Məhkəmə qərarları › İş №3(078)-93/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-93/2021

30.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-93/2021 30.07.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, X1 məhkəmə iclas katibliyi ilə, xx.xx.1999-cu ildə Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şahbuz rayonu, A.Qışlaq kəndində qeydiyyatda olub, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə Naxçıvan Şəhər Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətdiyindən həmin materiallar baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Belə ki, vətəndaş Şəxs 30.07.2021-ci il tarixdə saat 10:00 radələrində Naxçıvan şəhəri, İstiqlal küçəsindən keçərkən ictimai yerdə ucadan səs-küy salaraq nalayıq söyüşlər söydüyündən polis sahə inspektoru onu intizama dəvət edən zaman o polisin qanuni tələbinə qəsdən tabe olmamış, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında həqiqətən də 30 iyul 2021-ci il tarixdə Naxçıvan şəhəri, İstiqlal 127 küçəsində yerləşən müvəqqəti yaşadığı 39 nömrəli mənzildə yaşadığını, yuxudan oyandığı zaman soyuducuda dünəndən qalma pivə butulkalarının olduğunu, onlardan ikisini içdikdən sonra siqaret çəkmək üçün küçəyə çıxdığını, saat 10:00 radələrində İstiqlal küçəsində yerləşən “Şəhərcik” adlı yerin qarşısında duraraq dostu Şahmar adlı şəxsə zəng etdiyini, 4-5 gün bundan qabaq aldığı borcu qaytarmadığı üçün aralarında mübahisə yarandığını belə ki, ictimai yerdə ictimai qaydanı pozduğunu, əsəbi halda səs-küy salaraq nalayiq ifadələr işlətdiyini, bu zaman ərazidə xidmət aparan polis əməkdaşının yaxınlaşaraq onu nizamintizama dəvət etdiyini, lakin özünün, polisin qanuni tələbinə məhəl qoymadığını, Şəxs etdiyi əmələ görə peşman olduğunu, əsəbi vəziyyətdə olduğu üçün belə bir hərəkət etdiyini bildirməklə məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X2 izahatında, 30 iyul 2021-ci il tarixdə saat 10:00 radələrində İstiqlal küçəsi ilə Naxçıvan MR Xəstəxanasına tərəf getdiyini, yolun kənarında dayanan bir nəfərin mobil telefonla danışaraq ucadan nalayiq ifadələr işlətdiyini bu zaman, xidmətdə olan polis əməkdaşı şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etdiyini, lakin həmin şəxs əsəbi olduğu üçün polisin qanuni tələbinə tabe olmadığı üçün polis əməkdaşı həmin şəxsi polis idarəsinə apardığını bildirdi. Məhkəmədə şahid qismində dindirilən X4 izahatında, 30 iyul 2021-ci il tarixdə saat 10:00 radələrində İstiqlal küçəsi ilə Naxçıvan MR Xəstəxanasına tərəf getdiyini, yolun kənarında dayanan bir nəfərin mobil telefonla danışaraq ucadan nalayiq ifadələr işlətdiyini bu zaman, xidmətdə olan polis əməkdaşı şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etdiyini, lakin həmin şəxs əsəbi olduğu üçün polisin qanuni tələbinə tabe olmadığı üçün polis əməkdaşı həmin şəxsi polis idarəsinə apardığını bildirdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs 30 iyul 2021-ci il tarixdə saat 10:00 radələrində Naxçıvan şəhəri, İstiqlal küçəsində ictimai yerdə küçədə ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməklə, həmçinin polisin qanuni tələbini pozmuş və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibləri vardır və Şəxs həmin xətaları törətməsi, məhkəmə istintaqı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şahbuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi 30.07.2021-ci il tarixdə verilmiş 350 nömrəli arayışa əsasən Şəxs Şahbuz rayon Əhalinin sosial Müdafiəsi Mərkəzində heç bir növ müavinət və təqaüd almır. İş üzrə Naxçıvan MR Xəstəxanası publik hüquqi şəxsi tərəfindən 30 iyul 2021-ci il tarixdə verilmiş 508 nömrəli arayışa əsasən Şəxs həmin tarixdə ambulator olaraq tibbi yoxlamadan keçirilmiş və o, praktiki sağlamdır. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İş materiallarına əlavə olunmuş 30 iyul 2021-ci il tarixli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 30 iyul 2021-ci il tarixdə saat 10:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Ona görə də inzibati həbsin əvvəli 30 iyul 2021-ci il tarixdən saat 10:20-dən hesablanmalıdır. Məhkəmə inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi etirafı və əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Naxçıvan şəhər X8 publik hüquqi şəxsi tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli 2571 nörməli akta əsasən Şəxs 0.54 faiz alkoqol sərxoşluğu vəziyyəti vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə görə inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1cimaddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs olunmanın əvvəli 30 iyul 2021-ci il, saat 10:20-dən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar