Məhkəmə qərarları › İş №3(078)-96/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-96/2022

26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-96/2022 26.08.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətin qaytarılması haqqında Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsi ilə inzibati tənbeh verilməsi haqqında qərarından barəsində inzibati tənbeh tədbiri görülmüş X3 tərəfindən verilmiş şikayət üzrə işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: X4 məhkəməyə müraciət edərək Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 02 avqust 2022-ci il tarixli 008988 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daxil olan sənədləri yoxlayaraq məhkəmə qeyd edir ki, X4 qərardan şikayət verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti buraxmış, müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş 02 avqust 2022-ci il tarixli 008988 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarın surətindən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi və həmin qərarla onun barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq edilməsi müəyyən olunur. Təqdim edilmiş sənədlərdən aydın olur ki, X3 barəsində inzibati xəta haqqında protokol 02 avqust 2022-ci il tarixdə tərtib edilmişdir. 17 avqust 2022-ci il tarixdə X4 şikayətlə məhkəməyə müraciət etmiş və şikayət nöqsan olduğundan geri qaytarılmışdır. Təkrarən C.Məmmədov tərəfindən verilən şikayət 25 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Materiallardan aydın olur ki, C.Məmmədovun qərardan şikayət vermə müddəti 20 avqust 2022-ci il tarixdə başa çatmasına baxmayaraq həmin vaxtdan 4 gün sonra-24 avqust 2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə görə yol nəqliyyat hadisələri ilə bağlı baş vermiş inzibati xətalara görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə həmin Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olduğu halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin məcəllənin 130.2-ci bəndinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə belə nəticəyə gəlir ki, X4 qərardan şikayət vermə müddətini buraxmaqla məhkəməyə müraciət etmişdir ki, hazırki halda şikayətə baxılması qeyri-mümkündür. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, şikayət geri qaytarılmalı, X2 şikayətlə müraciət etməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsi ilə inzibati təhbeh verilməsinə dair Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 02 avqust 2022-ci il tarixli 008988 saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X4 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X2 qərardan şikayət verməsi üçün prosessual müddətin bərpasına dair vəsatətlə müraciət etmək hüququnun olması izah edilsin. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar