Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-118/2023 18.08.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlər Şahid1 və Şahid2 iştirakı ilə, xx xxxxx 1988-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli (FİN kodu-xxxxxxx), evli, iki uşaq atası, X2 Limanında növbə rəisi işləyən , Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsi, döngə 8, ev 21-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Babək Rayon Polis İdarəsinin 18 avqust 2023-cü il tarixli, 3-13-43-7/2-6456/2023 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 18 avqust 2023-cü il tarixli, 001992 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs “17” avqust 2023-cü ildə təqribən saat 17-18 radələrində sərxoş vəziyyətdə Babək rayonu, Cəhri qəsəbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni “polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” inzibati xəta əməlini törətməsi müəyyən edilmişdi. Belə ki, Şəxs məhkəmədə verdiyi izahatında bir sıxıntısı olduğundan 17 avqust 2023-cü ildə evində iki butulka pivə içdiyini, lakin buna baxmayaraq yenə sıxıntısının davam etdiyini, buna görə də sakit bir yerə getmək istədiyini, bu məqsədlə maşınına minib əvvəlcə Uzunoba gölünə getmək istədiyini, lakin sonradan fikrini dəyişib Şahbuz rayonu istiqamətində getdiyini, yolda olan özünün içkili olmasını və yolda polislərin çox olmasını düşünüb fikrini dəyişərək Cəhri kəndinə döndüyünü, təqribən Payız kəndinə qədər gedib sonra geri qayıtdığını, yolda olanda Cəhri qəsəbəsində polis əməkdaşlarının onu saxladığını, ona barəsində şikayət olduğunu dediklərini, lakin özünün Fəridə adlı şəxsin maşının vurmasından xəbərinin olmadığını, polislərdə danışdıqdan sonra siqaret çəkmək üçün maşınına mindiyini, həmin vaxt içkili olduğundan təşvişsə düşüb maşının sürüb getdiyini, yolda da maşının bir ağaca vurduğunu, sonra yenə yoluna davam etdiyini, bir az getdikdən sonra maşının yolun kənarında saxladığını, daha sonra yol polisi əməkdaşlarının ona yaxınlaşdığını, indiyədək belə bir əməl törətmədiyini, əməlindən çox peşman olduğunu bildirərək, evli olmasını, iki uşağını və ailə vəziyyətinin, həmçinin karyerasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 izahatında Babək Rayon Polis İdarəsində Post Patrul Xidmətində polis nəfəri işlədiyini, dünən yəni 17 avqust 2023cü ildə təqribən saat 17-18 radələrində Cəhri qəsəbəsində Şahid2lə xidmətdə olarkən bir xanımın onlara yaxınlaşaraq maşının Cəhri qəsəbəsinin mərkəzində saxlayarkən digər sürücünün öz maşını onun maşının sürtüb getdiyini, şikayət əsasında Şəxs idarə etdiyi avtomaşının saxladıqlarını, həmin vaxt ona barəsində şikayət olduqlarını dediklərini, bu vaxt Babək Rayon Polis İdarəsindən onlara həmin şəxsin sərxoş olmasına görə avtomobili idarə etməyə imkan verməmələrini və şəxsi orada saxlamalı olmaları, yol polisi əməkdaşlarının gəlib onu aparacaqlarını dediklərini, bir az sonra Şəxs siqaret çəkmək üçün maşınına mindiyini, sonra isə onu sürüb getdiyini, bundan sonra özlərini idarəyə məlumat verdiklərini, Şəxs idarə etdiyi maşını sonradan özünün və polis əməkdaşlarının saxlamasından məlumatsız olduğunu bildirmişdi. Digər Şahid2 məhkəmədə verdiyi izahatında Babək Rayon Polis İdarəsində Post Patrul Xidmətində polis nəfəri işlədiyini, 17 avqust 2023-cü ildə təqribən saat 17- 18 radələrində Cəhri qəsəbəsində Şahid1la birlikdə xidmətdə olarkən bir xanımın onlara yaxınlaşıb maşının Cəhri qəsəbəsinin mərkəzində saxlayarkən ağ rəngli 015 markalı maşının sürücünün öz maşını onun maşının sürtüb getdiyini, bundan sonra özlərinin idarəyə məlumat verdiklərini, şikayət əsasında Şəxs getdiyi istiqamətdə öz maşınları ilə hərəkət etdiklərini, həmin vaxt şikayətçinin özünü gərgin hiss etdiyini bildirərək Babək rayonu, Cəhri qəsəbəsində olan qohumunun evinə getdiyini bildirib, öz qohumlarını da onların yanında getməsini istədiyini, özlərinin də həmin şəxslə birlikdə hərəkət etdiklərini, sonra şikayətçinin maşının öndə Dalğının maşının isə arxada gəldiyini gördüklərini, ona yaxınlaşanda onun içkili olduğunu gördüyünü, xəta törədən şəxsə barəsində şikayət olduğunu, həmçinin içkili vəziyyətdə avtomobil idarə etməməli olduğunu ona dediklərini, xəta törətmiş şəxsin də onlarla razılaşdığını, bir az sonra onun maşınına oturub getdiyini, Şəxs idarə etdiyi maşını sonradan özünün və polis əməkdaşlarının saxlamasından məlumatsız olduğunu qeyd etmişdi. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq “Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama” inzibati xəta əməlinin tərkibinin yaranmasına səbəb olan əməldir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə və özünün məhkəmədə verdiyi səmimi izahatı, həmçinin məhkəmədə dindirilmiş şahidlər Şahid1 və Şahid2 izahatları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1 və 96.1.4-cü maddələrinin mahiyyətindən görünür ki, dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama əməli törətmiş fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, hazırda iş materiallarından onun X2 Limanında növbə rəisi işləməsi aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs etdiyi əmələ görə səmimi peşman olması məsuliyyəti yüngülləşdirən haldır. Bundan başqa məhkəmə onun ailəli və himayəsində iki azyaşlı uşaq olmasını, ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məhkəmə Şəxs ali təhsilli olmasını və X2 Limanında növbə rəisi vəzifəsində işləməsini şəxsiyyətini müsbət xarakterizə edən hal kimi qiymətləndirir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Naxçıvan Şəhər Təcili X4 Hüquqi şəxsi tərəfindən verilmiş 17 avqust 2023-cü il tarixli, 70 nömrəli aktda Şəxs qanında alkoqolun konsentrasiyasının 0,56 promilli olması qeyd edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” qaydalarının 2.4-cü bəndində qeyd edilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta əməlini sərxoş halda olan törətməsi isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran haldır. İş materiallarına əlavə edilmiş sənədlərdən o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə isə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Normanın tələbindən də görünür ki, inzibati həbs müstəsna hallarda tətbiq edilir. Məhkəmə isə belə hesab edir ki, hazırda inzibati tənbehin məqsədinə nail olmaq üçün müstəsnalıq mövcud deyil. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində təqsirləndirildiyi əməlin sanksiyasında qeyd olunmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Çünki Şəxs törətdiyi əməl xarakteri, işin halları, həmçinin inzibati xətanın baş verməsinə səbəb olan hallar, Şəxs əməli törətməsindən sonra hüquqazidd hərəkətini öz istəyi əsasında sonlandırması, məhkəmədə əməlini səmimi etiraf etməsi, əməlindən peşman olması, onun ali təhsilli olması və işlədiyi vəzifə cərimə tənbeh növünün inzibati tənbehin əsas məqsədinə çatmağa imkan verir. Həmçinin məhkəmə şəxsə tənbeh tətbiq edərkən onun ailəsinə təsirini nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə qeyd edir ki, Şəxs təqsirli bilindiyi maddənin saksiyasından görünür ki, qanunvericilik cərimənin konkret miqdarını müəyyən etməklə, həmin əmələ görə 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilməsi qeyd edilib. Lakin məhkəmə bildirir ki, iş materiallarında olan 18 avqust 2023-cü il tarixli, 0582 nömrəli tutma haqqında protokoldan onun barəsində həmin tarixdən tutulma tədbiri tətbiq edilməsi aydın olur. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində qeyd edilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda qeyd edilən normanın tələbini nəzərə alan məhkəmə yekunda belə nəticəyə gəlir ki, Şəxs barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə tətbiq edilməlidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-118/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-118/2023
18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver