Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-9/2022 04.02.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil iştirakları ilə, xx.xx.2004-cü ildə Babək rayonu, Kərimbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN KOD: xxxxxxx), orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, Babək rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 02 fevral 2022-ci il tarixdə Kəngərli rayonu, Xıncab kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Rüstəmov X3 Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək ərizəsində oğlu Zərərçəkmiş şəxs Naxçıvan şəhər Sahil parkında tanımadığı şəxslər tərəfindən döyüldüyünü, bu barədə lazımi tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 04 fevral 2022-ci il tarixli, 009920 nömrəli protokol tərtib edilərək baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə1 ilə birlikdə iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bir neçə ay bundan əvvəl İnstagram sosial şəbəkəsində canlı açdığını, tanımadığı bir nəfər şəxsin həmin canlıda nalayiq ifadələr işlətdiyini, onun həmin şəxsə iradını bildirdiyini, bu mövzuda aralarında mübahisənin böyüdüyünü, həmin şəxsin onun ünvanına təhqir edici və alçaldıcı ifadələr işlətdiyini, onun həmin vaxt Bakı şəhərində olduğu üçün məsələnin ordaca qaldığını, bir neçə gün bundan əvvəl onun Naxçıvan şəhərinə gəldiyini, buna aid İnstagramda paylaşımlar etdiyini, həmin o şəxsin də paylaşımı görüb mesaj bölməsində İnstagram səhifəsinə Naxçıvana gəlmisən? deyərək nalayiq ifadələr işlətdiyini, özünün həmin şəxsə telefon nömrəsini yazdığını, zəng gəlmədiyini görüb ondan nömrəsini istədiyini, ona gələn nömrəyə zəng etdiyini, telefonda da mübahisə etdiklərini, daha sonra görüşüb məsələni həll etmək qərarına gəldiklərini, 02.02.2022-ci il tarixdə Naxçıvan şəhəri, Çənlibel məhəlləsində saat təxminən 13:00 radələrində tanışı Musa ilə durduqlarını, instagramda mübahisə etdiyi şəxsin profili Vilayət Rüstəmov olduğu üçün ona Vilayət olaraq müraciət etdiyini, Vilayətin ona zəng edib maşurutda olduğunu, yanına gəlirəm dediyini, bir neçə dəqiqə sonra onun gəldiyini, özünün, Musa və Vilayətin Sahil parkının kənarına getdiklərini, orada onun Vilayətdən üzr istəməyini istədiyini, onun da üzr istəmədiyini, həmin vaxt özünün Vilayətin baş nahiyəsinə ayaq zərbəsi ilə zərbə endirdiyini, Vilayətin yerə yıxıldığını, yerdə isə ona bir neçə zərbə də endirdiyini, burnunun qanadığını görüb onu vurmağı dayandırdığını, onu yerdən qaldırdığını, əl-üzünü yuduqdan sonra tibbi aptekdən tibbi ləvazimatlar alıb ona kömək etdiklərini, əməlindən çox peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Həsənov X5 törətdiyi əməldən çox peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, Heydərin zərərçəkmiş şəxslə barışdığını bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə2 ilə birlikdə iştirak edən Zərərçəkmiş şəxs izahatında Naxçıvan şəhəri, Çənlibel məhəlləsində 02.02.2022-ci il tarixdə 2 nəfər şəxsin onun yanına gəldiklərini, ona saat 2-nin yarısı çayın kənarına Sahil parkına gəl dediklərini, onun da Sahil parkında onlarla görüşdüyünü, onlardan Heydər adlı şəxsin sən məni İnstagramda nə üçün söymüsən dediyini, onu vurmağa başladığını, Heydərin yanında olan Musanın isə onları telefona çəkdiyini, burnunun qanadığını, qışqırdığını görəndə Heydərin onu vurmağı saxladığını, sonra onu su krantında əl-üzünü və paltarlarının qanını yumağa apardıqlarını, sonra isə olanları atasına dediyini, atası ilə polis şöbəsinə müraciət etmək üçün gəldiklərini və şikayətlərini bildirdiklərini polis idarəsində atasının şikayət ərizəsi yazdığını, atasının iştirakı ilə ondan izahat aldıqlarını bildirərək Heydərlə barışdığını, ondan heç bir şikayəti və tələbi olmadığını qeyd edərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən 03.02.2022-ci il tarixli, 17 saylı canlı şəxsin müayinə aktında qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər - sağ gicgah nahiyəsində qançır, alının ön səthində qançır, sağ periorbital sahədə qançır, sol gözün bayır bucağında qançır, sağ yanaq nahiyyəsində qançır, sağ qulaq seyvanının arxa səthində qançır, sağ qulaqarxası nahiyyədə qançır, sol qulaq seyvanının arxa səthində qançır, sol qulaqarxası nahiyyədə qançır, sol gicgah nahiyyəsində çox saylı kiçik sıyrıq və qançırlar vardır. Qançır və sıyrıqlar küt əşyanın təsirindən törənə bilərdi və eləcə də döyülmə zamanı yaranmağa xarakterikdir. Xəsarətin müddəti müayinədən bir gün əvvələ uyğun gəlir. Dərəcəsinə görə isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi müəyyən edilmir. İş materiallarına əlavə olunmuş Babək Rayon Mərkəzi Xəstəxanası tərəfindən 03.02.2022-ci il tarixdə verilmiş tibbi yoxlama vərəqəsinin təsdiq olunmuş surətinə əsasən Şəxs “sağlam” olduğu aydın olur. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiəsi Nazirliyi Babək rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 03 fevral 2022-ci il tarixli, 03/239 nömrəli arayışdan görünür ki, Şəxs oğlu Mərkəzdə qeydiyyatda durmur və heç bir növ sosial müavinət və təqaüd ödənilmir. İş materiallarına əlavə edilmiş Babək rayon İcra Hakimiyyətinin Kərimbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03.02.2022-ci il tarixli, 85 nömrəli arayışdan görünür ki, Şəxs Babək rayonu, Kərimbəyli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Babək rayon İcra Hakimiyyətinin Kərimbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 03.02.2022-ci il tarixli, 86 nömrəli arayışdan görünür ki, Şəxs Babək rayonu, Kərimbəyli kəndində qeydiyyatdadır və onun ailə üzvləri xx.xx.1970-ci il təvəllüdlü anası- X1 və 12.02.1997-ci il təvəllüdlü X7r. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2 ilə birlikdə məhkəməyə 04.02.2023-ci il tarixli ərizə ilə müraciət edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunu bağışladığını və onunla barışdığını bildirib onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. -53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. -157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs oğlu tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokoll, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eyni zamanda zərərçəkmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə, Şəxs oğlunun məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №3(078)-9/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-9/2022
04.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver