Məhkəmə qərarları › İş №3(078)-90/2020

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-90/2020

26.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-90/2020 26.11.2020 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala X1 məhkəmə iclas katibliyi ilə baxaraq müəyyən etdim: xx xxxx 1993-cü ildə Şahbuz rayonu, Badamlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, müvəqqəti işsiz, evli, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdimolunmuşdur. Vətəndaş Şəxs 2020-ci ilin yay aylarında Naxçıvan şəhəri, 3-cü mikrorayonda Zəfər adlı şəxsin evini təmir etdiyini, oradan 3 ay keçməsinə baxmayaraq onun ona çatacaq 300 manat qalıq pulu vermədiyini, dəfələrlə zəng etməyinə baxmayaraq telefonlarına baxmadığını, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Badamlı kəndindən çıxıb Zəfərgilin evinə gəldiyini, onların qapısını nə qədər döysə də, onların evin qapısını açmadıqlarını, buna görə əsəbləşib padezdə ucadan qışqırmağa başladığını, sonra binanın qabağında da eyni hərəkəti etdiyini, özündən asılı olmayaraq ağzından nalayiq söyüşlər çıxdığını, etdiyi əməllərə görə peşman olduğunu, pulu özünün alacağını fikirləşdiyini, ona görə heç kimə məlumat vermədiyini, etdiyi əməlin qanun pozuntusu olduğunu bildiyini, lakin əsəbi olduğu üçün hərəkətlərini nizamlaya bilmədiyini bildirmiş, bununla ictimai qaydanı pozmuş və xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Naxçıvan şəhəri, Babək məhəlləsində olarkən padezdə ucadan qışqırmağa başlamaqla, sonra isə binanın qabağında da eyni hərəkəti etməklə, ictimai qaydanı pozmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. İş materiallarına əlavə olunmuş: Naxçıvan MR Səhiyyə Nazirliyi Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 516 nömrəli məktuba əsasən, Naxçıvan MR Badamlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs xx xxxxxx 2020-ci il tarixdə xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və onda “Praktik sağlam” diaqnozu müəyyən olunmuşdur. xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 09:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən hal, icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini, xətanın xarakterini və şəxsin əmlak vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də, inzibati həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 09:30-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 09:30-dan hesablansın. Qərarın sürəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim Qabil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar