Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-89/2020 17.12.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə barəsində inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli, MN0790154 nömrəli inzibati xəta haqqında protokolu əsasında verilmiş xx xxxxxx 2020-ci il tarixli, MN0779204 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli, MN0790154 nömrəli inzibati xəta haqqında protokoluna əsasən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN0779204 nömrəli inzibati tənbeh vermə haqqında qərarla, barəsində inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X9 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli, MN0790154 nömrəli inzibati xəta haqqında protokolu əsasında verilmiş xx xxxxxx 2020-ci il tarixli, MN0779204 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermiş, barəsində tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, MN0790154 saylı inzibati xəta haqqında protokola əsasən qəbul olunmuş inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X9 şikayətində, “xxxx” MMC-də sürücü vəzifəsində işlədiyini, iş fəaliyyəti ilə əlaqədar Bakı şəhəri, Qaradağ rayon ərazisindən keçdiyini, xx xxxxxx 2020-ci il tarixdə polis işçilərinin xidməti nəqliyyat vasitəsilə hərəkət edən zaman ona dayanma əmri verdiyini və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib etdiyini, sonradan həmin protokol əsasında qərar qəbul olunaraq sms vasitəsilə ona məlumat gəldiyini, qərarın surətinin ona təqdim olunmadığını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 189 saylı qərarının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməli olduğunu, inzibati xəta törətdiyini etiraf etmədiyini, əksinə etiraz etdiyini, buna baxmayaraq protokol əsasında qərar qəbul edildiyini bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, AR DİN Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 38ci Polis Bölməsinin nümayəndəsi məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə AR DİN Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Barəsində inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X9 məhkəməyə dəvət olunmuş, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin polis serjantları X.Qurbanovun və Ü.Kərimlinin Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Natiq Camalova ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 1491 və 1492 nömrəli raportlarının surətinə əsasən, xx xxxxxx 2020-ci il tarixdə Sahil qəsəbəsi 12 saylı marşrutda xidmət aparan zaman Emin Quliyev küçəsində 38-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Xəlilov Elmarın 2 nəfər vətəndaşla mübahisə etdiyini gördüklərini, həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onları sakitləşdirdiklərini, 38-ci Polis Bölməsinə dəvət etdiklərini, Polis Bölməsində həmin şəxslərin X9, digərinin X8 olduğunun məlum olduğunu bildirərək, göstərilmiş şəxslər barəsində qanuni tədbir görülməsinə dair göstəriş verilməsini xahiş etmişlər. Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X5 Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Natiq Camalova ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli raportunun surətinə əsasən, xx xxxxxx 2020-ci il tarixdə vətəndaş X2 rejim qaydalarını pozaraq tibbi maskadan istifadə etmədiyinin aşkar olunduğunu bildirərək, vətəndaş X9 barəsində tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixli, MN0790154 nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X9 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq xx xxxxxx 2020-ci il tarixli, MN0779204 nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X3 sözügedən protokolu imzalamaqdan imtina etmişdir. xx xxxxxx 2020-ci il tarixli, MN0790154 nömrəli inzibati xəta haqqında protokol sms vasitəsilə X7 göndərilmişdir. Məhkəmə işin aşağıda qeyd olunan hallarına hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi tərəfindən X9 barəsində qanunauyğun olaraq inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və inzibati xəta haqqında protokol inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada və müddətdə sms vasitəsilə X7 göndərilmişdir. Məhkəmə şikayətin dəlillərini müzakirə edib iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olmadığından təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0 və 53.0.1-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə, fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq qərara aldı: Barəsində inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli, MN0790154 nömrəli inzibati xəta haqqında protokolu əsasında verilmiş xx xxxxxx 2020-ci il tarixli, MN0779204 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №3(078)-89/2020
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-89/2020
17.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver