Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-106/2024 15.10.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Şahid1 və Şahid2 iştirakları ilə, xx xxxxxx 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, evli, Babək şəhər, Babək rayonu, M,Araz küçəsi ev 12-də qeydiyyatda olan və yaşayan, Babək Rayon İcra Hakimiyyətində aparıcı mütəxəssis-kargüzar vəzifəsində işləyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 15 oktyabr 2024-cü il tarixli, 3-13-43-7/2-10824/2024 nömrəli məktubu ilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 15 oktyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən X2 İXM-in 510-cu maddəsi ilə təqsirləndirildiyi müəyyən olunur. Onun təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 1 və 2-ci bəndəlində qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Barəsində icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında hadisənin 05 oktyabr 2024-cü il tarixdə ünvan 1 ünvanda oğlunun yaşadığını və həmin gün oraya getdiyini, əslində eyni torpaq sahəsində tikilmiş ayrı evlərdə yaşadıqlarını, hadisədən 1 gün əvvəl Xoşqədəmin onun oğlunun evinə gəldiyini və mübahisə yaratdığını, həmin gün mübahisənin sonlandığını, lakin səhəri gün yenidən qızışdığını, hadisə günü Xoşqədəmin ona hədə-qorxu gəldiyini və ona qarşı nalayiq ifadələr işlətdiyini, həmin sözləri burada deməyə utandığını, Xoşqədəmin ona və gəlininə qarşı nalayiq ifadələr işlətdiyini, “rüşvətxorsan, dövlətin pulun yığıb ev tikmisən, səni və oğlunu öldürərəm, siz mənim qarşımda kimsiniz, mənim qarşımda at oynada bilməzsiz” dediyini, özünün isə ona heç nə demədiyini, həmin vaxt orada gəlini X6, oğlu X3, şahidlərdən Hacı müəllimin, onun sürücüsünün, Daşınmaz Əmlak və Dövlət xidmətinin əməkdaşları Elxan və Həşim müəllimin, onların sürücüsünün, qonşudan bir uşağın və polis əməkdaşlarının orada olduğunu, gəlininin isə evdən çölə çıxmadığını, həmin vaxt Xoşqədəmin uca səslə danışdığını, mübahisənin 20 dəqiqə davam etdiyini, həmin vaxt polis əməkdaşları tərəfindən ona xəbərdarlıq edilmədiyini, qarşı tərəfə isə xəbərdarlıq edilibedilmədiyini bilmədiyini, orada öz idarə rəhbəri Hacı müəllimin olduğunu nəzərə alaraq qarşı tərəfin ünvanına heç bir nalayiq ifadə işlətmədiyini, bunun öz yaşına və ailəsinə yaraşmadığını, lakin qarşı tərəfin səs-küy salaraq vəziyyəti qızışdırmağa çalışdığını, mübahisəni bitirməyə imkan vermədiyini, əvvəllər aralarında söz-söhbət olsa da bu səviyyədə mübahisənin ilk dəfə olduğunu, Babək şəhərində tanınan və hörmət olunan bir ailə olduqlarını, belə bir hadisədə adının hallanmasına görə narahatçılıq keçirdiyini bildirmiş, əməldə təqsirinin olmadığı nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsini xahiş etdiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında verdiyi izahatında zərərçəkmiş şəxsin oğlu ilə qonşu olduğunu, onunla aralarında olan mübahisənin torpaq sahəsi ilə bağlı olduğunu, hadisənin 04 oktyabr 2024-cü il tarixdə Babək rayonu, Babək şəhərində baş verdiyini, əvvəl Nəzakətin ona qarşı nalayiq ifadələr işlətdiyini, daha sonra isə əsəbiləşdiyindən özünün də ona qarşılıq verdiyini, həmin vaxt orada Daşınmaz Əmlak və Dövlət xidmətinin 4 əməkdaşının, şahidlər Hacı müəllimin, Tarverdi müəllimin, qarşı tərəfin, öz bacıları və uşaqlarının orada olduğunu, qarşı tərəfin ona “sənin tayın deyiləm...” dediyini, onu əxlaqsızlıqda ittiham etməklə şər atdığını, özünün də ona “özün elə insansan ki, məni də elə görürsən, ağbirçək qadınsan ayıbdır, sənin də uşaqların var, nəyə görə mənə şər atırsan?” dediyini, başqa heç nə demədiyini, mübahisənin təqribən iki saat davam etdiyini, yaranmış səs-küyə görə oraya başqa heç kimin gəlmədiyini, səs tonunun indi danışdığı kimi ucadan olduğunu, zərərçəkmiş şəxsin oğlunun ona qarşı “sən çöldə kiminlə görüşürsən ki, həmin yolun açılmasını istəyirsən dediyini, özünün də ona “ayıb olsun, kişi qadına o sözü deyərmi?!” cavabını verdiyini, zərərçəkmiş şəxsə qarşı hər hansı fiziki müdaxilə etmədiyini, həmin vaxt əsəbi olduğunu, əməlindən peşman olduğunu qeyd etmişdir. Şahid2 məhkəmədə verdiyi izahatında özünün Babək rayonu, Babək şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işlədiyini, Şəxs aparıcı mütəxəssis kimi tabeliyində işlədiyini, Şəxs və Zərərçəkmiş şəxs ilə hər hansı qohumluğunun və düşmənçiliyinin olmadığını, hadisə vaxtı xidmətdə olduğunu, həmin vaxt bələdiyyə sədrinin ona zəng edərək şikayət olduğunu və Kamran Zeynalovgilin məhəlləsinə getməli olduqlarını bildirdiyini, özlərinin bundan sonra oraya getdiklərini, həmin vaxt orada torpaqla bağlı mübahisə olduğunu, özünün əvvəlcə onları barışığa dəvət etdiyini, sonra polis əməkdaşlarının gəldiyini, özlərinin isə işə qayıtdığını, həmin vaxt Xoşqədəmin və Nəzakətin bir-birlərini təhqir etmlərini görmədiyini, Torpaq Komitəsinin əməkdaşlarının gəldikləri vaxt özlərinin mübahisə olduğu yerdən 15-20 metr kənara çəkildiklərini, polis əməkdaşları ora gəldikdən sonra özlərinin də ora yaxınlaşdığını, şəxslər arasında nalayiq ifadələr işlədilməsinin şahidi olmadığını, həmin vaxt ucadan səs-küy olduğunu, lakin bunun tərəflərin qohumları olan kənar şəxslərin müdaxiləsi ilə olduğunu, orada Babək Rayonu, Babək şəhəri X1, Daşınmaz Əmlak və Dövlət Xidmətinin əməkdaşları Elxan müəllimin, Həşim müəllimin, digər şəxslərdən isə zərərçəkmiş şəxin oğlu Kamran Zeynalovun, Xoşqədəm Məmmədovun bacılarının və anasının olduğunu qeyd etmişdir. Şahid1 məhkəmədə verdiyi izahatında özünün Babək rayonu, Babək şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyində sürücü işlədiyini, Şəxs və Zərərçəkmiş şəxs ilə hər hansı qohumluğunun və düşmənçiliyinin olmadığını, hadisənin Babək rayonu, Babək şəhərində təqribən 10 gün əvvəl baş verdiyini, hadisə vaxtı icra nümayəndəsi Hacı müəllimə zəng gəldiyini, bundan sonra hadisə yerinə getdiklərini, həmin vaxt orada səs-küy eşitdiyini, özünün hadisə yerindən 30 metr kənarda maşının yanında dayandığını, bu səbəbdən də səsləri aydın eşidə bilmədiyini, hadisə yerinə çatdıqları vaxt şəxslər arasında mübahisənin olduğunu, Xoşqədəmin və Nəzakətin mübahisə etdiklərini, səsin gəldiyini, lakin onların bir-birlərini təhqir etmələrini, nalayiq ifadələr işlətmələrini eşitmədiyini, mübahisə olarkən Hacı müəllimin tərəflərə yaxın dayandığını, vəzifəli şəxslərdən Babək rayon Torpaq şöbəsinin müdirinin, əməkdaşı Elxan müəllimin və digər əməkdaşlarının, Babək şəhər Bələdiyyə sədrinin, digər şəxslərdən isə Şəxs oğlunun orada olduğunu, oraya başqa şəxslərin yığışmağını görmədiyini qeyd etmişdir. İXM-in 510-cu maddəsinə görə fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə ictimai qaydanın pozulması xırda xuliqanlıq inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2024-cü il tarixdə Babək şəhərində Zərərçəkmiş şəxs ilə mübahisə edərək ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Şəxsin ictimai qaydanı pozan hərəkət etməsi və ya ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi mötəbər sübutlarla, yəni marağı olmayan, həmin əməlin birbaşa şahidi olmuş şəxsin, cəmiyyət subyektinin izahatı ilə təsdiq edilməlidir. Buna baxmayaraq məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri əsasında Şəxs xx.xx.2024-cü il tarixdə Babək şəhərində Zərərçəkmiş şəxs ilə mübahisə edərkən ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozması müəyyən olunmamışdır. Sözügedən halda Şəxs ictimai qaydanı pozan hərəkət etməsi və ya ətrafdakı şəxslər üçün ictimai qaydaya laqeydlik, etinasızlıq göstərməsi müəyyən olunmamışdır. İXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə belə hesab edir ki, X2 hərəkətlərində ictimai qaydanın pozulması ilə müşayiət edilən hərəkətlərin olmasından ibarət, inzibati xəta əməlini formalaşdıran obyektiv cəhət mövcud olmadığından əməldə inzibati xəta tərkibi də yoxdur. İXM-in 5.1-ci maddəsinə görə insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. İXM-in 5.2-ci maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-in 53.1 və 53.1.2-ci maddəsinin mahiyyətindən isə aydın olur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xəta haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. İXM-in 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri və İXM-in 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-106/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-106/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver