Məhkəmə qərarları › İş №3(079)-114/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-114/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-114/2023 15.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, məsləhətçi məhkəmə iclas Əliyev İsmayıl Kamal oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə xx xxxxxx 1988-ci ildə Babək rayonu, Xəlilli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, subay, Babək rayonu, Xəlilli kəndində qeydiyyatda olan və yaşayan, işsiz Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 15 avqust 2023-cü il tarixli, 3-13-43-7/2-6128/2023 nömrəli məktubu ilə Şəxs nun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair 15 avqust 2023-cü il tarixli, 001982 nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Şəxs barəsində olan inzibati xəta haqqında işi inzibati xətalar qanunvericiliyinin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. X3 Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 157 və 158ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 25 iyul və 11 avqust 2023cü il tarixli ərizələrdən aydın olur ki, Zərərçəkmiş şəxs1 və Seyidova X1 Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Bununla bağlı məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 avqust 2023-cü il tarixli qərarında Babək Rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı şikayət ərizəsi əsasında toplanmış materiala baxaraq cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs nun əməlində cinayət tərkibinin əlamətlərinin olmaması qeyd edilmişdi. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş 27 iyul 2023-cü il tarixli, 938 saylı canlı şəxsin ekspertizası üzrə rəydə qeyd edilmişdi ki, Zərərçəkmiş şəxs2 bədənində müəyyən edilmiş xəsarətlər sol gözaltı nahiyədəki qançır və sağ bazudakı qançır bərk küt əşyanın təsirindən törənmişdi, müddəti müayinə olunanın özünün dediyi tarixə uyğun gəlir, qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Həmçinin həmin birlik tərəfindən verilmiş 27 iyul 2023-cü il tarixli, 937 saylı canlı şəxsin ekspertizası üzrə rəydə qeyd edilmişdi ki, Zərərçəkmiş şəxs1 bədənində müəyyən edilmiş xəsarətlər sağ bazuda qançır, başın sağ gicgah nahiyəsində tüklərin yolunması tük diblərinə nöqtəvari qansızma bərk küt əşyanın təsirindən törənmişdi, müddəti müayinə olunanın özünün dediyi tarixə uyğun gəlir, qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinin tələbindən görünür ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmçinin həmin Məcəllənin 53.1-ci və 53.1.9-cü maddələrinin mahiyyətindən də aydın olur ki, Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən hüquq normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidi. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 15 avqust 2023-cü il tarixli, 001982 nömrəli inzibati xəta haqqında protokolu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Bu qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində şikayət verilməzsə şikayətin verilməsinin bitdiyi gün qüvvəyə minir Sədrlik edən:- Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar