Məhkəmə qərarları › İş №3(079)-104/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №3(079)-104/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 3(079)-104/2025 11.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, ilə, ünvan 1 ünvanında qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan publik hüquqi şəxs "Babək Rayon Mərkəzi Xəstəxanasi"nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra “İXM”) 539.1-1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 04 iyun 2025-ci il tarixli, 3-17-9-5/2-1507/2025 nömrəli məktubu ilə daxil olmuş “Babək Rayon Mərkəzi Xəstəxanası” X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 04 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, vətəndaş Namiq Əliyevin 6 mart 2025-ci il tarixli müraciəti DƏMX-də araşdırılarkən 5 mart 2025-ci il tarixdə əmək müqaviləsinə “Babək Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən işçiyə rəsmi xəbərdarlıq olunmamış, bununla da, “Babək Rayon Mərkəzi Xəstəxanası” PHŞ Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 3(079)-104/2025 nömrəli qərardadına əsasən inzibati xəta haqqında iş üzrə məhkəmə iclası «11» avqust 2025-ci il tarixdə saat 1200-a Babək Rayon Məhkəməsinin inzibati binasına təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib edən orqan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan publik hüquqi şəxs “Babək Rayon Mərkəzi Xəstəxanası”na rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab saymışdır. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi xx.xx.2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək "Babək Rayon Mərkəzi Xəstəxanası" X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair 3(079)- 104/2025 nömrəli inzibati xəta haqqında iş üzrə işin yenidən araşdırılması zərurəti yarandığından protokol və ona əlavə olunmuş sənədərin geri qaytarılmasını məhkəmədən xahiş etdiyini bildirmişdir. Sözügedən ərizəni nəzərə alan məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edən orqan orqanın ərizəsi nəzərə alınaraq protokol və ona əlavə edilmiş sənədlər orqana geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin,117, 118-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i: “Babək Rayon Mərkəzi Xəstəxanası” X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 04 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar