Məhkəmə qərarları › İş №3(078)-97/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-97/2021

20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-97/2021 20.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 20 avqust 1981-ci ildə Babək rayonu, Məzrə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, 3 uşaq atası, müvəqqəti işsiz, deməsinə görə əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq müəyyən etdim: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-215/2012 nömrəli, 29 oktyabr 2012-ci il tarixli icra vərəqəsinə əsasən, X2 24 may 2012-ci il tarixdən başlayaraq hər ay işlədiyi təqdirdə aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında, işləmədiyi təqdirdə isə hər ay bir uşağa 50 (əlli) manat sabit məbləğdə olmaqla 150 (yüz əlli) manat alimentin tutularaq, 22 oktyabr 2003-cü il təvəllüdlü X7, 06 fevral 2006-cı il təvəllüdlü X3 və 06 yanvar 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 xeyrinə ödənilməsi qət olunmuşdur. İş üzrə icraata 01 noyabr 2012-ci il tarixdə başlanmasına, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müntəzəm və vaxtaşırı ödəmələr aparılmamış, 15000 (on beş min) manat borcu yaranmış, beləliklə, Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf edərək, ona daha əvvəl yazılı və şifahi xəbərdarlıq olunmasına baxmayaraq yaranmış 15000 (on beş min) manat aliment borcunu ödəmədiyini bildirmiş, buna səbəb kimi hazırda heç bir yerdə işləməməsini göstərmişdir. Bakı şəhərində kirayə yaşamaqla sürücü işlədiyini, 1999-cu ildə oğurluq etdiyindən üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu, alimenti ödəmədiyini, özünün və yaxın qohumlarının qeyri rəsmi uşaqlara pul ödədiklərini, şəxsiyyət vəsiqəsini dəyişəndə doğum şəhadətnaməsini alarkən soyadının Şukrov olduğundan şəxsiyyət vəsiqəsində Şükürov yox Şukrov yazıldığını, heç bir əlillik dərəcəsinin olmadığını, sosial ödənişlər almadığını, Şəxs əməlindən çox peşman olduğunu, mümkün qədər tez müddət ərzində aliment borclarını ödəyəcəyini bildirmiş və ona yüngül tənbeh verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 29 oktyabr 2012-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən məlum olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-215/2012 nömrəli, 26 sentyabr 2012-ci il tarixli qətnaməsi ilə, X2 24 may 2012-ci il tarixdən başlayaraq hər ay işlədiyi təqdirdə aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında, işləmədiyi təqdirdə isə hər ay bir uşağa 50 (əlli) manat sabit məbləğdə olmaqla 150 (yüz əlli) manat alimentin tutularaq, 22 oktyabr 2003-cü il təvəllüdlü X7, 06 fevral 2006-cı il təvəllüdlü X3 və 06 yanvar 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 xeyrinə ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 01 noyabr 2012-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 01 noyabr 2012-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişi verilmişdir. İş materiallarına əlavə olunmuş 20 may 2014-cü il tarixli iltizamın surətinə əsasən, Şukrov X5 Narınc Rizvan qızına aliment borcunu 2400 (iki min dörd yüz) manat ödəyəcəyinə söz vermiş, əgər ödəməsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı nəzərinə çatdırılmışdır. İş materiallarına əlavə olunmuş 20 may 2014-cü il tarixli yazılı xəbərdarlığın surətinə əsasən, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs gələcəkdə alimentin mütəmadi ödənilməməsi, ümumiyyətlə ödənilməməsi və icradan boyun qaçırılması, həmçinin yaşayış və iş yeri barədə icra məmuruna məlumat verilməməsi hallarında qanunla nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 11 mart 2020-ci il tarixli borclunun axtarılması haqqında qərarın surətinə əsasən, Şəxs icra sənədində göstərilən ünvanda yaşamadığından və onun yeri məlum olmadığından onun barəsində Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. İş materiallarına əlavə olunmuş 13 yanvar 2021-ci il tarixli xəbərdarlığın surətinə əsasən, Şəxs 14250 manat məbləğində aliment borcunu ödəmədiyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 06 avqust 2021-ci il tarixli xəbərdarlığa əsasən, Şəxs 15000 manat məbləğində aliment borcunu ödəmədiyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş 4/3013 nömrəli, 06 avqust 2021-ci il tarixli məktubun surətinə əsasən, Şəxs 06 avqust 2021-ci il tarixdə Naxçıvan şəhəri ərazisində yeri müəyyən edilib tutularaq Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikası publik hüquqi şəxsi tərəfindən 20 avqust 2021-ci il tarixdə verilmiş 673 nömrəli arayışa əsasən, Şəxs həmin tarixdə ambulator olaraq tibbi yoxlamadan keçirilmiş və o, praktiki sağlamdır. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs səmimi peşmançılığı onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini nəzərə alaraq, onun barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlirəm. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin.

2. İnzibati həbsin əvvəli 20 avqust 2021-ci il tarixdən hesablansın.

3. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X10 həvalə olunsun.

4. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar