Məhkəmə qərarları › İş №3(078)-85/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-85/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-85/2023 22.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1988-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, “Naxçıvan Şəhər Ticarət və Xidmət Departamenti” publik hüquqi şəxsinin tabeliyində olan “Mərkəzi Bazarda”da, mühafizəçi vəzifəsində işləyən, ailəli, 4 uşaq atası, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1286/2016 nömrəli, 07 oktyabr 2016-cı il tarixli məhkəmə əmrinin surətinə əsasən, xx xxxxxxx 1988-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan borclu Şəxs aylıq qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsinin aliment qismində 05 oktyabr 2016-cı il tarixdən tutularaq, 07 avqust 2009-cu il təvəllüdlü X2 və 04 aprel 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 13 may 1990-cı il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan tələbkar X4 xeyrinə ödənilməsi və Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi əmr edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1036/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən, Naxçıvan Şəhər Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli, 2(078)-1286/2016 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, cavabdeh Şəxs hər ay sabit məbləğdə bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, iki uşaq üçün ümumilikdə 220 (iki yüz iyirmi) manat miqdarında alimentin tutularaq, 07 avqust 2009-cu il təvəllüdlü X2 və 04 aprel 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X5 ödənilməsi, alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması və Şəxs 17.10 (on yeddi manat on qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. İş üzrə icraata 15 dekabr 2022-ci il tarixdə başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, 2000 (iki min) manat məbləğində borc yaranmış, beləliklə, Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq qərarın icrasını yerinə yetirmədiyini, yaranmış borcunu ödəmədiyini bildirmiş, buna səbəb kimi işsiz olduğundan maddi vəziyyətinin aşağı olmasının səbəb olduğunu, 2003-cü ildən 2022-ci ilin aprel ayınadək hərbi qulluqçu kimin xidmət etdiyini, aprel və ikinci Qarabağ müharibəsi iştirakçısı olduğunu, öz istəyi ilə ordudan təxris olunduğunu, 2016-cı ildə Çinarə Xəlilovadan ayrıldığını, iki uşağa aliment ödənilməsinin müəyyən olunduğunu, ikinci ailəsindən 2021-ci ildə ayrıldığını, iki uşağa görə aliment müəyyən olunduğunu, ümumilikdə hər ay 440 manat aliment öhdəliyinin olduğunu, yenidən ailə qurduğunu, yoldaşının xəstə olduğunu, ailədə tək qazanc gətirən olduğunu, 10 yanvar 2023-cü ildə iş tapdığını, 359 manat əmək haqqı aldığını, borcunu ödəyə bilmədiyini, evlərinin satılması üçün elan verdiklərini, əməlindən çox peşman olduğunu, mümkün qədər tez müddət ərzində borcunu ödəməyə başlayacağını bildirərək ona yüngül tənbeh verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1286/2016 nömrəli, 07 oktyabr 2016-cı il tarixli məhkəmə əmrinin surətinə əsasən, xx xxxxxxx 1988-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan borclu Şəxs aylıq qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsinin aliment qismində 05 oktyabr 2016-cı il tarixdən tutularaq, 07 avqust 2009-cu il təvəllüdlü X2 və 04 aprel 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 13 may 1990-cı il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan tələbkar X4 xeyrinə ödənilməsi və Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi əmr edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 04 aprel 2018-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. 07 dekabr 2022-ci il və 19 yanvar 2023-cü il tarixli yazılı xəbərdarlıqların surətinə əsasən, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs gələcəkdə borcun ödənilməməsinə görə qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. 13 dekabr 2022-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1036/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə, Naxçıvan Şəhər Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli, 2(078)- 1286/2016 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi, cavabdeh Şəxs hər ay sabit məbləğdə bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, iki uşaq üçün ümumilikdə 220 (iki yüz iyirmi) manat miqdarında alimentin tutularaq 07 avqust 2009-cu il təvəllüdlü X2 və 04 aprel 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X5 ödənilməsi, alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması və Şəxs 17.10 (on yeddi manat on qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 15 dekabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. 06 yanvar, 13 yanvar, 19 yanvar və 14 fevral 2023-cü il tarixli yazılı xəbərdarlıqların surətinə əsasən, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs gələcəkdə borcun ödənilməməsinə görə qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi peşmançılığı, 4 uşağının olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq, onun barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar