Məhkəmə qərarları › İş №3(079)-109/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-109/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-109/2025 05.08.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Şahid iştirakları ilə, xx.xx.1980-ci ildə Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, fərdi sahibkar (VÖEN- **********), Naxçıvan şəhəri, N.ünvan 1ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 05 avqust 2025-ci il tarixli, 3-13-43-7/2-7923/2025 nömrəli məktubu ilə Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 05 avqust 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. 05 avqust 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Babək rayon Nehrəm qəsəbəsində Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək onun 400 (dörd yüz) manat pulunu almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında 100 manat, 100 manat və 200 manat olmaqla ümumilikdə ona 400 manat pul verildiyini, sui-istifadə halının olmadığını, zərərçəkmiş şəxsin hansısa işi görməsini xahiş etdiyini, lakin edə bilmədiyini, öz günahı olduğunu və səhvini başa düşdüyünü, vəziyyəti normal olmadığı üçün pulu qaytara bilmədiyini, Kazım adlı şəxsin ona zəng edib Qadir adlı şəxsin mağazasına icazə sənədinin alınmalı olduğunu dediyini, özünün həmin müddətdə Səhiyyə Nazirliyinin nəzdində Əziz Əliyev adına uşaq xəstəxanasında əməyin mühafizəsi üzrə mühəndis işlədiyini, xəstəxananın TMİB-ə tabe olduğunu, Kazımın təkid etdiyini, özünün isə “köməklik edərik” dediyini, dövlət rüsumunun ödənilməli olduğunu, “dövlət rüsumunun pulunu göndərin mənə, mən keçirib həll edərəm” dediyini, işlərində problem yarandığı üçün rüsumu ödəyə bilmədiyini və şəxsin göndərdiyi vəsaiti özünün xərclədiyini, həmçinin əvvəllər Ekologiya və Təbii Sərvətlər Nazirliyində şöbə müdiri işlədiyini, Qadirin mağazasının yanında ağacın kəsilməsi ilə bağlı da icazənin alınmalı olduğunu, digər 200 manatı isə bununla bağlı aldığını, başqa problemləri olduğu üçün həmin işi də yerinə yetirə bilmədiyini və Qədirə zəng edib pulu qaytaracağını dediyini, lakin maddi vəziyyəti yaxşı olmadığından pulu qaytara bilmədiyini, Kazımla bir məhlədə yaşadığını və onun taksi sürücüsü işlədiyini, Kazımın Qədir dayının mağazasına tibbi arayış alınmalı olduğunu xahiş etdiyini, həmin vaxt özünün həmin sənədlərin verilməsi üzrə səlahiyyətli şəxs olmadığını, lakin sənədi almağa kömək edə biləcəyini, bunu nəinsə qarşılığında etmədiyini, tibbi arayış verilməsi ilə bağlı hər hansı işlə məşğul olmadığını, iş yerində onu tanıdıqları üçün tibbi arayış ala biləcəyini, həmin arayışın alınması üçün dövlət rüsumunun ödəndiyini və bununla bağlı qəbz verildiyini, Qədirin ona iki dəfə pul verdiyini, pulları şəxsi ehtiyacları üçün sərf etdiyini, sonradan həmin pulu borc kimi qiymətləndirdiklərini, indiyədək borcunu ödəmədiyini, TMİB-in ləğv edilməsi, həmçinin Zərərçəkmiş şəxs onun barəsində şikayət etməsi səbəbindən işdən azad olunduğunu, barəsində hazırki işlə bağlı cinayət işi açılmadan rədd olunduğunu, maddi imkanı olmadığından Qədirin pulunu qaytara bilmədiyini, pulun onun 4127 2093 0902 4195 nömrəli kart hesabına köçürüldüyünü, kartın nömrəsini Kazıma göndərdiyini, özünün rüsum yığmağa səlahiyyətinin olmadığını, sadəcə olaraq rüsumu yığan şəxsdən bunu xahiş edəcəyini, sadəcə kömək məqsədi ilə bunu etdiyini, heç bir niyyətinin və marağının olmadığını, yekunda hazırda pulu ödəməyə maddi imkanının olmadığını və 3 gün möhlət verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında Şəxs Şahid vasitəsilə tanıdığını, Babək rayonu, Nehrəm kəndində özünə məxsus mağaza olduğunu, həmin mağazanın qanunsuz olaraq söküldüyünü, sonradan həmin mağazanı yenidən inşa etdiyini, həmin vaxt Təmizlik İdarəsindən rəy verilməli olduğunu və 202 manat ödəniş edib rəyi əldə etdiyini, sonra Kazımın ona zəng edib Şəxs “Qadir əmi, bizdə bir tanıdığım var, Səhiyyədə işləyir, kart hesabını göndərirəm, 100 manat onun kart hesabına pul köçür, sənin sənədini alıb gətirəcək” dediyini, əvvəl Kazımın dediyi kart hesabına 100 manat pul köçürdüyünü, bundan sonra Şahinə zəng etdiyini və sənədi soruşduğunu, Şahinin isə onu Naxçıvan şəhərində yerləşən Kərimin yanacaq doldurma məntəqəsi adlanan yerə dəvət etdiyini, həmin vaxtadək Şəxs görmədiyini, özünün isə razılaşdığını və oraya getdiyini, Şahinin həmin vaxt çay içdiyini və ona “Qədir əmi narahat olma, sən 100 manat da at, sənədi götürəcəm” dediyini, sonra Şahinin zəng edib “sənədləri götürmüşəm, sabah çatdıracağam” dediyini, daha sonra Şahinin ona zəng edib “Qədir əmi mənə 200 manat pul at, mən orada da işləmişəm, Ekologiyadan da rəy veriləcək, oradan da sənədi götürüm” dediyini, özünün həmin vaxt NMR Daxili İşlər Nazirliyinin yaxınlığında yerləşən mağazanın sahibinə 200 manat pul verdiyini və həmin şəxsin “Milliön” vasitəsilə Şahinin kart hesabına 200 manat pul köçürdüyünü, qəbzləri isə saxladığını, bundan sonra Şahindən sənədləri soruşduğunu, axşamüstü yemək yediyi vaxt Şahinin ona zəng edib 100 manat pul istədiyini, həmin vaxt ondan şübhələndiyini, lakin axşam saat 21 radələrində Vüqar adlı şəxsin mağazasına gedib Şahinin göndərdiyi karta pul köçürməsi üçün Vüqara 100 manat pul verdiyini, Vüqarın isə “Milliön” vasitəsilə həmin pulu Şahinin kart hesabına köçürdüyünü, qəbzi isə götürdüyünü, bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyindən rəyi və digər sənədləri özü təkrar ödəniş edib aldığını, Şahindən pulunu istədikdə isə bu gün sabah ödəyəcəyəm deyib pulu qaytarmadığını, 400 manat pulun onun üçün böyük əhəmiyyət kəsb etdiyini, Şahinin pulu qaytaracağı təqdirdə şikayətindən imtina edəcəyini, Kazımın həmkəndlisi olduğunu, onun Şahinin köməyinin dəyə biləcəyini dediyini, özünün isə əvvəllər Şahinin Səhiyyə Nazirliyində işlədiyini eşitdiyini, bu səbəbdən də ona güvənib pulları dediyi karta köçürdüyünü, kartın nömrəsini Kazımın ona dediyini, Şahini cəmi 2 dəfə gördüyünü, Şahinin hər dəfə müxtəlif bəhanələr gətirib pulu qaytarmadığını, yekunda isə Şəxs inanmadığını, həmçinin ona 10 gün möhlət verə biləcəyini, lakin hazırda şikayətindən imtina etmədiyini bildirmişdir. Şahid məhkəmə iclasında verdiyi izahatında Zərərçəkmiş şəxs həmkəndlisi olduğunu, Şəxsla isə Naxçıvan şəhərində bir məhlədə qaldıqlarını, onları bu vasitə ilə tanıdığını, Zərərçəkmiş şəxs tibbi arayış almaq istədiyini ona dediyini, özünün isə Qədirə “mənim tanıdığım adam var” dediyini, həmçinin bunu Şahin müəllimə dediyini, Şahinin isə “mən həll edərəm” dediyini, sonra Qədirin Şahinin kart hesabına 100 manat pul köçürdüyünü, Qədirin daha sonra Şahinin kart hesabına köçürdüyü 300 manat puldan xəbərinin olmadığını və onların aralarında hansı söhbət keçdiyini bilmədiyini, Qədirin Babək rayonu, Nehrəm qəsəbəsində yerləşən çayxananın qarşısında ona sanitar sənədi lazım olduğunu dediyini, həmçinin “kömək edə bilərsən, tanıdığın adam var?” dediyini, özünün heç bir yerdə işləmədiyini, əvvəllər Səhiyyə Nazirliyinin nəzdində Əziz Əliyev adına uşaq xəstəxanasında ocaqçı işlədiyini, Şəxs oradan tanımadığını, bir məhəllədə qaldıqları üçün tanıdığını, özünün Qədirə “tanıdığım adam var” dediyini, Qədirin isə “problem yoxdur, nömrəsini ver özüm danışım” dediyini, Şahinin kömək edə biləcəyini bildiyi üçün Qədirə bunu təklif etdiyini, Naxçıvan şəhərində olarkən Şahinin bu işləri həll edə biləciyini ona dediyini, Şahinə sanitar qovşaqla bağlı Zərərçəkmiş şəxs kömək lazım olduğunu dediyini, Şahinin isə “mənim əlim çatır, köməklik göstərərəm” dediyini, bildiyinə görə Şahinin həmin vaxt sığortada işlədiyini, Zərərçəkmiş şəxs yanında olarkən Şahinlə danışdığını, sonra Qədirə “nömrəni verim özünüz danışın” dediyini, bundan sonra Şahinin nömrəsini Qədirə verdiyini və onların öz aralarında danışdıqlarını, kart nömrəsini Zərərçəkmiş şəxs Şahinin göndərdiyini, özünün kartla əlaqəsinin olmadığını, kartı göndərməkdə heç bir məqsədinin olmadığını, kartla nə edəcəklərini bilmədiyini, onların aralarında pul məsələlərinin olduğunu, Şahinin ona “100 manat pul atsın, köməklik göstərim” dediyini, bundan sonra hansı hadisələrin baş verdiyini bilmədiyini, əvvəllər bu işlərlə bağlı Şəxs heç vaxt vasitəçilik etmədiyini, Şəxs dövlət rüsumunun toplayıb harasa təqdim etməyinin hüquq pozuntusu olduğunu düşünmədiyini, Şahinin “əlim çatır” dediyi üçün Qədirə təklif etdiyini, iş üzrə heç bir marağının olmadığını, yalnız Qədirə kömək etmək məqsədi ilə bunu etdiyini bildirmişdir. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati materiala əlavə olunmuş 15 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Şəxs əməlində cinayət tərkibinin olmaması nəzərə alınaraq Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsi nəzərə alınaraq cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. 05 avqust 2025-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edilmişdir. 0963 nömrəli, 05 avqust 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokolla şəxs protokol tərtib edilməsi məqsədilə həmin tarixdə saat 13:00-da tutulmuş, 15:20-də isə azad olunmuşdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan dələduzluq inzibati xəta əməlini etibardan sui-istifadə etmə yolu ilə törətməsi inzibati xəta haqqında protokollar, eləcə də protokollara əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərərçəkmiş şəxs və şahidin məhkəmədə verdiyi izahatları ilə tam sübuta yetirilmişdir. Belə ki, dələduzluq inzibati xəta əməlinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Hazırki vəziyyətdə isə Şəxs tərəfindən niyyətinə dair məlumatların gizlədilməsi ilə şəxsin əmlakını qanunsuz şəkildə ələ keçirilmişdir. Həmçinin İXM-in 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İXM-in 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin göndərdiyi kart nömrəsinə ayrı-ayrılıqda 100 manat, 100 manat və 200 manat pul köçürdüyünü və ona dəymiş zərərin qaytarılmadığını, həmin pulun qaytarılmasını tələb etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə məhkəmə iclasında verdiyi izahatında Zərərçəkmiş şəxs onun kart hesabına ayrı-ayrı vaxtlarda 400 manat pul göndərdiyini və pulu qaytarmadığını etiraf etmişdir. Həmçinin inzibati xəta haqqında protokola əlavə edilmiş qəbzlərlə sözügedən hal öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xəta əməli nəticəsində Zərərçəkmiş şəxs vurulduğu sübuta yetirilən zərər olmaqla 400 manat pul vəsaiti Şəxs alınaraq Zərərçəkmiş şəxs qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə uyğun olaraq, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda mülkiyyət əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrində qeyd edilən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, İXM-in 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə inzibati xətaların xarakterini, sayını, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədinə nail olmaq üçün Şəxs barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə gələcəkdə yeni inzibati xətalar törətməsinin qarşısını almaq məqsədlərinə nail oluna bilər. Azərbaycan Respublikası İXM-in 28.1-ci maddəsində göstərilir ki, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsində qeyd olunur ki, ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib ona gün ərzində dörd saatdan çox olmamaq şərti ilə 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs vurulmuş zərərin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs qaytarılsın. Qərarın icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Babək Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay İsmayıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar