Məhkəmə qərarları › İş №3(078)-98/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-98/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-98/2023 02.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN kod: xxxxxxx), orta təhsilli, evli, 2 uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinin 1 №-li Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Naxçıvan Şəhər Polis İdarəsi 1 nömrəli Polis Bölməsi tərəfindən tərtib edilmiş 02 mart 2023-cü il tarixli, 008733 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 26 fevral 2023-cü il tarixli, 964 nömrəli raportda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğuna dair mənbədən məlumat daxil olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 965 nömrəli raportda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı hər hansı qanuna zidd əşya aşkar olunmamış, lakin onun hərəkətləri narkotik vasitələrdən istifadə etməsinə şübhə doğurmuşdur. Məhkəmədə Şəxs əməli iş materialına əlavə olunmuş sənədlər və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ara-sıra narkotik vasitədən istifadə etdiyini, ən son Türkiyədə işlədiyi vaxt narkotik vasitədən istifadə etdiyini, Naxçıvana qayıdandan sonra narkotik əldə edə bilmədiyindən istifadə etmədiyini, ancaq hərəkətlərində şübhə doğuran hallar olduğundan onun narkoloji ekspertizadan keçirildiyini, özünün ekspertiza keçirilməsinə etiraz etmədiyini, ekspertin rəyində onun amfetamin istifadə etdiyinin qeyd olunduğunu, son dövrlər hər hansı bir narkotik vasitədən istifadə etmədiyini, əməlindən peşman olduğunu bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun əməlində həmin inzibati xətanın tərkibi vardır. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına X1 01 mart 2023-cü il tarixli, 33 saylı ambulator məhkəmə narkoloji ekspertizasının rəyində qeyd olunmuşdur ki, Şəxs alkoqolizmdən əziyyət çəkmir. Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir, lakin psixi və fiziki asılılıq olmadan narkotik maddə qəbulu istisna olunmur. 26 fevral 2023-cü il tarixdə Şəxs Y.Budaqov adına Naxçıvan MR Narkoloji Dispanserdə narkotestdən keçirilmiş və AMP (amfetamin) qəbulu aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublika Xəstəxanası Publik hüquqi şəxsi tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli, 130 nömrəli məktubdan ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs xx.xx.2023-cü il tarixdə xəstəxanada ambulator olaraq tibbi müayinədən keçdiyi və onda “Praktik sağlam” diaqnozu müəyyən olunduğu aydın olur. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyətinin 4 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli, 1145 nömrəli arayışdan Şəxs ünvan 1 ünvanında qeydiyyatda olduğu məlum olur. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyətinin 4 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli, 1144 nömrəli arayışdan görünür ki, Şəxs həyat yoldaşı 1980-ci il təvəllüdlü X3, qızları 2002-ci il təvəllüdlü X6 və 2009-cü il təvəllüdlü X4 və oğlu 2003-cü il təvəllüdlü X8 adlı ailə üzvləri vardır. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Dövlət Sosial Müdafiə X14 Şəxsi Naxçıvan şəhəri İdarəsi tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli, 669 nömrəli arayışdan görünür ki, Hacıyev X5 MR Dövlət Sosial Müdafiə X14 şəxsin Naxçıvan şəhər İdarəsindən heç bir növ pensiya almır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli, 130 nömrəli arayışdan görünür ki, Hacıyev X5 Şəhər Məşğulluq Mərkəzində işsiz və işaxtaran kimi kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 02 mart 2023-cü il tarixdə saat 11:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alır. İş üzrə ağırlaşdırıcı hallar yoxdur. İş üzrə icraatın xitam edilməsi və ya dayandırılması üçün əsaslar yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, inzibati qaydada həbs edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyətini nəzərə almaqla, bu tədbirin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətdə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə görə İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs cərimə inzibati tənbeh növünün tətbiq olunmasını inzibati tənbehin məqsədlərinin həyata keçirilməsinə münasibətdə kifayət saymır. Ona görə onun barəsində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128, 129, 130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və 17 gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 02 mart 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X7 həvalə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar