Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 3(079)-12/2025 22.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin 27 dekabr 2024-cü il tarixli, 3-13-43-14/2- 3131/2024 nömrəli məktubu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, 6778122, 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar toplanmış materiallarla birlikdə baxılması üçün Babək Rayon Məhkəməsinə göndərmişdir. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də inzibati xəta haqqında protokol və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsidir. Daxil olan sənədlərdən aydın olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 347-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. İXM-in 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-13-43-14/2- 2957/2024 nömrəli məktubdan belə məlum olur ki, həmin tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məktub göndərilərək bildirilmişdir ki, "xxxx" MMC-nin mülkiyyətində olan **-AF- ***, **-AF-***, **-AF-***, **-AF-***, **-AF-***, **-AF-***, **-AF-***, **-AF-***, **-AF-***, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobillər müxtəlif vaxtlarda törədilmiş yol hərəkət qayda pozuntularına görə sürücülər barədə yol vərəqəsi və sürücülük vəsiqələri barədə məlumat verilməsi xahiş olunmuş, qanunla nəzərdə tutulmuş müddətdə cavab verilməməsinin hüquqi nəticələri izah olunmuşdur. Lakin göründüyü kimi məlumat protokol tərtib edən orqan tərəfindən bir dəfə müxtəlif dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri barəsində xx.xx.2024-cü il tarixdə istənilmişdir. Məktubda müxtəlif tarixlərdə törədilmiş yol hərəkəti qayda pozuntularına görə sürücülər barədə məlumatların istəsnilməsinə istinad olunsa da sözügedən əsaslar protokollarda göstərilməmiş, hansı nəqliyyat vasitəsinin sürücüsü barədə məlumatın hansı tarixdə baş vermiş hansı yol nəqliyyat hadisəsinə görə istənildiyi öz əksini tapmamış və hüquqi şəxs barəsində əsaslandırılmadan bir neçə protokol tərtib olunmuşdur. Halbuki hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın istənilməsinə dair səlahiyyətli orqanın sorğusu bir dəfə xx.xx.2024-cü il tarixdə müvafiq məktubla istənilmiş və həmin sorğuya cavabın verilməməsi də bir inzibati xəta haqqında protokolla rəsmiləşdirilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1 və 100.1.7-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamış, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqları və vəzifələrinin izah edilməsi ilə bağlı müvafiq qeyd aparılmamışdır. Həmçinin həmin protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi ilə bağlı hər hansı bir sübut iş materiallarında mövcud deyildir. Göründüyü ki, materiallar natamamdır və işə baxılarkən də tamamlamaq mümkün deyil. İXM-nin 109.1 və 109.1.6-cı maddələrinə görə isə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, 6778122, 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, 6778122, 26 dekabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin geri qaytarılsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisinin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə əməl edilməsinə nəzarəti artırsın. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(079)-12/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №3(079)-12/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver