Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-1/2025 22.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, protokol tərtib edən Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X1 Nəzarət Xidmətinin nümayəndələri Nümayəndə3 və Nümayəndə2 və Şahid iştirakları ilə, Hüquqi şəxs Şəxs (VÖEN – **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X1 Nəzarət Xidməti tərəfindən Babək rayonu Hacıvar kəndində yerləşən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 23 dekabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin baxılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında qərardadına əsasən Babək Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X1 Nəzarət Xidməti tərəfindən Babək rayonu, Hacıvar kəndində yerləşən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 23 dekabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, hüquqi şəxs Şəxs Babək rayonu, Hacıvar kənd ərazisində 04 dekabr 2024-cü il tarixdə suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin və digər obyektlərin istismar edilməsinə görə İXM-in 264.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs elektron kabinet vasitəsilə məhkəməyə vəsatətlə müraciət edərək bildirmişdir ki, icraatınızda olan inzibati xəta haqqında iş üzrə təqsirləndirilən şəxs olaraq cəlb edilmişik. Tərtib olunmuş protokolla razı deyiləm. İnzibati xəta haqqında işin materiallarında bir sıra çatırşmazlıqlar var ki, Şəxs MMC-ə münasibətdə əsassızdır. Belə ki, hal-hazırda tərəfimizdən təqdim edilməli olan sübutların təqdim olunması fiziki olaraq mümkün deyildir. Eyni zamanda mənim qeydiyyat ünvanım ünvan 1 problemlər mövcuddur və hal-hazırda Bakı şəhərində ambulator müalicə almaqdayam. Əminəm ki, tərəfimdən təqdim ediləcək sübutlar Şəxs MMC-nin təqsirinin aradan qaldırılmasını təmin edəcəkdir və onun barəsində tərtib edilmiş inzibati protokol tərəfinizdən ləğv ediləcəkdir. Bu səbəbdən sizdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini nəzərə alaraq inzibati xəta haqqında iş üzrə hazırlıq iclasını 1(bir) həftə müddətinə təxirə salınmasını xahiş edirəm. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin vəsatətini 07 yanvar 2025-ci il tarixli qərardadla təmin edərək işə baxılma müddətini uzatmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X1 Nəzarət Xidməti (bundan sonra -Xidmət) tərəfindən tərtib olunan protokolun əsassız olduğunu, belə ki protokolda bir sıra nöqsanlara yol verildiyini, Xidmət tərəfindən həmin ərazinin kimin balansında olması və orada kimin fəaliyyət göstərməsi, Şəxs MMC-nin həmin əraziyə nə kimi aidiyyatının olmasının müəyyən edilmədiyini, protokolun saxtalaşdırıldığını, protokolu imzalayan Nurlan Novruzovun 5 ay bundan əvvəl Naxçıvan Muxtar Respublikası ərazisini tərk edib getdiyi halda onun əvəzinə protokola imza edildiyini, bununla bağlı aidiyyatı orqanlara müraciət ediləcəyini, Xidmət tərəfindən Şahid həmin MMC-nin nümayəndəsi olması və səlahiyyətli şəxs kimi protokola imza etdiyini qeyd etməsinə baxmayaraq Şahid MMC-nin nümayənəsi kimi səlahiyyətlərini təsdiq edən hər hansı sənədin təqdim edilmədiyini, həmin ərazinin Şəxs MMC-yə aid olmasıyla bağlı da hər hansı araşdırmanın aparılmadığını, aktda kanalizasiya sularının axıdılması ilə bağlı Şəxs MMC ilə Babək rayon Su və Meliorasiya İdarəsi arasında müqavilə bağlandığının qeyd edildiyini, həmin müqavilənin də təqdim olunmadığını, protokolun qanunvericiliyin tələblərinin pozulmasıyla tərtib olunduğunu, 04 dekabr 2024-cü il tarixli akta Şahid Nurlan Novruzovun əvəzinə imza etməsinin tamamilə qanunsuz olduğunu, protokol tərtib edən orqanın iş tələsik yekunlaşsın deyə bu qanunsuzluğa göz yumduğunu, çünki hüquqi şəxsin inzibati cərimə məsuliyyətinin daha yüksək olduğunu, təqdim olunan sənədlərin Xidmətin səthi araşdırma apardığını təsdiq etdiyini, nümayəndənin bildirdiyinin əksinə olaraq orada yerləşən restoran “Babək-MMC”-nin ərazisinə aid olmadığını, N.Novruzovun aktın tərtibində iştirakıyla bağlı heç bir sübut təqdim edilmədiyini, 2024-cü ilin fevral ayından bəri həmin ərazidə yoxlamalar aparılması və MMCnin xəbərdar edilməsiylə bağlı heç bir sübutun mövcud olmadığını, laborator müayinənin nəticəsində “Nur avtoservis” adlı şəxslə Şəxs MMC ilə adları yanaşı yazılaraq Şəxs MMC-nin təqsirsizlik prezumpsiyası hüququnun pozulduğunu, təqsir öz təsdiqini tapmadan hüquqi şəxs barədə hüquq pozuntusuna istinad edilən məlumatların eyni sənəddə yer almasının qəbuledilməz olduğunu, MMC-nin təqsirsizlik prezumpsiyası hüququna qəsd edildiyini, kompakt diskdəki görüntülərdən də Şahid yerində baxış xamanı iştirak etmədiyinin müəyyən edildiyini, çirkab sularının götürülməsiylə bağlı heç bir videoçəkiliş və protokol tərtib olunmadığını, İXM 94-cü maddəsinə əsasən inzibati xəta predmetinin götürülməsi zamanı vəzifəli şəxs tərəfindən fasiləsiz videoçəkiliş aparmalı olduğunu, nümunə üçün suyun götürülməsiylə bağlı çəkilişin aparılmadığını və protokolun tərtib olunmadığını, yanacaqdoldurma məntəqəsinin ətrafında yerləşən restoranların hər birinin VÖEN-İ olan fiziki şəxslərə məxsus olduqlarını, onların barəsində icraat aparılan hüquqi şəxsə aidiyyətinin sübuta yetilmədiyini, halbuki hüquqi şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsinin protokol tərtib edən orqana aid olduğunu, hüquqi şəxsin isə təqsirsizlik prezumsiyası hüququna malik olduğunu, baxış keçirilən ərazinin X2 mülkiyyətinə olduğunu, protokolun tarixi ilə ekspertizaya göndərilən məktubun tarixinin uyğun gəlmədiyini, məktubun "xxxx" MMC tərəfindən qəbuluna dair heç bir rekvizitin olmadığını, 23 dekabrda tərtib olunan protokolun nəyə görə 24 dekabrda göndərildiyini, qəbzdə isə protokolun göndərilmə tarixinin 25 dekabr olaraq qeyd edildiyini, protokolun hüquqi şəxs tərəfindən qəbul edilmədiyini, qəbzdə də qəbul edən şəxsin imza və möhürünün olmadığını bildirdi, təqdim olunan plan-sxemdən isə kanalizasiya xəttinin MMC-yə aid olmasının müəyyən edilmədiyini, MMC-nin çirkab sularının axıdılmasıyla bağlı konstrukiv planının Xidmət tərəfindən tərtib edilməli olduğunu, "xxxx" MMC-ə məxsus yalnız yanacaqdoldurma məntəqəsinin həmin yerdə olduğunu və məntəqənin balansında sanitar qovşağın belə müəyyən edilmədiyini, belə olan halda təyinatı etibarilə həmin çirkab suyun "xxxx" MMC-nin balansında olan müəssisədən axıdılmasının absurd olduğunu, ətrafda həmin suyu axıtmasının ağlabatan olduğu ictimai-iaşə obyektlərinin də olduğunu, bütün bunlar nəzərə alınmaqla protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X1 Nəzarət Xidmətinin nümayəndəsi Nümayəndə3 izahatında Şəxs MMC-nin çirkab sularının olduğu əraziyə aid olduğunu, Şəxs MMC-nin çirkab sularını əraziyə axıtmasıyla bağlı həmin MMC-nin nümayəndəsi Şahid iştirakı ilə protokol tərtib edildiyini, protokolda isə N.Novruzovun deyil, Şahid iştirakının qeyd edildiyini, əvvəllər də müəssisənin nümayəndələrinin iştirakı ilə çirkab sularının axıdılmasıyla bağlı MMC-ə xəbərdarlıq edildiyini, 04 dekabr 2024-cü il tarixdə MMC-nin nümayəndəsi Şahid iştirakı ilə əraziyə baxış keçirildiyini və həqiqətən də MMC tərəfindən oraya çirkab sularının axıdıldığının müəyyən edildiyini, bununla bağlı su nümunəsinin götürülərək "xxxx" MMC-nin laborotoriyasına göndərildiyini, dekabr ayının 23-də analizlərin gəldiyini və hüquqi şəxs barəsində həmin tarixdə protokol tərtib edildiyini, bununla bağlı Nurlan Novruzovla əlaqə saxlanıldığını, onun isə gəlib izahat verməkdən və protokola imza etməkdən imtina etdiyini, daha sonra protokolun aidiyyəti üzrə məhkəməyə göndərildiyini, MMC-də mühasib işləyən Allahverdi adlı şəxsin də suların MMC tərəfindən axıdıldığını bildirdiyini, hətta Hava Limanının ərazisi çəpərlənən zaman xəttin yarasız hala düşdüyünü və həmin vaxtdan düzəldilmədiyini bildirdiyini, Şahid cərimə olunacağı ilə bağlı heç nə deyilmədiyini, çünki həmin vaxt hələ analizin nəticələrinin çıxmadığını, protokolun 48 saat ərzində göndərilə biləcəyini bildirib, hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X1 Nəzarət Xidmətinin nümayəndəsi Nümayəndə2 izahatında 04 dekabr 2024-cü il tarixli aktda Şahid həm özünün, həm də icazəsiz olaraq “mən çəkə bilərəm” deyib N.Novruzovun adından qol çəkdiyini, Xidmətin bunu yoxlamaq məcburiyyətində olmadığını, N.Novruzovun həmin vaxt Bakı şəhərində olduğunu, Muxtar Respublika ərazisində çirkab suları ilə bağlı təkcə Şəxs MMC-yə yox, bir sıra müəssisələr barəsində protokol tərtib edildiyini, sənədləşdirmədə başqa şəxsin imza çəkməsinin MMC-nin ətraf mühiti çirkləndirməsinə bəraət qazandırmadığını, 04 dekabr 2024-cü il tarixdə Şəxs MMC-nin çirkab sularını əraziyə axıtmasıyla bağlı akt tərtib edildiyini, şəkillər və videomateriallar tərtib olunduğunu, MMC fəaliyyətə başladığı vaxtdan 01 avqust 2024-cü il tarixədək Babək Rayon Su və Kanalizasiya İdarəsi ilə heç bir müqavilə bağlamadan çirkab sularını ətraf mühitə axıtdığını, həmin tarixədək MMC-nin ətrafa böyük zərər verdiyini, orada 3-4 müəssisənin olduğunu, aşağı hissədə yaşayış evlərinin olduğunu, axıdılan çirkab sularından heyvanların içdiyini, bunun həm insanlara, həm də heyvanlara təhlükə yaratdığını, onların xəstəlik tutduqlarını, antisanitar vəziyyət yarandığını, 01 avqust 2024-cü il tarixdən sonra da çirkab sularının axıdılmağa davam etdiyini, akt tərtib edilən zaman müəssisə rəhbərliyi tərəfindən heç bir sənədin təqdim olunmadığını, həmin vaxt Şahid orada olduğunu və səlahiyyətli olduğunu bildirdiyini, Şahid ilk öncə akta N.Novruzovun adının qeyd edilməsini istədiyini, daha sonra isə özünün də etibarnaməsinin olduğunu və öz adının da qeyd edilməsini tələb etdiyini, buna uyğun akt tərtib edildiyini və Şahid həm öz əvəzinə, hə də Nurlan Novruzovun əvəzinə qol çəkdiyini, protokol tərtib olunduğunu, sənədlərdə cuzi nöqsanların olmasının MMC-nin hərəkətinə bəraət qazandırmadığını və İXM-in 264.0.1-ci maddəsi ilə məsuliyyətə cəlb edildiyini, Şahid Xidmətə verdiyi ifadə əsasında orada yerləşən restoran və yanacaqdoldurma məntəqəsinin MMC-nin ərazisinə aid olduğunun müəyyən edildiyini, Şahid şifahi olaraq səlahiyyətli olduğunu desə də heç bir sənəd təqdim etmədiyini, onun iştirakçı kimi akta imza etdiyini, Xidmətin tələbinə baxmayaraq lazımi məlumatların təqdim olunmadığını, Şahid orada müdirin N.Novruzov olduğunu və “gəlir qol çəksin” deyə bildirdiyini, buna uyğun olaraq aktın N.Novruzovun adına yazıldığın, lakin daha sonra gəlmədiyini və aktın da silinməsinin qeyrimümkün olduğundan onun da adına imza etdiyini, həmin vaxt heç bir yerə şikayət etmədiklərini, həmin prosesdə özünün birbaşa iştirak etdiyini, akt tərtib olunarkən Xidmətin əməkdaşlarına MMC ilə Babək Su və Kanalizasiya İdarəsi arasında bağlanan müqavilənin göstərildiyini və həmin müqavilənin 01 avqust 2024-cü il tarixdə bağlandığını, MMC-nin Babək rayon kanalizasiya xəttinə təsadüfi olaraq qoşulduğunu, buna görə də suların kanalizasiya sisteminə yox yenə də ətrafa axdığını, 04 dekabr 2024-cü il tarixdə aktın tərtib edildiyini, 10 dekabrda laboratoriyaya göndəridlyini və 23 dekabrda cavabın gəldiyini, bundan sonra protokol tərtib olunduğunu, analiz nəticələrinin suda ammonium nitratın artıq olmasını yəni, 0,5 faizdən aşağı olmaq əvəzinə 36,5 faiz olduğunu, buna görə çirkab suyu olduğunu müəyyən etdiklərini, aktda adı N.Novruzov kimi qeyd olunan şəxsin imzasının qarşısında Şahid imza etdiyini, onun kiminsə əvəzinə imza etməsinin qanunsuz olduğunu bildiklərini, lakin aktı Şahid qarşısına qoyan zaman onun icazəsiz olaraq akta qol çəkdiyini, səlahiyyətilə bağlı sənədin tələb edilsə də Xidmətə vermədiyini, Babək Rayon Su və Kanalizasiya İdarəsinin işçiləri ilə əraziyə bir neçə dəfə baxış keçirildiyini, 2024-cü ilin fevral ayından bəri həmin ərazidə yoxlamalar aparıldığını, bu barədə ehtiyac olmadığından yazılı şəkildə MMCyə xəbərdarlıq edilmədiyini, Şahid da baxış keçirilərkən həmin ərazinin MMC-yə məxsus olmaması barədə və ya çirkab sularının MMC ərazisindən axıdılmaması barədə heç vaxt etiraz etmədiyini, hətta əksinə bunu etiraf etdiklərini və kanalizasiya sisteminə qoşulduqlarını dediklərini, fotoşəkildə olan şəxslərin Xidmətin əməkdaşları olduqlarını, dəfələrlə informasiya əldə etmək üçün Şahid və N.Novruzova məlumat verildiyini, lakin onların çağrışa gəlmədiklərini, nümunə götürülən zaman videoçəkiliş aparılmadığını, Babək Rayon Su və Kanalizasiya İdarəsinin əməkdaşalrının ifadəsi əsasında həmin çirkab sularının MMC-nin ərazisində olmasının müəyyən edildiyini bildirdi. Şahid ifadəsində Şəxs MMC-nin əmisioğlu Nurlan Novruzovun mülkiyyətində olduğunu, direktorun da həmin şəxs olduğunui, onun hüquqi şəxsdə heç bir vəzifəsinin olmadığını, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X1 Nəzarət Xidmətinin əməkdaşlarının oraya gəlib baxış keçirdiklərini və mövcud vəziyyəti yazdıqlarını dediklərini, N.Novruzovun harada olmasını soruşduqlarını, onun isə Naxçıvanda olmadığını bildirdikdən sonra “sən onun əvəzindən qol çək, biz mövcud vəziyyətə baxmışıq” dediklərini, lakin protokolla ilə bağlı nəsə deyilmədiyini, özünün də akta qol çəkdiyini, özünün orada heç bir vəzifədə olmadığını, etibarnaməsinin olub-olmaması ilə bağlı isə heç nə demədiyini, N.Novruzovun 4 ay bundan qabaq Naxçıvandan getdiyini, xidmətin əməkdaşlarından birinin ona “biz mövcud vəziyyəti yazırıq, heç bir cərimədən söhbət gedə bilməz” dediyini, materialların məhkəməyə veriləcəyini desəydilər qol çəkməyəcəyini, su götürülən ərazinin Şəxs MMC-ə məxsus olmadığını, N.Novruzov tərəfindən ona heç bir etibarnamə verilmədiyini əməkdaşlara dediyini, yanında kanalizasiyaya baxış keçilmədiyini və nümunə götürülmədiyini, Şəxs MMC-nin Babək rayonu Hacıvar kəndində yalnız yanacaqdoldurma məntəqəsinin olduğunu bildirdi. İXM-in 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəməyə sübut kimi təqdim edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və X1 Nəzarət Xidməti tərəfindən 04 dekabr 2024-cü il tarixdə tərtib edilmiş aktda göstərilmişdir ki, Xidmətin Naxçıvan şəhəri üzrə məsləhətçisi Damət Süleymanov və Şəxs MMC-nin direktoru X4 iştirakları ilə müəssisə ərazisinə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası qanununa uyğun baxış keçirildi, müəssisənin ərazisində şadlıq sarayları, avtoservis və yanacaqdoldurma məntəqəsinin fəaliyyət göstərdiyi, müəssisənin kanalizasiya sularının axıdılması üçün Babək Su-Kanalizasiay xəttinə qoşulduğu, lakin çirkab və tullantı sualrının yaxınlıqdan keçən kanala axıdıldığı, müəssisənin Babək rayon Su və Meliorasiya İdarəsi ilə xx.xx.2024-cü il tarixdən müqaviləsinin olduğu, lakin yaranan nazaslıq aradan qaldırılmadığından çirkab suların yaxınlıqdan keçən kanala axıdıldığı qeyd olunmuşdur. Sözügedən akt Babək rayonu Hacıvar kəndində tərtib olunmuş, xidmətin əməkdaşları, müəssisənin direktoru Nurlan Novruzov və Şahid qrafalarının qarşısına imza edilmişdir. Akta fotoşəkillər əlavə olunmuşdur. Hüquqi şəxsin təqsirləndirildiyi inzibati xəta tərkibi su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlar olmadan müəssisələrin istismarı ilə bağlıdır. Protokol tərtib edən orqan hüquqi şəxsin balansında olan müəssisənin kanalizasiya sisteminə qoşulmasına, lakin mövcud nasazlığın aradan qalıdırılmaması səbəbindən müəssisədən axan suyun su obyektlərinin çirklənməsinə səbəb olduğuna istinad etmişdir. Məhkəmə qeyd edir ki, İXM-in: 94.1. İnzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan əşyaların və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən fasiləsiz videoçəkiliş aparılmaqla həyata keçirilir. 94.3. Əşyaların və sənədlərin götürülməsi haqqında protokol tərtib olunur. 94.4-1. Əşyaların və sənədlərin götürülməsi haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilir. 94.6. Əşyaların və sənədlərin götürülməsi haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, əşyaları və ya sənədləri götürülən şəxs, habelə hal şahidləri tərəfindən imzalanır. Əşyaları və ya sənədləri götürülən şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. 94.7. Protokolun surəti, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, yaxud onun qanuni nümayəndəsinə təqdim edilir. 94.8. Götürülən əşyalar və sənədlər yerindəcə qablaşdırılır və möhürlənir. Götürülmüş əşyalar və sənədlər inzibati xəta haqqında işə baxılanadək, əşyaları və sənədləri götürən səlahiyyətli orqanların (vəzifəli şəxslərin) müəyyən etdikləri yerlərdə saxlanılır. Protokol tərtib edən orqan tərəfindən axıdılan suyun (nümunə) götürülməsi ilə bağlı protokol tərtib olunmamış və götürmə prosesi fasiləsiz video çəkiliş aparılaraq həyata keçirilməmişdir. Belə olan halda məhkəməyə təqdim olunan müayinə nəticələrinin həqiqətən də hüquqi şəxsin balansında olan müəssisənin ərazisindən axıdılan sudan götürülməsi məhkəmədə şübhələr doğurur və İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-ə göndərilmiş su nümunələrinin analiz nəticələri qanunu pozmaqla əldə edilmiş sübut hesab olunduğundan istifadə edilə və şəxsin təqsirliliyinin müəyyən olunmasında istifadə edilə bilməz. İXM-in:
3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1. Həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4. İnzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Sözügedən halları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə araşdırması zamanı hüquqi şəxsin barəsində protokol tərtib edilərkən hüquqi şəxsin nümayəndəsi olaraq rəsmiləşdirilmiş şəxsin hüquqi şəxsə aidiyyətinin müəyyən edilməsi üçün müvafiq araşdırma aparılmamış, səlahiyyəti müəyyən edilməmiş şəxsin nümayəndə kimi qəbul edilməsindən əlavə onun hüquqi şəxsin rəhbəri qrafasına rəhbərin əvəzinə imza etməsinə şərait yaradılmış, iştirak etməmiş hüquqi şəxsin rəhbərinin adı aktın iştirakçısı olaraq akta qeyd edilmiş və sözügedən pozuntular protokol tərtib edən orqanın nümayəndələri tərəfindən məhkəmədə qəbul edilmişdir. Məhkəmə protokol tərtib edən orqanın rəhbərinin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməsinə diqqət artırılmalıdır. Göstərilənləri və İXM-in 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq
q ə r a r a a l d ı:
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.