Məhkəmə qərarları › İş №3(078)-90/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-90/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-90/2023 27.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: Naxçıvan Şəhər Məhkəməsinə 27 fevral 2023-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin 27 fevral 2023-cü il tarixli, 5/354 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 27 fevral 2023-cü il tarixli, 001913 nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Daxil olan sənədlərdən aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. 27 fevral 2023-cü il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin 5/354 nömrəli məktubu ilə protokol tərtib edən Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin baş polis sahə inspektoru, polis kapitanı X1 ərizəsi məhkəməyə daxil olmuşdur. Protokol tərtib edən Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinin baş polis sahə inspektoru, polis kapitanı X2 ərizədə, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş protokol və ona əlavə edilmiş materialların 27 fevral 2023-cü il tarixdə məhkəmənin icraatına daxi olduğunu qeyd edib hazırda həmin inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş materialların baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərdən keçirərək hesab edir ki, protokol tərtib edən şəxs qeyd olunan protokolun baxılmadan geri qaytarılmasını xahiş etdiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 27 fevral 2023-cü il tarixli, 001913 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. ″Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair″ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 27 fevral 2023-cü il tarixli, 001913 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar