Məhkəmə qərarları › İş №3(078)-86/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-86/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-86/2023 23.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxxxx 1967-ci ildə Naxçıvan şəhərində anadan olmuş FİN: xxxxxxx, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli 4 uşaq atası, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 334.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:59 radələrində sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə etmək hüququ olmadığı halda idarə etdiyi özünə məxsus ANAMİ markalı 75-A-123 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə-motosikletlə Naxçıvan şəhəri Qaraxanbəyli kəndi istiqamətindən Azərbaycan küçəsi ilə Ə.Qəmküsar küçəsinin kəsişməsindəki yolayrıcı istiqamətində hərəkət edib yolayrıcında sola dönmə əməliyyatını yerinə yetirərkən Azərbaycan küçəsindən Qaraxanbəyli kəndi istiqamətində düzünə hərəkət edən sürücü X1 idarə etdiyi Nissan Sunny markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi ilə toqquşmuş, toqquşmadan sonra motosiklet sağ yanı üstə çevrilib aşmış və nəticədə Şəxs aldığı xəsarətlə Naxçıvan Muxtar Respublikası Xəstəxanasına aparılmış, baş verən yol-nəqliyyat hadisəsi Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində araşdırılmış, cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onun tərəfindən törədilən nəqliyyat hadisəsi araşdırılmış və qarşı tərəfin avtomobilinə zərər vurulması müəyyən edilmişdir. Nəqliyyat hadisəsi nəticəsində özü az ağır xəsarət almışdır. Buna görə də cinayət işinin başlanması rədd edilmiş və inzibati protokol tərtib edilmişdir. Əməlini etiraf edir. Sərxoş olduğu vaxt bu əməli törətmişdir. Ailə vəziyyətini, xəstəliyini nəzərə alıb ona həbslə bağlı olmayan tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, baş verən yol nəqliyyat hadisəsi araşdırılmış və nəticədə cinayət işinin başlanması rədd edilmişdir. O, avtomobillə hərəkətdə olarkən motosikletin sürücüsü Şəxs avtomobilin qabaq tərəfi ilə toqquşmuşdur. o demək olar ki, xəsarət almamışdır. Ancaq motosikletin sürücüsü Şəxs ağır xəsarət almış və eyni zamanda sərxoş olmuşdur. Onun idarə etdiyi avtomobilə ustanın hesablamasına görə 6000 (altı min) manat yaxın ziyan dəymişdir. Nə ziyan ödənilir, nə də avtomobili təmir edilir. Qeyd edilənlərin nəzərə alınıb qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin tərkibi vardır. Şəxs əməli işdə olan xx.xx.2023-cü il tarixdə tərtib olunmuş İPX seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla tam sübuta yetir. Belə ki, iş materiallarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:59 radələrində sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə etmək hüququ olmadığı halda idarə etdiyi özünə məxsus ANAMİ markalı 75-A-123 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə-motosikletlə Naxçıvan şəhəri Qaraxanbəyli kəndi istiqamətindən Azərbaycan küçəsi ilə Ə.Qəmküsar küçəsinin kəsişməsindəki yolayrıcı istiqamətində hərəkət edib yolayrıcında sola dönmə əməliyyatını yerinə yetirərkən Azərbaycan küçəsindən Qaraxanbəyli kəndi istiqamətində düzünə hərəkət edən sürücü X1 idarə etdiyi Nissan Sunny markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi ilə toqquşmuş, toqquşmadan sonra motosiklet sağ yanı üstə çevrilib aşmış və nəticədə Şəxs aldığı xəsarətlə Naxçıvan Muxtar Respublikası Xəstəxanasına aparılmış, X1 idarə etdiyi Nissan Sunny markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. İş materiallarında olan məqliyyat vasitələrinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli Aktlardan görünür ki, ANAMİ markalı 75-A-123 dövlət qeydiyyat nişanlı motosiklet Naxçıvan şəhər DYPİ-nin duracağına yerləşdirilmişdir. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X4 alınmış xx.xx.2023-cü il tarixli 38 saylı ekpert rəyindən görünür ki, Şəxs bədənində sağ təpə nahiyyəsində yara, sağ baldır hər iki sümüklərin sınığı küt əşyanın təsirindən törəndiyi, avto-qəza zamanı yarana bildiyi, xəsarətin yetirilmə müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan “Az ağır” dərəcəli bədən xəsarətlərinə aiddir. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 111 nömrəli rəyindən aydın olur ki, ANAMİ markalı 75-A- 123 dövlət qeydiyyat nişanlı motoskiletin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin Qanunun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisəni almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələbinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıda düzünə və sağa gedən nəqliyyat vasitəsinə yol verməlidir. Nissan Sunny markalı **-BC-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2023-cü il tarixli 1144 nömrəli aktdan aydın olur ki, X2 alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2023-cü il tarixli 1143 nömrəli aktdan aydın olur ki, Şəxs 1.14 % alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 06 yanvar 2023-cü il tarixli protokoldan aydın olur ki, X3 məxsus olan nəqliyyat vasitəsində qabaq kapotun əzilməsi, buferin qırılması, qabaq faraların qırılması, qabaq padpirisin sınması mövcuddur. İş materiallarında olan yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 05 yanvar 2023-cü il tarixli protokoldan aydın olur ki, baş vermiş yol nəqliyyat hadisəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, hadisə yerinin sxemi çəkilmişdir. İş materiallarında olan video görüntülərə baxış keçirilməsi haqqında 23 yanvar 2023cü il tarixli protokoldan aydın olur ki, baş vermiş yol nəqliyyat hadisəsi “Təhlükəsiz Şəhər” kamera sistemləri vasitəsilə qeydə alınmış video görüntülərə baxış keçirilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat bölməsinin təhqiqatçısı polis leytenantı X6 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində inzibati xətanın tərkib əlamətləri mövcud olduğundan inzibati icraata başlanması üçün Naxçıvan Şəhər Polis İdarəsinin DYPB-nə göndərilməsi və hadisə nəticəsində maddi ziyan vurulmuş Nissan Sunny markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü X3 qaytarılması barədə qərar qəbul etmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 23 fevral 2023-cü il tarixdə verilmiş 596 nömrəli arayışa əsasən Məmmədov X7 qeydiyyatda durmur və heç bir növ müavinət və təqaüd almır. Naxçıvan Muxtar Respublikası Xəstəxanası publik hüquqi şəxsi tərəfindən 23 fevral 2023-cü il tarixdə verilmiş 174 nömrəli tibbi arayışa əsasən Şəxs travmatologiya şöbəsinə “tibia (sağ) proksimal metafizdən keçən lateral platonun qəlpəli sınığı və fibula boynun sınığı” diaqnozu ilə daxil olmuş, gips sarğısı edilmiş və ambulator müalicəyə göndərilmişdir. Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 10 nömrəli arayışa əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:01 radələrində sağ baldırın sümüklərinin sınıqları diaqnozu ilə xəstəxananın travmotologiya şöbəsinə daxil olmuş, stasionar müalicəyə götürülmüş, xəstə cərrahi əməliyyatdan imtina etdiyi üçün gips sarğısı qoyulmuş və xx.xx.2023-cü il tarixdə saat 16:30-da evə yazılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə əzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 334.3-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-cü maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı dispozitiv şərtləri özündə ehtiva edir. İXM-in 334.1-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dispozitiv şərtləri tənzimləyir. Həmin Məcəllənin 334.3-cü bəndi göndərici dispozisiya olmaqla həmin Məcəllənin 334.1-ci maddəsinin dispozisiyasında göstərilən hallara göndərir və bu bənddə göstərilir ki, bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33.3-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs sərxoş olması məsuliyyətini ağrılaşdıran hal olsa da təqsirli bilindiyi İXM-in 334.3-cü maddəsinin tərkib əlaməti kimi nəzərdə tutulduğundan məsuliyyəti ağırlaşdıran hal kimi təkrar nəzərə alına bilməz, ona görə də onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Tənbeh məsələsinə gəldikdə məhkəmə hesab edir ki, inzibati təhbeh təyin edərkən, onun əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli həddə və növdə inzibati təhbeh təyin edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs ambulator müalicəyə göndərilməsi barədə tibbi arayış nəzərə alınmalı və ona cərimə növündə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati qaydada tutma haqqında 0346 nömrəli protokoldan görünür ki, Şəxs 23 fevral 2023-cü il tarixdə saat 10:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlirə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib, 600 (altı yüz) manat miqdarında cərimə edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib, 600 (altı yüz) manat miqdarında cərimə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar