Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-86/2020 24.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: xx xxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində Şəxs üzərindən istifadə etmək üçün 0.13 (sıfır tam yüzdə on üç) qram olan ağ rəngli, kristal və tozşəkilli hissəciklərdən ibarət maddəpsixotrop maddə- metamfetamingötürülmüş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında xx xxxxxx 2020-ci il tarixdə saat 09:00 radələrində evdən çıxaraq dostu Azadla “Cahan” Ticarət Mərkəzinin bazarında görüşdüyünü, Azadla söhbət edərkən bir nəfərin onlara yaxınlaşdığını, şəxsin danışığından onun İran İslam Respublikası vətəndaşı olduğunu bildiyini, söhbət əsnasında həmin şəxsin adını “şüşə” olaraq bildikləri metanmfetamin olduğunu bildirərək onlara bükümü 20 manata sata biləcəyini dediyini, həmin şəxslə razılaşdıqlarını, lakin üzərində pul olmadığı üçün Azada “sən pulu ver, sonra mən sənə qaytararam” dediyini, bükümləri həmin şəxsdən alaraq ciblərinə qoyduqlarını, Azadın da maddəni istifadə etmək üçün mağazanı bağlayaraq qapalı məkan axtarmağa başladıqlarını, həmin vaxt Azadın ona “mənim pulumu bu gün çatdırmalısan” dediyi üçün aralarında mübahisə yarandığını, təqribən 5 dəqiqə sonra mülki geyimli bir nəfərin onlara yaxınlaşaraq özünü polis əməkdaşı olaraq təqdim etdiyini, və onları Naxçıvan MR Daxili İşlər Nazirliyinə apardıqlarını, orada hal şahidlərinin iştirakı ilə üzərindən psixotrop vasitəni aşkar etdiklərini bildirmişdir. Şəxs etdiyi hərəkətə görə peşman olduğunu bildirmiş və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə araşdırması zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. Məhkəmə baxışında şahid X2 izahatında təmizlik idarəsi işçisi olduğunu, bazar günü işlədiyi vaxt bir nəfər polis əməkdaşının ona yaxınlaşaraq hal şahidi olaraq iştirak etməsini təklif etdiklərini, təklifi qəbul etdiyini, yoldaşı ilə birlikdə içəri girdiyini, həmin vaxt şəxsin cibindən bir bükülü çıxarıldığını, tərəziyə qoyub çəkildiyini bildirdi. Məhkəmə baxışında şahid X3 digər hal şahidinin bildirdiklərini təsdiq etdi. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 196/20 nömrəli ekspert arayışına əsasən Şəxs üzərindən götürülmüş təmiz çəkisi 0.13 (sıfır tam yüzdə on üç) qram olan ağ rəngli, kristal və tozşəkilli hissəciklərdən ibarət maddə psixotrop maddə- metamfetamindir. İş üzrə Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 808 nömrəli arayışa əsasən Şəxs epizodik formada metamfetamin qrup maddələrindən istifadə etdiyindən və hazırda abstinensiya əlamətləri olmadığına görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə akademik Z.Əliyeva adına Naxçıvan şəhər poliklinikası PHŞ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 3216 nömrəli məktuba əsasən Şəxs sağlamdır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almışdır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta əməli törətdiyini, onun səmimi etirafını yüngülləşdirici hal kimi nəzərə almışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir. İş üzrə inzibati qaydada tutma protokolundan aydın olur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə tutulmuşdur. Lakin inzibati xəta törətmiş şəxs Şəxs izahatından və hal şahidlərinin izahatından şəxsin xx xxxxxx 2020-ci il tarixdən saxlanıldığı müəyyən edilmişdir. Odur ki, məhkəmə tətbiq ediləcək inzibati həbsin əvvəllinin onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx xxxxxx 2020-ci il tarixdən hesablanması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “04” mart 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir”. Məhkəmə maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Şəxs götürülmüş və maddi sübut Naxçıvan MR Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanılması kamerasına saxlanılan xalis çəkisi 0.13 (sıfır tam yüzdə on üç) qram olan ağ rəngli, kristal və tozşəkilli hissəciklərdən ibarət maddə psixotrop maddə- metamfetamin müsadirə edilməli və məhv edilməlidir. Məhv etmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə əsasən yaradılmış komissiyası tərəfindən həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 35 (otuz beş) gün müddətinə inzibati qaydada həbs edilsin.
2. Həbsin müddəti xx.xx.2020-ci il tarixdən hesablansın.
3. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin.
4. İnzibati iş üzrə maddi sübut олan və hazırda Naxçıvan MR Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanılması kamerasında saxlanılan xalis çəkisi 0.13 (sıfır tam yüzdə on üç) qram olan ağ rəngli, kristal və tozşəkilli hissəciklərdən ibarət maddə psixotrop maddə- metamfetamin müsadirə edilsin və qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin.
5. Məhv etmə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 32-ci maddəsinə əsasən yaradılmış komissiya tərəfindən həyata keçirilsin.
6. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.
Sədrlik edən: Gülnar Səfərəliyeva