Məhkəmə qərarları › İş №3(078)-98/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-98/2022

02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-98/2022 02.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, subay, orta təhsilli, işsiz, Naxçıvan şəhəri Əcəmi 1/5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Naxçıvan Şəhər Polis İdarəsinin 1 nömrəli Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Vətəndaş Şəxs xx.xx.2022-ci il tarixdə X5 ilə birlikdə Naxçıvan şəhər 60-cı məhəllədə yerləşən köhnə tikinti materialları yerindən X1 90 manat pulunu oğurlamış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs əməli iş materiallına əlavə olunmuş sənədlər və özünün məhkəmədə verdiyi izahat, zərərçəkmiş şəxsin izahatı ilə tam sübuta yetirilmişdir. Belə ki, barəsində inzibati material olan Şəxs məhkəməyə verdiyi izahatında Naxçıvan şəhəri Əcəmi 1/5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşadığını və işsiz olduğunu, bir neçə gün əvvəl tanışı Farizlə köhnə dəmir yığaraq Naxçıvan şəhər 60-cı məhəllədə yerləşən köhnə metal alışı yerinə verdiklərini, ordan ayrıldıqdan sonra Farizin ona metal verdikləri yerdə gözünün seyfə sataşdığını, oradan pul oğurlamaq qərarına gəldiklərini, buna görə də bir neçə gün sahəni izlədiklərini, xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Farizlə birlikdə həmin yerə getdiklərini, hasardan aşıb iş otağına daxil olub əvvəlcə seyfi aparmaq qərarına gəlsələr də, seyf ağır olduğu üçün bu planın baş tutmadığını, Farizə “Gəlmişkən gəl otağı axtaraq” dediyini, şkafın sürmələrinə baxdıqda 90 manat pul gördüklərini və oradan uzaqlaşdıqlarını, pulu aralarında bərabər böldüklərini hər birisinə 45 manat pul düşdüyünü bildirmişdir. Təqribən saat 10 radələrində polis əməkdaşları onu İdarəyə çağırdıqlarını, əməlinə görə peşman olduğunu, bu hərəkəti işsiz olduğu üçün etdiyini bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında Naxçıvan şəhər 60-cı məhəllədə yerləşən köhnə tikinti materialları yerində müdir işlədiyini, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində orada işləyən işçiləri yola saldıqdan sonra özünün də qapını bağlayıb getdiyini, səhəri gün saat 09 radələrində iş yerinə gəldikdə iş otağının qapısını açıq vəziyyətdə və dağınıq formada gördüyünü, oğurluq hadİsəsindən şübhələndiyini, şkafa baxan zaman orada 90 manat pulun oğurlandığını bildiyini və dərhal bu barədə Naxçıvan şəhər 1 nömrəli Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. H.Qasımov ona vurulan ziyanın ödənildiyini, lakin şikayətçi olduğunu bildirib qanuni tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs xx.xx.2022-ci il tarixdə saat 10:10-da inzibati qaydada tutulmuşdur. İş üzrə Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu phş Naxçıvan şəhər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 520 nömrəli arayışa əsasən Şəxs İdarədə qeydiyyatda durmur və ona heç bir növ pensiya almır. Z.X6 Şəhər Poliklinikası publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışa əsasən Şəxs həmin tarixdə ambulator olaraq tibbi yoxlamadan keçirilmiş və o, praktiki sağlamdır. Naxçıvan MR ƏƏSM Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Naxçıvan şəhər Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 161 nömrəli arayışa əsasən Şəxs Mərkəzdə işsiz və işaxtaran kimi qeydiyyatda deyil . Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2022-ci il tarixdə X5 ilə birlikdə Naxçıvan şəhər 60-cı məhəllədə yerləşən köhnə tikinti materialları yerindən X1 90 manat pulunu oğurlamış və bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun əməlində inzibati xətanın tərkibi vardır və Şəxs həmin xətanı törətməsi, məhkəmə baxışı zamanı özünün etirafı, iş üzrə toplanmış materiallarla tam sübuta yetmişdir. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İş üzrə məsuliyyəti yüngülləşdirən hal barəsində inzibati icraat aparılan şəxsin əməlindən peşman olmasıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal oğurluğun bir qrup şəxs tərəfindən törədilməsidir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 118, 128-129, 130-131-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar