Məhkəmə qərarları › İş №3(078)-86/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-86/2022

18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-86/2022 18.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Naxçıvan şəhərində doğulmuş (FİN xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 2 uşaq atası, orta təhsilli, “Cahan Servis”də maşın ustası işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 18 avqust 2022-ci il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli PB-nin öolis sahə inspektoru X5 tərəfindən tərtib edilmiş 18 avqust 2022-ci il tarixli 009843 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 18 avqust 2022ci il tarixdə saat 10 radələrində Naxçıvan şəhərində köhnə bazar adlanan bazarda ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində özünə məxsus Vaz 2107 markalı avtomobillə Naxçıvan şəhər Ş.İ.Xətai küçəsində yerləşən Köhnə bazar adlanan bazardan evinə ərzaq almaq üçün getmiş, qayıdarkən maşına əyləşib bazarın yol hissəsindən keçən zaman maşınların arasından bir nəfərin anidən qarşısına çıxmış o da əyləci basaraq maşını saxlamışdır. Həmin şəxslə aralarında uca səslə mübahisə yaranmış əsəbi olduğu üçün uca səslə səs-küy salaraq ictimai qaydanı pozmuş, bu zaman ərazidə xidmət aparan polis əməkdaşının yaxınlaşaraq onu nizam-intizama dəvət etmişdir. Əsəbi vəziyyətdə olduğu üçün belə bir hərəkət etdiyindən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində ifadə verən X3 xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Naxçıvan şəhər Ş.İ.Xətai küçəsində yerləşən Köhnə bazar adlanan bazardan evinə ərzaq alan zaman 2 nəfər tanımadığı şəxsin küçədə ucadan mübahisə edərək səs-küy saldığını, bu zaman ərazidə xidmət aparan polis əməkdaşının yaxınlaşaraq onları nizam-intizama dəvət etdiyini bildirdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli PB-nin öolis sahə inspektoru X5 tərəfindən verilən raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə xidməti ərazisində xidməti vəzifələrini yerinə yetirən zaman 2 nəfərin səs-küy salaraq ucadan danışdığını gördüyü üçün həmin şəxslərə yaxınlaşıb onlara etdiyi hərəkətə görə iradını bildirərək onu nizam-intizama dəvət etmişdir. Həmin şəxsləri Bölməyə gətirmişdir. Məlum olmuşdur ki, ictimai qaydanı pozan şəxslər ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan X6 və Naxçıvan şəhəri Sabir, döngə 6, ev 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxsdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. İş üzrə Naxçıvan MR ƏƏSM Nazirliyinin Dövlət Məşğulluq Agentliyi phş Naxçıvan şəhər Məşğulluq Mərkəzi tərəfindən 18 avqust 2022-ci il tarixdə verilmiş 156 nömrəli arayışa əsasən Hümbətov X1 qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş üzrə Naxçıvan MR DSMF phş Naxçıvan şəhər İdarəsi tərəfindən 18 avqust 2022-ci il tarixdə verilmiş 512 nömrəli arayışa əsasən Şəxs İdarədə qeydiyyatda deyil və heç bir növ pensiya almır. İş üzrə Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası phş tərəfindən 18 avqust 2022-ci il tarixdə verilmiş 2720 nömrəli tibbi arayışa əsasən Şəxs həmin tarixdə tibbi müayinədən keçirilmiş və o, praktiki sağlamdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 18 avqust 2022-ci il tarixdə saat 10:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə işə baxılarkən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal-inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsidir. İş üzrə məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də inzibati həbsin əvvəli 18 avqust 2022-ci il tarixdə saat 10:10-dan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnsibati həbsin əvvəli 18 avqust 2022-ci il tarixdə saat 10:10-dan hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X4 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar