Məhkəmə qərarları › İş №3(078)-99/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərar — İş №3(078)-99/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 3(078)-99/2025 19.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1992-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx, evli, orta təhsilli, 2 uşaq atası, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsidən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Borclu Şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(078)-1281/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə ,əsasən, icraata başlama haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişin, icra vərəqəsinin surətinin müvafiq məktubla göndərilməsinə və dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, ödəmələr aparmamış, beləliklə məhkəmə qərarını üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmədə Şəxs oğlunun əməli onun özünün etirafı və iş materiallarına əlavə olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə Şəxs izahatında icra sənədləri barədə məlumatlı olduğunu, dövlət işində işləmədiyini, neçə aydır ki, iş olmadığına ödəyə bilmədiyini, 6-7 aydır ki, borcu ümumiyyətlə ödəyə bilmədiyini, iş tapa bilmədiyini, 2000-dən çox aliment borcu olduğunu, 2-3 gündür ki, iş tapdığını, alimentin üst-üstə yığışdığını, məcburçuluqdan iş yerində qaldığını, aliment borcunu ödəyəcəyini, iş yerindən alimenti ödəmək üçün 500 manat alacağını, alimenti ödəmək istədiyini, çayçıda işləyəcəyini, icraçı ilə dəfələrlə danışdığını, işləyərək alimenti vaxtlı vaxtında ödəyəcəyini, ona köməklik edilməsini, borclarını ödəmək üçün çalışdığını və maddi imkanlarını nəzərə alaraq ona möhlət verilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında 1 uşağa 160 manat olmaqla ümumilikdə 320 manat aliment öhdəliyi olduğunu, hazırda 2240 manat aliment borcu olduğunu, iş materiallarına müvafiq sənədlərin olduğunu, işin onun icraatına yeni daxil olduğunu, dəfələrlə xəbərdarlıq edildiyini, xx.xx.2025-ci ildə borclunun axtarışı haqqında qərarın olduğunu bildirmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixdə verilmiş icra vərəqəsindən məlum olur ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(078)-1281/2019 nömrəli, xx.xx.2019-cu tarixli qətnaməsi ilə xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəxs hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, iki uşaq üçün cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi qət edilmiş icra vərəqəsi çıxarılaraq icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarın surətindən məlum olur ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(078)-1281/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildiriş verilmişdir və borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli SİƏD-i üzrə nümayəndəsinə icra sənədi və ona əlavə edilmiş sənədlərlə birlikdə Şəxs çatdırılması üçün məktub göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(078)-1281/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar xəbərdarlıq edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-167/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi xx.xx.2025-ci il tarixdə Şəxs barəsində axtarış elan edilməsi ilə bağlı qərar qəbul etmişdir. Təqdimata əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı müəyyən edilmişdir. Beləliklə, inzibati materialı araşdıraraq və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlirəm ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hal yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dairəsini nəzərə alaraq, işin hallarına görə, onun şəxsiyyətini, öhdəliyin məhz pul öhdəliyi olduğunu və bu günə qədər onun tərəfindən icra ödənişinin düzgün və vaxtında aparılmadığını nəzərə alaraq barəsində inzibati həbs tətbiq olunması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli 19 fevral 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Naxçıvan MR Daxili İşlər Nazirliyinin X8 həvalə olunsun. Qərarın sürəti rəsmi qaydada verildiyi vaxtdan 08 (səkkiz) gün müddətinə Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar