Məhkəmə qərarları › İş №3(079)-118/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №3(079)-118/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 3(079)-118/2024 01.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Masallı rayonu, Banbaşı kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayonu Böyük Xocavar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, orta təhsilli, evli, fərdi sahibkar, (Fin kod – xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-43-7/2-11528/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, onun barəsində olan həmin protokol və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsində hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həll etməli olduğu məsələlər qeyd olunmuşdur. Bu maddənin tələbinə əsasən həll edilməli məsələlərdən biri də işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını müəyyən etməkdir. Şəxsin təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin mahiyyətinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsinə, saxlanılması, daşınması və ya göndərilməsi əməlini törətmiş şəxsə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan həmçinin psixotrop maddələrin istehlakına görə inzibati məsuliyyət nəzərdə tutan hərəkətsizliklə törədilən inzibati xəta əməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələbinə görə isə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclası zamanı verdiyi izahatında Masallı rayonu, Böyük Xocavar kəndində qeydiyyatda olduğunu, lakin hazırda Naxçıvan şəhəri, Əliabad qəsəbəsində kirayədə yaşadığını, Masallı rayonundan Naxçıvana mebel əşyaları gətirdiyini və burada mağazalara satdığını, Mehman adlı şəxslə Babək rayonu, Cəhri qəsəbəsi yaxınlığında yerləşən “Təpə” adlı restoranda 2-3 ay bundan qabaq çay içərkən Mehmanın dostu Qara adlı şəxslə tanış olduğunu, Mehmanı isə dükanlara mebel aparkən tanıdığını, həmin vaxt Qaranın ona marixuana təklif tediyini və “tək vurmayım, gəl birlikdə qəbul edək” dediyini, özünün isə 10-15 il olar ki, narkotik vasitə qəbul etdiyini, həmin vaxt Qara ilə birlikdə psixotrop maddə qəbul etdiyini, sonuncu dəfə 25 oktyabr 2024-cü ildə Qaranın onu Naxçıvan şəhərində “Koroğlu” heykəlinin yaxınlığında yerləşən “Toğrul“ hoteldə nərd oynamaq üçün dəvət etdiyini, ora çatdıqda hotelin həyətində maşında olarkən narkotik vasitəni qəbul etdiklərini, Naxçıvan şəhəri, Əliabad qəsəbəsinə 3-4 gün əvvəl köçdüyünü, əvvəllər Naxçıvan şəhərində yerləşən həmin “Toğrul” hoteldə qaldığını və narkotik vasitəni qəbul etdiyi vaxt orada yaşadığını, həmin vaxt Qaranın da onunla birlikdə marixuana qəbul etdiyini, Qara ilə birlikdə 2 dəfə marixuana qəbul etdiyini, marixuananın siqaretə doldurulduğunu və hazır vəziyyətdə olduğunu, narkotik vasitənin qarşılığında Qaraya ödəniş etmədiyini, sonuncu dəfə 1 həftə əvvəl hava yolu ilə Naxçıvana gəldiyini, ibtidai araşdırma zamanı verdiyi izahatın öz sözləri ilə yazıldığını, polis əməkdaşlarının isə yazıya aldığını, X1 müayinə olunduğunu və narkotik vasitəni istifadə etməsinin müsbət olduğunun aşkar edildiyini, İİ qrup əlil olduğunu və nəzərə alınmasını xahiş etdiyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü tarixdə Y.Budaqov adına X1 narkotest müayinəsi zamanı THC-tetrahidrokannabinol qəbulu Şəxs müsbət aşkar olunmuşdur. Həmçinin Protokola əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X2 xx.xx.2024-cü il tarixli, 460 saylı rəyində qeyd olunmuşdur ki, Şəxs xx.xx.2024-cü il tarixdə Y.Budaqov adına X1 sidik narko-test vasitəsilə müayinə olunmuş və nəticədə THC (tetrahidrokannabinol) müsbət aşkar olunmuşdur. Göründüyü kimi şəxsin narko-test müayinəsindən əvvəl psixotrop maddənin istehlakını Babək rayon Məhkəməsinin yurisdiksiyası ərazisində deyil, Naxçıvan Şəhər Məhkəməsinin yurisdiksiyasına tabe olan ərazidə həyata keçirməsi müəyyən olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında vurğulanır ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı, ilk növbədə, inzibati xətalar haqqında işlər üzrə icraatda inzibati xətanın törədildiyi yer və bununla bağlı ərazi üzrə məhkəmə aidiyyətinə dair prosessual normaların tətbiqində vahid mövqeyin formalaşmasının əhəmiyyətini xüsusilə qeyd etməyi vacib bilir. Belə ki, ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı qeyri-müəyyənlik məhkəmə tərəfindən inzibati tənbehin verilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində müəyyən edilmiş müddətlərin ötürülməsinə səbəb ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar). Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur. Beləliklə, məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1 və 112.4-cü maddələrinə görə məhkəmə inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13- 43-7/2-11528/2024 nömrəli məktubu ilə daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-43-7/2-11528/2024 nömrəli məktubu ilə daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar