Məhkəmə qərarları › İş №3(078)-92/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-92/2021

22.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-92/2021 22.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, Hüseynova Hürü Firudin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1992-ci ildə Naxçıvan MR, Babək rayon, Qahab kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod- xxxxxxx), orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmayan, işsiz, Babək rayon, Qahab kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən tərtib edilmiş 22 iyul 2021-ci il tarixli, 009890 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin polis sahə inspektoru X4 tərəfindən tərtib olunmuş 22 iyul 2021-ci il tarixli, 009890 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 22 iyul 2021-ci il tarixdə Naxçıvan şəhəri Əliabad qəsəbəsində ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 22 iyul 2021-ci il tarixdə şəxsi maşını ilə Əliabad qəsəbəsində yaşayan dostu Şahini görmək üçün onların yaşadığı məhləyə getdiyini, maşınını qəsəbə inzibati binasının qarşısında saxladığını, maşının qapılarını bağlayıb Şahingilə tərəf getdiyini, bu zaman Şahindən ona zəng gəldiyini, əvvəldən zarafatları olduğu üçün Şahinin ondan söyüşlə harada qaldığını soruşduğunu, ona söyüşlə cavab verdiyini, bu mövzuda söyüşlə davam etdiklərini, səsinin ucadan çıxdığı üçün söyüşlərin kənardan eşidildiyini, yol kənarında dayanan polis zabitinin ona yaxınlaşaraq özünü təqdim edib sahə inspektoru olduğunu bildirdiyini və ona ictimai yerdə nalayiq ifadələr işlətməyin inzibati məsuliyyətə səbəb olduğunu bildirdiyini, onu hərəkətinə son verməyini tələb edib nizam intizama dəvət etdiyini, ətrafda dayananların onlara baxdığını görüb özünü günahkar hiss etməyərək polis əməkdaşına “mən dostumla telefonda zarafat edirəm, söyüşdür neyləyirəmki” deyə cavab verdiyini, yenidən telefonla danışığı davam etdirməyə başladığını, polis əməkdaşının tələbinə məhəl verməyərək tabesizlik göstərdiyini, bunun üçün də polis əməkdaşının kənardan tanımadığı şəxslərin oraya yaxınlaşmasını görərək mübahisənin böyüməməsi üçün onu Naxçıvan Şəhər Polis İdarəsinə gətirdiyini, tutduğu əməldən peşman olduğunu və gələcəkdə bu cür hallara yol veməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən şahid X1 məhkəməyə verdiyi izahatında bu gün işdə olmadığı üçün qardaşı Nicatla birlikdə onun işi ilə əlaqədar təxminən saat 10 radələrində Əliabad qəsəbəsinə çörək vermək üçün getdiyini, qəsəbənin girişində binaların yanında yerləşən mağazanın qarşısında maşını saxladığını, maşından endiklərini, bir nəfər şəxsin telefonda uca səslə gülərək nalayiq ifadələr işlətdiyini gördüklərini, qardaşı ilə bir-birlərinə baxdıqlarını, həmin şəxsin söyüşlərinin kənardan eşidildiyi üçün ona irad bildirmək istədiklərini, bu zaman polis əməkdaşının həmin şəxsə yaxınlaşıb ondan hərəkətlərinə son verməsini, etdiyi əməlin inzibati məsuliyyətə səbəb olduğunu ona izah edərək nizam intizama dəvət etdiyini, onun isə telefonu qulağından biraz endirib neyləyirəm ki, zarafat edirəm dostumla söyüşdü da deyərək cavab verdiyini, polis əməkdaşının ona yenidən xəbərdarlıq etdiyini, onun isə məhəl qoymayaraq telefon danışığına davam etməklə hərəkət etmək istədiyini, polis əməkdaşının həmin şəxsi polis idarəsinə dəvət etdiyini, özünün və qardaşının isə gördüklərinə şahidlik etmələrini xahiş etdiyini, onların da qəbul etdiklərini, idarəyə gəldiklərini, orada həmin şəxsin Babək rayon Qahab kənd sakini Şəxs oğlu olduğunun onlara bildirildiyini, həmin şəxsi əvvəldən tanımadığını və hər hansı tanışlığı və ədavəti olmadığını bildirdi. Məhkəmə iclasında izahat verən şahid X2 məhkəməyə verdiyi izahatında bu gün işi ilə əlaqədar olaraq mağazalara çörək payladığını, təxminən saat 10 radələrində qardaşı İbrahimlə birlikdə Əliabad qəsəbəsinin çörəyini vermək üçün qəsəbənin girişində inzibati binaların yanında yerləşən mağazanın qarşısında maşını saxladığını, maşından endiklərini, bir nəfər şəxsin telefonda uca səslə gülərək nalayiq ifadələr işlətdiyini gördüklərini, qardaşı ilə bir-birlərinə baxdıqlarını, həmin şəxsin söyüşlərinin kənardan eşidildiyi üçün ona irad bildirmək istədiklərini, bu zaman polis əməkdaşının həmin şəxsə yaxınlaşıb ondan hərəkətlərinə son verməsini, etdiyi əməlin inzibati məsuliyyətə səbəb olduğunu ona izah edərək həmin şəxsi nizam intizama dəvət etdiyini, onun isə telefonu qulağından biraz endirib neyləyirəm ki, zarafat edirəm dostumla söyüşdü da deyərək cavab verdiyini, polis əməkdaşının onu yenidən nizam intizama dəvət etdiyini, onun isə saymazyana telefonu qulağına qoyaraq uzaqlaşmaq istədiyini, polis əməkdaşının mübahisənin böyüyəcəyini görüb həmin şəxsi polis idarəsinə dəvət etdiyini, özünün və qardaşının isə gördüklərinə şahidlik etmələrini xahiş etdiyini, onların da qəbul etdiklərini, idarəyə gəldiklərini, orada həmin şəxsin Babək rayon Qahab kənd sakini Şəxs oğlu olduğunun onlara bildirildiyini, həmin şəxsi əvvəldən tanımadığını və hər hansı tanışlığı, ədavəti olmadığını bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 22 iyul 2021ci il tarixdə saat 10:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 22.07.2021-ci il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin İTB-nin polis sahə inspektoru polis kapitanı X4 tərəfindən verilən raportdan görünür ki, 22 iyul 2021ci il tarixdə Naxçıvan şəhəri Əliabad qəsəbəsində bir nəfər şəxsin ucadan səs-küy salaraq ictimai qaydanı pozduğuna görə onu nizam-intizama dəvət etmiş, hərəkətlərinə son qoymasını tələb etmiş, lakin o onun qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. İdarədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. İş materiallarına əlavə olunmuş Babək rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş 22.07.2021-ci il tarixli, 3899 nömrəli tibbi yoxlama vərəqəsinin təsdiq olunmuş surətinə əsasən, Şəxs xəstəxanada ambulator olaraq tibbi müayinədən keçmiş və ona sağlam diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Babək rayon Şöbəsi tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli, 03/104 nömrəli arayışa əsasən Şəxs heç bir növ pensiya almır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq X8 Şəxs Babək rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli, 85 nömrəli arayışa əsasən Şəxs Babək rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyatda deyil. İş materiallarına əlavə edilmiş Babək rayon İcra Hakimiyyətinin Qahab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Şəxs həmin kənddə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş 22 iyul 2021-ci il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 22 iyul 2021-ci il tarixdə, saat 10:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, şahidlərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb, bütün hallara hərtərəfli, tam və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin inzibati xətanın törədilməsində təqsirlidir. Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla, özünün etiraf edici izahatı və şahidlərin izahatı ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal isə yoxdur. Məhkəmə Şəxs inzibati həbs tənbeh növünü tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alır. İş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də inzibati həbsin əvvəli 22 iyul 2021-ci il tarixdən saat 10:10-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmə ilə bağlı məsələni müzakirə edərək işin hallarına görə, pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, cərimə növündə inzibati tənbehin tətbiq edilməsi kifayət sayılmır ona görə də onun barəsində inzibati həbs tətbiq olunmalıdır. Məhkəmə cərimə növündə inzibati tənbehi tətbiq etməyərkən Şəxs heç bir yerdə işləməməsini, heç bir növ pensiya almamasını da nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 17 (on yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 22 iyul 2021-ci il tarixdən, saat 10:10-dan hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X6 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar