Məhkəmə qərarları › İş №3(079)-106/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-106/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-106/2023 09.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs və iştirakı ilə, xx xxxx 2001-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Gülşənabad kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, (Fin kod – xxxxxxx) Babək rayonu, Gülşənabad kəndində qeydiyyatda olan və yaşayan, işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 09 avqust 2023-cü il tarixli, 76655/2xx-xx/2023 nömrəli məktubu ilə Babək Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 09 avqust 2023-cü il tarixli, 013206 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 məhkəmədə verdiyi izahatında Babək Rayon Məhkəməsinin icra sənədinin 05 aprel 2023-cü ildə şöbəyə daxil olduğunu, icra sənədi üzrə 06 aprel 2023-cü ildə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə borcluya təqdim edildiyini, tələbin könüllü icrası üçün müəyyən edilmiş vaxt ərzində borclunun öhdəliyini yerinə yetirmədiyini, onun şöbəyə dəvət olunaraq rəsmi qaydada xəbərdarlıq edilməsindən sonra 450 manat pul ödədiyini, daha sonra tərəflər arasında hər ay 500 manat ödənilməsi ilə bağlı razılıq əldə edildiyini, bu səbəbdən də iyul ayında borclunun ödəniş etmədiyini, dünən isə onun polis vasitəsi ilə icra şöbəsinə gətirildiyini, ona rəsmi qaydada xəbərdarlıq edildiyini, bundan sonra onun qohumları tərəfindən tələbkara 500 manat ödəniş edildiyini, hazırda Şəxs icra sənədi üzrə 1994 manat borcu qaldığını bildirmişdi. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında 2022-ci ilin dekabr ayının 23-də Talehə bir baş dana satdığını, borclunun ona dananın pulunu 2022-ci ilin dekabr ayının 25-də verəcəyini bildirdiyini, sonradan onun həmin dananı aparıb başqa şəxsə satdığını öyrəndiyini, lakin onun pulunu vermədiyi, onun atası ilə əlaqə saxladığını, Talehin atasının ona “mənim elə bir oğlum yoxdur” dediyini, bundan sonra məhkəməyə müraciət etdiyini, həmin vaxt Talehin onun telefonlarına cavab vermədiyini, məhkəmə qərarına əsasən Talehdən 2444 manat pulun tutulub ona verilməli olduğunu, borclunun 2023-cü ilin iyun ayı 450 manat, dünən, yəni 08 avqust 2023-cü ildə 500 manat pul ödədiyini, aralarında ona hər ay 500 manat ödəməsi barədə razılığa gəldiklərini, lakin Talehin bu razılığa da əməl etmədiyini, hazırda özünün pula ehtiyacı olduğundan borclunun bir az artıq pul ödəməsini istədiyini, hazirda isə Talehin hər ay 500 manat ödəniş etməsinə etiraz etmədiyini bilidrmişdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında 2022-ci ilin dekabr ayında Ulduzdan bir baş dananı 2400 manata razılaşıb aldığını, onun pulunu qısa müddətdə verməli olduğunu, sonra dananı Valeh və Murtuz adlı şəxslə başqa şəxsə satdığını, Valeh və Murtuzun danadan əldə edilən pulu ona vermədiyini, Valehin hazırda tutulduğunu, Murtuzun isə Bakı şəhərində olduğunu, indiyədək tələbkara 950 manat pul ödədiyini, bunun 450 manatını 2023-cü ilin iyun ayında, 500 manatını isə dünən ödədiyini, aralarında hər ay Ulduza 500 manat ödəməsi barədə razılığa gəldiklərini, lakin işsiz olduğundan onun pulunu bir az gecikdirdiyini bildirmişdi. Məhkəməyə təqdim edilmiş sənədlərdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsi aydın olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən məlum olur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı şərtlər olmalıdır: -şəxsin barəsində icra edilməli məhkəmə və ya digər orqanın qərarı olmalı; -şəxs bu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməli və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini icra etməməli; - və bu icra edilməmə üzrsüz səbəbdən baş verməlidir. Şəxsin təqsirləndirildiyi inzibati xəta əməlini yuxarıda qeyd edilən şərtlər daxilində tədqiq edən məhkəmə bildirir ki, protokola əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(079)-130/2023 nömrəli icra sənədindən Şəxs 2444 (iki min dörd yüz qırx dörd) manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs ödənilməsi müəyyən olunur. İkinci şərtin yoxlanılmasına gəldikdə isə məhkəmə bildirir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən həmin Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Protokoldan, ona əlavə edilmiş işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan, həmçinin icra məmuru tərəfindən borcluya göndərilmiş xəbərdarlıqlardan Şəxs icra sənədində göstərilən borc məbləğini tam icra etməməsi müəyyən edilir. Sonuncu şərtin mövcudluğunun yoxlanılması gəldikdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında onu da qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Qeyd edilən hüquq normalarını məhkəmədə araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə bildirir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinin məhkəməyə təqdim etdiyi tələbkarın ərizələrindən Şəxs icra sənədi üzrə tələbkara 20 iyun 2023-cü ildə 450 (dörd yüz əlli) manat və 08 avqust 20230-cü ildə 500 (beş yüz) manat ödəməsi qeyd edilir. Sonuncu qeyd edilənlərdən görünür ki, Zeynalov X3 Muxtar Respublikası Babək Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(079)-130/2023 nömrəli icra sənədi üzrə 950 (doqquz yüz əlli) manat ödəniş etmişdi. Ümumilikdə götürdükdə isə o, icra sənədinin icra edilməsi ilə bağlı hərəkətsiz qalmamış, habelə aralarında müddət az olmaqla, fasilələrlə ödənişlər həyata keçirmişdi. "Elektron Məhkəmə" informasiya sistemində olan məlumatlara əsasən onun əmlak vəziyyətini, yəni məhkəmə qərarının icrası üçün onun faktiki imkanlarının olması, onun həmin icra sənədinin icra ilə bağlı hərəkətsiz qalmamasını, 950 (doqquz yüz əlli) manat ödəniş etməsini nəzərə alan məhkəmə belə hesab edir ki, Şəxs Babək Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(079)-130/2023 nömrəli icra sənədini üzürlü səbəbdən tam şəkildə icra edə bilmir. Yəni onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində qeyd edilən inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinin mahiyyətindən isə aydın olur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlardan biri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədədir. Həmçinin həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələri ilə müəyyən edilir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 09 avqust 2023-cü il tarixli, 013206 nömrəli protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir. Hakim:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar