Məhkəmə qərarları › İş №3(078)-85/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-85/2022

17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-85/2022 17.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, 3 uşaq atası, ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olub, Naxçıvan şəhəri Kalbalıxan ev 51 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Vətəndaş Şəxs 15 avqust 2022-ci il tarixdə saat 19:45 radələrində Naxçıvan şəhəri, H.Əliyev prospektində Hundai Tucson markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilllə hərəkətdə olarkən nəqliyyat vasitəsinin istismarı qaydasını pozduğundan X6 İdarəsinin yol patrul xidməti bölüyünün yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən saxlanılaraq sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin sürücü sənədləri təqdim etməkdən imtina edərək polisin qanuni tələbinə qəsdən tabe olmayaraq avtomobili saxlanılan yerdən sürərək uzaqlaşmış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında 15 avqust 2022-ci il tarixdə saat təxminən 20:00 radələrində özünə məxsus Hundai Tucson markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilllə H.Əliyev prospektində hərəkətdə olarkən X6 İdarəsinin əməkdaşı BMW markalı avtomobillə ona sayrışan işıqla işarə etmış, o da nəqliyyat vasitəsini yolun sağına verərək saxlamışdır. YPX-nin əməkdaşı yaxınlaşıb özünü təqdim etmiş və ona saxlanılma səbəbi kimi nəqliyyat vasitəsinin istismarı qaydasını pozulması ilə bağlı olduğunu, yəni nəqliyyat vasitəsinə qadağan olunmuş şüşələrdən istifadə etdiyini bildirmiş, o da cavabında nəqliyyat vasitəsinin zavoddan gəlmə bu cür olduğunu demişdir. Polis əməkdaşı sənədləri təqdim edilməsini xahiş etsə də, sənədləri təqdim etməkdən imtina etmiş və polis əməkdaşına “cəriməni yazıb ünvana göndərin” demiş və hüzr yeri olduğu üçün hirsli olduğundan maşının sürərək oradan uzaqlaşmış, polis əməkdaşı ona dur əmri versə də, dayanmayıb getmişdir. Bir qədər sonra polis əməkdaşları onun yaşadığı ünvana gələrək onu Naxçıvan Şəhər Polis İdarəsinə gətiridiyini bildirib onun barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 15 avqust 2022-ci il tarixdə saat 19:45 radələrində Naxçıvan şəhəri, H.Əliyev prospektində Hundai Tucson markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilllə hərəkətdə olarkən nəqliyyat vasitəsinin istismarı qaydasını pozduğundan X6 İdarəsinin yol patrul xidməti bölüyünün yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən saxlanılaraq sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin sürücü sənədləri təqdim etməkdən imtina edərək polisin qanuni tələbinə qəsdən tabe olmayaraq avtomobili saxlanılan yerdən sürərək uzaqlaşmış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə baxışı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR X3 Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 132 nömrəli arayışa əsasən Şəxs sağlamdır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Məhkəmədə işə baxılarkən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, inzibati həbs olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs olunsun.

2. Həbs olunmanın əvvəli 17 avqust 2022-ci il tarixdən hesablansın.

3. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin.

4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar