Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-99/2023 03.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Şərur rayon Xok kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, işsiz, subay, deməsinə görə əvvəllər məhkum olunmayan, Kəngərli raon Xok kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsindən daxil olmuş inziati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Azərbaycan Respublikası DİN Naxçıvan MR DİN Naxçıvan Şəhər Polis İdarəsində tərtib olunmuş material 03 mart 2023-cü il tarixdə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Naxçıvan Şəhər Polis İdarəsinin İTŞ-nin baş polis sahə inspektoru X2 tərəfindən tərtib olunmuş 03 mart 2023-cü il tarixli 008700 nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhər Ə.Əliyev küçəsində sərxoş halda xırda xuliqanlıq hərəkətləri edərək polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhərinə gəlmiş, gəlməkdə məqsədi içki içib vaxtını əyləncəli keçirmək istəmiş, həmin vaxt 8-10 ildir tanıdığı və dostu Elvin Zeynalovu görmüş, onunla görüşdükdən sonra dostunu da içkiyə dəvət etmiş, dostu da təklifi qəbul etmişdir. Elvinlə Faytonçuya gedib, saat yarım həmin məkanda oturaraq hər biri 3 bakal pivə qəbul etmişdir. Təqribən saat 19:30 radələrində Faytonçudan çıxdıqdan sonra bir az şəhərdə gəzib istirahət etmək qərarına gəlmiş, taksi ilə “Cahan” Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən yeməkxanaya gedərək orada spirtli içki qəbul etmişdirlər. Yeməkxanadan çıxdıqdan sonra kəndə getmək məqsədilə avtovağzala getmək üçün yoldan keçən bir neçə taksiyə əl etsə də heç biri saxlamadığından əsəbləşmiş və sərxoş olduğu üçün küçədə ucadan nalayiq ifadələr işlətmişdir. Bu zaman yanındakı dostu Elvin Zeynalov onu sakitləşdirməyə çalışsa da sərxoş olduğu üçün ona fikri verməmişdir. Ərazidə xidmət aparan polis əməkdaşı yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş, lakin polisin sözünə məhəl qoymamışdır və onu polis şöbəsinə gətirmişlər. Etdiyi əmələ görə peşmandır və sərxoş vəziyyətdə olduğu üçün belə bir hərəkət etmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X5 izahatında bildirmişdir ki, ayağına mismar batdığı üçün xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Naxçıvan şəhərinə xəstəxanaya gəlmiş, saat 17:00-da kəndə qayıtmaq üçün taksiyə minmiş, həmin vaxt həmkəndlisi Ramis ona zəng edərək hal-əhval tutaraq, ona kəndə qayıtmayaraq orada gözləməyi tapşırmışdır. Qısa vaxt sonra Ramis gəlmiş və görüşdükdən sonra Faytonçuya pivə içməyə getmişlər. Məkana gedib 2-3 bakal pivə içib, çölə çıxanda Ramis ona yenə spirtli içki içməyi təklif etmiş və birlikdə taksi ilə “Cahan” Ticarət Mərkəzinin 2-ci mərtəbəsində yerləşən yeməkxanaya gedərək orada spirtli içki qəbul etmişlər. Yeməkxanadan çıxdıqdan sonra kəndə getmək məqsədilə avtovağzala getmək üçün Ramis yoldan keçən bir neçə taksiyə əl etsə də heç birinin saxlamadığından əsəbləşərək yola keçib əl hərəkətləri etməyə başlamışdır. Həmin vaxt yoldan keçən avtomaşın saxlamış və maşının sahibi ilə Ramis mübahisə etməyə başlamışdır. Ramis sərxoş olduğu üçün küçədə ucadan nalayiq ifadələr işlətmiş və bu zaman ərazidə xidmət aparan polis əməkdaşının yaxınlaşaraq onu nizamintizama dəvət etdiyini, lakin həmin şəxsin polisin qanuni tələbinə məhəl qoymamışdır. O tam sərxoş olmadığı üçün bunları dəqiqliklə xatırlayır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs 03 mart 2023cü il tarixdə saat 14:05-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Naxçıvan Şəhər Polis İdarəsinin PPX bölüyünün manqa komandiri polis baş serjantı X3 tərəfindən verilən raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə xidməti vəzifələrini yerinə yetirən zaman Naxçıvan Şəhər Polis İdarəsinin növbətçi hissəsindən zəng vurularaq Ə.Əliyev küçəsində Dövlət Miqrasiya Xidmətinin önündə bir nəfər sərxoş şəxsin vətəndaşları nalayiq söyüşlərlə təhqir etməsi və avtomobillərin önünü kəsərək mübahisə etdiklərini bildirdikləri üçün həmin yerə gedib həmin şəxsə yaxınlaşıb ona etdiyi hərəkətə görə iradını bildirərək onu nizam-intizama dəvət etmiş, avtopatrula mindirərkən həmin şəxs polisə tabesizlik göstərərək öz qanunsuz əməllərini davam etdirmiş ucadan nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə tabe olmamışdır. İş üzrə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kəngərli rayon ƏSMM tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 152 nömrəli arayışa əsasən Şəxs İdarədə qeydiyyatda durmur və heç bir növ pensiya almır. İş üzrə Naxçıvan MR Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi PHŞ Kəngərli rayon Məşğulluq Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 05/30 nömrəli arayışa əsasən Ənnağıyev X1 işsiz və işaxtaran kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İş üzrə Naxçıvan MR Xəstəxanası PHŞ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 133 nömrəli arayışa əsasən Şəxs həmin tarixdə ambulator olaraq tibbi yoxlamadan keçirilmiş və o, praktiki sağlamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 535.1cimaddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Baxmayaraq ki, inzibati protokol və iş üzrə toplanmış sənədlər Şəxs sərxoş vəziyyətdə sözügedən əməli törətməsi qeyd edilsə də inzibati xətanı törədən şəxsin sərxoşluğunu təsdiq edən müayinə aktı mövcud deyildir. Bu halda isə başlıca sübut şəxsin sərxoş olmasını təsdiq edən müayinə aktının mövcduluğu hesab edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən hal və ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və130.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 03 mart 2023-cü il tarixdə saat 14:05-dən hesablansın. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X6 həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №3(078)-99/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-99/2023
03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver