Məhkəmə qərarları › İş №3(078)-89/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-89/2021

15.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-89/2021 15.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim: Naxçıvan şəhər sakini X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Nizami Rayon Polis İdarəsi tərəfindən baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Həmin protokolda qeyd olunmuşdur ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə tərtib edilmiş protokol əsasında qəbul edilmiş TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı icra etməmişdir. X3 barəsində daxil olmuş protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında protokolda əks etdirilməsi zəruri olan məlumatlar və protokola aid tələblər sadalanmışdır. Hazırki protokolda vətəndaş X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş xətanın törədilməsini təsdiq edən inzibati tənbeh vermə haqqında protokol, eyni zamanda həmin protokolun və qərarın X2 göndərilməsini təsdiq edən sənədlər iş materiallarına əlavə olunmamışdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin onun səlahiyyətlərinə aid olub-olmamasını, inzibati xəta haqqında protokol və işin digər materiallarının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tətbiq edilibedilmədiyini, işin icraatını rədd edən halların mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmamasını həll etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Nizami Rayon Polis İdarəsi tərəfindən X3 barəsində tərtib edilmiş AP seriyalı, ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən qərara aldım: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Nizami Rayon Polis İdarəsi tərəfindən X3 barəsində tərtib edilmiş AP seriyalı, ******* nömrəli protokol ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar