Məhkəmə qərarları › İş №3(078)-99/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №3(078)-99/2021

25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(078)-99/2021 25.08.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı Şəxs barəsində Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Azərbayacn Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Müşviq Aslanov tərəfindən məhkməyə müvafiq sənədlər göndərilərək vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən inzibati qaydada toplanmış sənədlərin geri qaytarıması nəzərə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin məlumatına əsasən cərimə və dəppə pulu ödənildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən 529.3-cü maddə üzrə işə baxmaq səlahiyyəti məhkəməyə aid olduğundan Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Daxil olmuş məktubu, protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeydində deyilir: Bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göründüyü kimi yuxarıda göstərilən qaydada müəyyən olunduğu kimi, şəxs onun barəsində inzibati cərimə növündə təhbeh tədbiri tətbiq edilmişsə və bu barədə qərar qəbul edilmişsə həmin qərarı icra etməmişsə şəxsin barəsində İXM-in 529.3-cü maddəsi isə inzibati xəta haqqında protokol tərtib edilməli və 48 saat müddətində protokol digər sənədlərlə birlikdə məhkəməyə göndərilməlidir. İşə məhkəmədə baxılarkən şəxs müvafiq cəriməni və dəbbə pulunu ödəmişsə bu halda İXM-in 529-cu maddəsinin qeydinə əsasən şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Daxil olmuş sənədlərdən aydın olur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol digr sənədlərlə birlikdə Naxçıvan Şəhər Məhkəməsinə göndərilmiş, məhkəmənin 15 iyul 2021-ci il tarixli 3(078)-89/2021 nömrəli qərardadı ilə sənədlərdə natamamlıq olduğundan geri qaytarılmışdır. Lakin sözügedən məhkəmə qərarında qeyd edilən natamamlıqları aradan qaldırmaqla yenidən protokol və digər zəruri sənədlərlə birlikdə məhkəmə müraciət etməli olduqları halda ödənilmiş cərimə və dəbbə pulunun ödənilməsini qeyd edərək Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata verilməsi xahiş edilmişdir. Halbuki məhkəmənin icraatında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair iş olmamışdır. Belə olan halda hazırkı vəziyyətdə daxil olmuş məktub və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edirəm ki, Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində göndərilmiş məktub və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə əsasən qərara aldım: Azərbaycan Respublikası DİN Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş məktub və ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə geri qaytarılsın. Sədrlik edən Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar