Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-86/2024 08.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakı ilə, xx.xx.1981-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, ali təhsilli, mühafizə işləyir, Naxçıvan şəhəri, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: İddiaçı X1 cavabdeh Şəxs qarşı pul tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-234/2023 nömrəli 08 may 2023-cü il tarixli qərardadı əsasında verilmiş xx.xx.2023cü il tarixli icra vərəqəsinə əsasən icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələr aparmamış, beləliklə məhkəmə qərarlarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmiş və icra sənədi üzrə 2100 manat borcu yaranmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, işləmədiyi və maddi imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş 23 avqust 2023-cü il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-234/2023 nömrəli 08 may 2023-cü il tarixli qərardadı ilə iddiaçı X1 cavabdeh Şəxs qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçı X3 ilə cavabdeh Şəxs arasında bağlanmış 08 may 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir: X3 ilə cavabdeh Şəxs arasında pul borcu 25000 (iyirmi beş min) manat müəyyən edilir; Şəxs 25000 (iyirmi beş min) manat məbləğində pulun könüllü olaraq X2 ödənilməsini öhdəsinə götürür; Şəxs bu sazişi təsdiq edən məhkəmə qərardadının qəbul edildiyi tarixdən, sazişin 1.3-cü bəndində qeyd edilən məbləğləri tam həcmdə ödəməyi öhdəsinə götürür; Tərəflər razılaşaraq təsdiq edirlər ki, 25000 (iyirmi beş min) manat məbləğində pulu Şəxs, X2 hər ayın 20-sindən gec olmayaraq 300 (üç yüz) manat məbləğində pulu ödəməyi öhdəsinə götürür. İddiaçı X3 ilə cavabdeh Şəxs arasında bağlanmış 08 may 2023-cü il tarixli barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyindən mülki iş üzrə icraata xitam verilsin. İddiaçı X3 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 180 (yüz səksən) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2023-cü il tarixdə icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilmişdir. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öhdəliyin məhz pul öhdəliyi olduğunu və bu günə qədər onun tərəfindən icra ödənişinin düzgün və vaxtında aparılmadığını nəzərə alaraq barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 08 fevral 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X5 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №3(078)-86/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-86/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver