Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-109/2024 18.10.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar Məmmədovun iştirakları ilə, xx xxxx 1992-ci ildə Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, 2 (iki) azyaşlı uşaq atası, orta təhsilli, işsiz, Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinin icraatına 18 oktyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin 18 oktyabr 2024cü il tarixli, 09/2019 nömrəli məktubu ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 18 oktyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması zamanı müəyyən olunmuşdur ki, Şəxs Babək Rayon Məhkəməsinin 2(079)-342/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və 2(079)-159/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-295/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, inzibati xəta haqqında protokola əlavə olunmuş Babək Rayon Məhkəməsinin 2(079)-342/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Babək Rayon Məhkəməsinin 2(079)-520/2016 saylı, 28 sentyabr 2016-cı il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla Şəxs övladı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 manat miqdarında alimentin tutulmaqla anası X3 ödənilməsi qət edilmiş, qətnamə xx.xx.2019cu il tarixdə icraya yönəldilmiş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək icraata başlanılmışdır. Həmçinin həmin məhkəmənin 2(079)-159/2019 nömrəli, xx.xx.2019-cu qətnaməsi ilə 08 aprel 2018-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 90 manat miqdarında sabit alimentin cavabdeh Şəxs alınıb iddiaçı X2 ödənilməsi qət edilmiş, qətnamə xx.xx.2019-cu il tarixdə icraya yönəldilmiş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul edilərək icraata başlanılmışdır. Həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)- 295/2022 nömrəli icra sənədi ilə təqsirləndirilən şəxs Şəxs 7750 manat ziyanın tutularaq Zərərçəkmiş şəxs2 ödənilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokoldan Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən, Babək Rayon Məhkəməsinin 2(079)-342/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və 2(079)-159/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-295/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən yaranmış borcunu ödəməkdən yayındığı müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasının tətbiq edildiyini, 2023-cü ilin dekabr ayında həbsdən azad olunduğunu, həbsdə olduğu 2 il müddətində aliment borcunun yığıldığını, hazırda aliment tələbi ilə bağlı zərərçəkənlərin hərəsinə 1 illik aliment borcunu ödədiyini, qalan borcu isə il sonuna qədər ödəyəcəyini, mülki iddia ilə bağlı isə 7750 manat borcu qəbul etmədiyini, həmin qərardan apelyasiya şikayəti verəcəyini, cinayət işinin gedişatı zamanı 4000 manatın alınmasıyla bağlı heç bir sübutun olmadığı barədə ona deyildiyini, suallara cavabında 2022-ci ilin yanvar ayının 06-da cəzasının icrasına başlanıldığını, həmin vaxt alimentlə bağlı məhkəmənin qətnamələrinin mövcud olduğunu, bütün ödənişləri etdiyini və alimentə görə borcunun olmadığını, borcunun sadəcə həbsdə olduğu 2 il müddətində yarandığını, Babək Rayon Məhkəməsinin qətnamələrinə əsasən uşaqların biri üçün ayrı-ayrılıqda ayda 90 manat və 100 manat olmaqla aliment ödəməli olduğunun müəyyən edildiyini, 2 il həbsdə olduğunu, məhkumluğu dövründə əmək fəaliyyəti ilə məşğul olduğunu və 167 manat pul aldığını, mühasibatlığa yaxınlaşıb həmin pulun alimentə yönəldilməsini bildirdikdə ona “məhkəmədən qərar gəlməlidir” deyildiyini, özünün yazılı müraciət etməsinə baxmayaraq müraciətin aidiyyəti üzrə göndərilmədiyini, Bakıda qohumları ilə həbsdə olarkən görüşdüyünü, lakin pulu nağd almadığı üçün onlara aliment ödənilməsi üçün verə bilmədiyini, həmin pulun ancaq yaxın şəxslərin kartına göndərilə biləcəyini, amma zərərçəkmişlərin hesab nömrəsini bilmədiyi üçün onların kartına göndərilməsinin mümkün olmadığını, yaxınlarından da öyrənə bilmədiyini, həbsdən azad olunduqdan sonra Bakıda “Ayxan” marketdə satıcı işlədiyini, aylıq 350 manat əmək haqqı aldığını, lakin həbsdən çıxdıqdan sonra alimenti bugünə qədər ödəmədiyini, Bakıda kirayədə qaldığını, sonra axtarış qərarı ilə Naxçıvana gətirildiyini, azadlığa çıxdıqdan sonra alacağı 1380 manat sosial müavinəti də almadığını, belə ki, Asan Xidmətə müraciət edib çıxarış aldıqdan sonra Kapital Bankda müraciət edəcəyini, mülki iddia ilə bağlı mübahisəsiz hissədə də ödəniş etmədiyini, həmin borcdan Naxçıvana gəldikdən sonra xəbərinin olduğunu, cinayət işi üzrə hökmlə borc 7750 manat olsa da mülki iddianın qismən təmin edildiyini, lakin məbləğin yazılmadığını, əməlindən peşman olduğunu, əlilliyinin olmadığını, əlavə vaxt verilməsini, barəsində həbs inzibati həbs tənbeh tədbirinin seçilməməsini xahiş etdi. Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Anar Məmmədov məhkəmə iclasında verdiyi izahatında Babək Rayon Məhkəməsinin 2(079)-159/2019 tarixli icra vərəqəsinin 03 may 2019-cu ildə, 28 avqust 2019-cu il tarixli, 2(079)-342/2019 nömrəli icra vərəqəsinin 02 sentyabr 2019-cu ildə, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)- 295/2022 nömrəli icra vərəqəsinin isə 29 noyabr 2023-cü il tarixdə Babək Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduğunu və icraata başlamaq haqqında qərar qəbul edilərək tələbkarlara və borculya məlumat göndərildiini, qeyd olunan icra sənədləri üzrə şəxs tərəfindən 2022-ci ilin yanvar ayına qədər ödənişlərin həyata keçirildiyini, lakin şəxs həmin tarixdə həbs olunduğundan borcun ödənilmədiyini və borcun yığıldığını, Babək Rayon Məhkəməsinin 2(079)-342/2019 nömrəli icra vərəqəsi üzrə borcunun 2970 manat, (079)- 159/2019 tarixli icra vərəqəsi üzrə borcunun 3500 manat, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-295/2022 nömrəli icra vərəqəsi üzrə borcunun isə 7750 manat olduğunu, lakin borclu həbsdən azad olunduqdan sonra yaşayış yeri müəyyən edilmədiyindən barəsində axtarış qərarı qəbul edildiyini, şəxsin bu gün saxlanılaraq Babək Rayon İcra və Probasiya Şöbəsinə təhvil verdildiyini, protokol tərtib edilib məhkəməyə təqdim olunduqdan sonra borclunun atası tərəfindən tələbkarlar X2 1080 manat, X3 isə 1200 manat borcdan ödəniş edildiyini, haliyyədə bu günə olan borcunun X2 münasibətdə 1890 manat, X3 münasibətdə 2200 manat, X8 münasibətdə isə 7750 manat olduğunu, şəxsin həbsdə olmasıyla bağlı Ədliyyə Nazirliyinin Pentensiar Xidməti tərəfindən 10 yanvar 2023-cü il tarixdə şöbəyə məlumat verildiyini, lakin orada işləməsi barədə məlumatın qeyd edilmədiyini, belə ki, verilən sorğuda onun işləyib-işləməmsi ilə bağlı məlumat tələb edilmədiyini, azad olunduqdan sonra ödəniş etməməsi barədə tələbkarların şöbəyə məlumat verdiklərini, axtarış qərarının 25 aprel 2024-cü il tarixdə verildiyini bildirdi, müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi Zərərçəkmiş şəxslər X7, X5 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişlər. İXM-in 62.4cü maddəsini nəzərə alan məhkəmə mülki işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından belə məlum olur ki, icra sənədlərinin icraata daxil olması barədə bildirişlər, xəbərdarlıq və təkrar xəbərdarlıqlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə rəsmi qaydada verilmiş, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babək Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq icra sənədinin icra olunmamasının nəticələri ilə bağlı təkrar xəbərdar edilmişdir. Borclu borclarının ödənilməməsinin üzrlü səbəbləri ilə bağlı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və 2022-ci ilin yanvar ayının 06-dan 2023-cü ilin dekabrın sonlarına qədər azadlıqda olmamasına istinad etsə də şəxsin izahatından 2023-cü ilin dekabrında cəzasının sonu ilə cəzadan azad edildiyi və həmin vaxtdan sonra işləməsinə baxmayaraq aliment ödənişi etmədiyi, yalnız barəsində bugün protokol tərtib edildikdən sonra atası tərəfindən aliment borclarından qismən ödənildiyi müəyyən olunur. Həmçinin Elektron İcra Sistemindən çıxarışdan və şəxsin izahatından cəza çəkdiyi müddətdə əmək fəaliyyəti ilə məşğul olduğu, Bakı İstintaq Təcridxanası işəgötürəni olmaqla “süpürgəçi” işləməsi və 345 manat əmək haqqı alması müəyyən olunmuşdur. Protokola əlavə olunmuş borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda Babək Rayon Məhkəməsinin 2(079)-342/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 2970 manat, həmin məhkəmənin 2(079)-159/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 3400 manat, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 295/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə isə 7750 manat borcunun olduğu bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən qanunda, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Həmin qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Borclu tərəfindən icra sənədinin üzrlü səbəbdən icra edilməməsi ilə bağlı hallar və icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə etməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. “İXM-in 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında bildirilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, borclunun və icra məmurunun məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. Məhkəmə belə hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə İXM-in 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 32.1 və 32.1.1-ci maddələrə əsasən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin məlumatları üzrə çıxarışdan o da aydın olur ki, Şəxs İXM-in 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin AZEMİS-dən barəsində mövcud olan digər məhkəmə və icra işlərindən çıxarışdan və izahatından müəyyən olunan məhkumluğunun olmasını onun şəxsiyyətini xarakterizə edən hal kimi və həbsin tətbiqi üçün müstəsna ha hesab edir. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. İXM-in 528.1-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Həmçinin qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı). Qanunvericiliyin qeyd edilən normalarını və törədilmiş inzibati xətanın xarakterini nəzərə alan məhkəmə hesab edir ki, ona 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. İXM-in 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 18 oktyabr 2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmək üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuş və gəlmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, onun tutulması 18 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və İXM-in 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti 18 oktyabr 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X11 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-109/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-109/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver