən malın 60 lt mikser olduğu məlum olmuşdur. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əmtəəşünaslıq ekspertlərinə həvalə edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2021-ci il tarixli, 150 nömrəli ekspert rəyinə əsasən 01 ədəd “Karacasan KSN-60” markalı qaz ocağının 300 (üç yüz) manat, 01 ədəd “İNOKSAN 1YG 200m” markalı qaz ocağının 340 (üç yüz qırx) manat, 01 ədəd “AKCAN akc 1G-2” markalı qaz ocağının 270 (iki yüz yetmiş) manat, 01 ədəd “AKCAN 2G-0” markalı qaz ocağının 290 (iki yüz doxsan) manat , təqdim olunmuş 01 ədəd “Öztiryakilər OM 60” markalı mikserin istehsal olunduğu ölkədəki pərakəndə bazar qiymətinin 4260 (dörd min iki yüz altmış) manat, 01 ədəd “Öztiryakilər” markalı 7 lt mikserin istehsal olunduğu ölkədəki pərakəndə bazar qiymətinin 310 (üç yüz on) manat həcmində olduğu müəyyən edilmişdir. Şəxs adından 01 iyun 2021-ci il tarixdə verilmiş, 01 yanvar 2022-ci il tarixədək qüvvədə olan etibarnamə əsasında X2 Şəxsnə daxil olan yüklərin və müşayiət edən yük sənədləri təhvil alınması, göndərilməsi və digər yük əməliyyatlarının aparılması, bununla bağlı bütün zəruri rəsmiləşdirmə, imza üçün səlahiyyət, sənədləşmə və hesablaşma işlərinin həyata keçirilməsi verilmişdir. İş materiallarını nəzərdən keçirən zaman məlum olmuşdur ki, Şəxs nümayəndəsi X3 29 iyun 2021-ci il tarixli 20000-0006/21 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Gömrük İdarəsinin Gömrük əməliyyatları şöbəsinin inspektoru tərəfindən tərtib edilmiş 34/130/0609 nömrəli, 19 iyun 2021ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikasına məxsus, VÖEN nömrəsi **********, hüquqi adresi ünvan 1 olan Şəxs ünvanına Türkiyə Respublikasından 76DC954 nömrəli yük nəqliyyat vastəsi ilə daxil olmuş və Naxçıvan Şəhər Gömrük İdarəsində **********5654 sorğu nömrəli 18.06.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən yüklərə baxış keçirilən zaman mal müşayiət sənədləri ilə rəsmiləşməyə təqdim olunmuş mallar eyniləşdirilərkən Türkiyə Respublikasından idxal olunan 4 (dörd) ədəd, ümumi dəyəri 600 ABŞ dolları, çəkisi 300 kq olan eyni növ kimi göstərilən qaz ocaqlarının müxtəlif növ qaz ocağı olduğu, 1 (bir) ədəd, dəyəri 180 ABŞ dolları, çəkisi 400 kq olan 7 lt mikser kimi göstərilən malın 60 lt mikser olduğu məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hazırki iş üzrə inzibati xəta hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs - malları gömrük ərazisinə gətirən hüquqi şəxsin nümayəndəsi tərəfindən törədilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin 35 faizi miqdarında cərimə edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117- ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin yəni 5460 (beş min dörd yüz altmış) manatın 35 faizi miqdarında, yəni 1911 (bir min doqquz yüz on bir) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-85/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-85/2021
14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver