Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-87/2024 09.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 və zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.2005-ci ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, subay, “İçərişəhər” restoranında qəlyançı işləyən, ünvan 1 ünvanında qeydiyyata olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinə 09 fevral 2024-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə təqsirləndirilməsinə dair 25 yanvar 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 25 yanvar 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 03:50 radələrində idarə etdiyi “Daımler Chrysler E220” minik markalı, ** BR *** dövlət nömrə nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmiş və zərər çəkmiş şəxsə maddi zərər vurmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında yanvar ayının 3-ü baş verdiyini, “İçərişəhər” restoranında işlədiyini, Fəridgilin gəldiyini, yeyib-içdiklərini, sürücülük vəsiqəsinin olmadığını, ayın axırı sürücülük vəsiqəsi alacağını, Fəridgilə zarafatla “avtomobili mən sürüm” dediyini, onlarında bunu ciddi qəbul etdiklərini, normal qaydada avtomobili idarə etdiyini, Qaraxanbəyli yolunda Murad adlı şəxsin onu sağa sıxışdırdığını, avtomobili üzərinə sürdüyünü, beləliklə də qəza törəndiyini, dəymiş ziyanın 5000 manata yaxın olduğunu qəbul etdiyini, ödəməyə gücünün çatmadığını, maddi imkanının olmadığını, zərəri qəbul etdiyini, avtomobilin ön hissəsinin əzildiyini, bir daha sürücülük vəsiqəsini almadan avtomobil idarə etməyəcəyini, özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, əməlinin qanuna zidd əməl olduğunu bildiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında hadisəni bilmədiyini, avtomobilin mülkiyyətçisi olduğunu, ümumi etibarnamə ilə avtomobili idarə etmək üçün Raul adlı şəxsə verdiyini, Raulun isə etibarnamə əsasında həmin avtomobili Fərid adlı şəxsə verdiyini, nəticədə də qeyd olunan hadisənin baş verdiyini, bu barədə özünün məlumatı olmadığını, avtomobili görmədiyini, avtomobilə nə qədər ziyan dəydiyini bilmədiyini, ancaq avtomobilə ciddi ziyan dəydiyinin deyildiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında şahid X10 izahatında Şəxs tanımadığını, X6 ilə qonşu olduqlarını, avtomobili 2 ay qabaq X7 kreditlə satdığını, ilkin ödəniş olaraq 3000 manat ödədiyini, qalanını isə hər ay 350 manat verməklə razılaşdıqlarını, Fəridin iki aydır aylıq ödənişi ödəmədiyini, əvvəlcə hadisəni dediyini, “maşını vurmuşam” dediyini, pulu düzəldib verəcəyini dediyini, sonradan isə Fəridin “maşını mən yox xanım vurub” dediyini bildirdi. Мəhkəmə iclasında şahid X11 izahatında avtomobili Şəxs idarə etdiyini, Murad adlı şəxsin sağ-sol etdiyini, bunu qəsdən edib-etmədiyini bilmədiyini, onun da sağ-sol etdiyini, Şəxs idarəetməni itirdiyini və hadisənin baş verdiyini, avtomobilə ciddi ziyan dəydiyini bildirdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9 hadisə yerində avtomobili gördüyünü, əvvəlcə Şəxs sürdüyünü demədiklərini, gizlətdiklərini, Şəxs Murad adlı şəxsin avtomobilində oturduğunu, sonra avtomobili Şəxs idarə etdiyini öyrəndiyini, avtomobillərdən birinə zərər dəydiyi üçün birini dayanacağa yerləşdirdiklərini, qiymətləndirmənin servisdə aparıldığını bildirdi. Məhkəmə inzibati xəta haqqında işi araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi vardır. Ona görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan 25 yanvar 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokoldan aydın olur ki, Şəxs 03 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Nəqliyyat vasitəsinə baxış haqqında protokol”dan görünür ki, “Mercedes” markalı, “Benz” tipli, minik modeli, ** BR *** dövlət qeydiyyat nişanlı, WDB1240221C260685 VİN olan avtonəqliyyat vasitəsinin ön sol hissəsinə, sol və sağ ön təkərinə ziyan vurulmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 23 nömrəli məktubdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsində ambulator olaraq tibbi müayinədən keçmiş və onda “Praktiki sağlam”- diaqnozu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş X2 Şəhadətnaməsinin surətindən görünür ki, “Daımler Chrysler E220” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 03 iyul 2023-cü il tarixdə X3 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş “Elektron notariat” X1 çıxarışdan görünür ki, 06 avqust 2023-cü il tarixdə X6 mülkiyyətində olan “Daımler Chrysler E220” minik markalı, ** BR *** dövlət nömrə nişanlı avtomobil üzrə “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək” səlahiyyətlərini 06 avqust 2024-cü il tarixədək X8 etibar etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 071128 nömrəli qaiməfakturadan görünür ki, mübahisəli avtomobilə dəymiş zərərin məbləği 4560 manatdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə, inzibati xəta haqqında protokola məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2024-cü il tarixdə, saat 03:50 radələrində idarə etdiyi “Daımler Chrysler E220” minik markalı, ** BR *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən həmin avtonəqliyyat vasitəsinin ön sol hissəsinə, sol və sağ ön təkərinə ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının həddi daxilində inzibati cərimə tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 129 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şirvan şəhər İcra şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-87/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-87/2024
09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver