Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-120/2025 15.09.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ X14 Yaqub oğlunun sədrliyi, Kəngərli Bayram Akif oğlunun katibliyi, şikayət verən X1, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X1 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN-1840493 saylı iş üzrə qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X8 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti qərarından şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən onun barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN-1840493 saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul ediməsini xahiş etmişdir. X8 şikayətində göstərmişdir ki, mən faktiki olaraq Babək rayonu, Şıxmahmud kəndində yaşayıram. Mənə məxsus olan "X7" xidmət sahəsi vasitəsilə tikintidə qəlib və təmir işləririni həyata keçirirəm. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin 12 avqust 2025-ci il tarixli, MN-1840493 nömrəli İnzibati tənbeh vermə haqqında qərarına əsasən mənim barəmdə Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsinə əsasən, yəni mənə məxsus xidmət sahəsində 1 nəfər işçinin əmək haqqı məbləğinin dövlətin müəyyən etdiyi minumum əmək haqqı miqdarından az əmək haqqı verilməsi əsasına görəvəzifəli şəxs qismində 1000 (bir min) manat miqdarında cərimə tətbiq edilmişdir. Həmin qərarla aşağıda qeyd olunanlara əsasən razılaşmıram. Belə ki, mənə məxsus xidmət sahəsində 2025-ci ilin yanvar ayında əmək müqaviləsi üzrə 5 nəfər işçi işləmişdir. Həmin işçilərə 2025-ci ilin yanvar ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus MEİS-də 2025-ci ilin minimum əmək haqqına uyğun olaraq 400 manat miqdarında əmək haqqını hesablanması barədə məlumat daxil edilmidir. Həmin işçilərə ödənilən əmək haqqı barədə məlumatlar eyni gündə MEİS-də təsdiq olunsada, hansısa texniki səbəbdən işçilərdən X6 400 manat miqdarında əmək haqqını hesablanması barədə məlumat əlavə edildiyi görsənsədə təsdiq edilməmişdir. Qeyd edim ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında DƏMX-nin müfəttişi X2 tərəfindən də bu hal təsdiq edilərək mənə bildirmişdir ki, bütün işçilərin əmək haqqı barədə məlumatlar eyni gündə MEİS-ə əlavə edilsədə bir işçinin əmək haqqının hansı səbəbdən təsdiq edilməməsini deyə bilməz və qeyd olunan məlumatın haliyədə həmin tarixə təsdiq edilməsi mümkün deyildir. Qeyd etmək istəyirəm ki, bu hal mənim təqsirim nəticəsində deyil, sistemdə yaranmış texniki xarakterli halla əlaqədar olmuşdur. Həmçinin də şikayət ərizəmə əlavə etdiyim İ və İİ rüblərə dair hesabatdan da görünür ki, mənə məxsus xidmət sahəsində işləyən işçilərə 2025-ci ilin yanvar ayından 2025-ci ilin minumum əmək haqqına müvafiq olaraq əmək haqqı hesablanmış və həmin əmək haqqından məcburi dövlət sosial sığorta hesabına tutulmalar aparılmışdır. Həmçinin də qeyd etmək iştəyirəm ki, mənə məxsus xidmət sahəsində işləyən 5 nəfər işçiyə 2025-ci ilin minimum əmək haqqına uyğun olaraq əmək haqqı hesablanması barədə məlumatın eyni gündə MEİS-nə daxil edilməsinə baxmayaraq bir nəfərin əmək haqqı barədə məlumatın bilərəkdən təsdiq edilməməsindən söhbət gedə bilməz, çünki yuxarıda qeyd etdiyim kimi 2025-ci ilin yanvar ayından həmin işçiyə 2025-ci ilin minumum əmək haqqına müvafiq olaraq əmək haqqı hesablanmış və ödənilmişdir. Məhkəmə iclasında göstərilənlərə uyğun olaraq izahat verən şikayətçi X8 məhkəmədə verdiyi izahatında “Sima” programı vasitəsilə işçilərin əmək haqqısının 400 manat olmaqla yeni əmək müqaviləsi imzalanaraq təsdiq edildiyi barədə bildiriş aldığını, lakin texniki problemlərə görə əmək haqqının təsdiqlənmədiyini, yanvar ayından etibarən hər ay işçilərə 400 manat əmək haqqı ödədiyini, bununla bağlı çıxarışları iş materiallarına əlavə etdiyini, Sahib Nəsirovun müqaviləsini Sima programında Sahibin özünün təsdiqlədiyini, lakin ƏƏSM X9 Xidməti tərəfindən ona əmək haqqının sistemdə təsdiqlənmədiyinin bildirildiyini, o da onlara işçilərə hər ay 400 manat əmək haqqı ödənildiyini bildirdiyini və müqaviləni təsdiq etməsi barədə Sahibə məlumat verdiyini, müqavilənin təsdiqlənməmə səbəbinin texniki xətadan baş verə biləcəyini, sosial sığorta və vergidən yayınmadığını, işçilərə 400 manat əmək haqqının ödənilməsi ilə bağlı çıxarışların da iş materiallarına əlavə edildiyini, hazırda 5 nəfər işçinin onlarla işlədiyini həmin işçilərə bağlanmış əmək müqaviləsində əmək haqqının 400 manat göstərildiyini, yalnız sahibin əmək müqaviləsində 345 manat göstərildiyini, 2025-ci ilin yanvar ayından Sahibə 400 manat əmək haqqı ödnildiyini, 400 manat əmək haqqına uyğunda sğorta ödədiyini, müqavilədə 345 manat göstərilməsi səbəbiniin texniki nasazlqdan olduğunu, müqavilə təzələndikdən sonra Sahibin na “SİMA”-da müqavilənin təsdiq olunduğu bildirdiyini, özünün savadsız olduğunu bildirmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi Nümayəndə izahatında ümumi minimum əməkhaqqının yanvar ayının 1-dən 400 manat olaraq müəyyən edildiyini, lakin Sahib Nəsirovun sistemdə əmək müqaviləsində 345 manat əməkhaqqı alması müəyyən edildiyindən barəsində protokol tərtib edilib qərar qəbul edildiyini, böyük ehtimalla ki təsdiq göndərilsə də işçinin bunu imzalamadığını, buna görə də əmək haqqının 345 manat olmaqla göstərildiyini, bundan sonra isə işçinin həqiqətən də 345 manat alması ilə bağlı hər hansı bir araşdırma aparılmadığını, 13 avqust 2025-ci il tarixdə isə işçinin əmək haqqısının sistemə 400 manat olmaqla əmək müqaviləsinin yenidən təsdiqləndiyini, bunun isə qərar qəbul edildiyi tarixdən sonrakı günə təsadüf etdiyini, məhkəməyə təqdim etdiyi əmək müqaviləsində yenə də Sahib Nəsirovun əmək haqqısının 345 manat göstərildiyini, bu günkü gündə isə 400 manat faktiki ödənildiyini, şikayətçinin xidmətə X5 Vergi Xidməti portalında olan vahid Bəyannamə Hesabatlarının onlara təqdim etmədiyini, həmin hesabatlarda 400 manat əmək haqqının ödənilməsi göstərilsə də şikayətçiİ.Həsənovun bu barədə heç bir sənəd təqdim etmədiyini, xidmətə bu barədə heç bir sənəd təqdim edilmədiyi üçün xidmət tərəfindən araşdırılma aparılmadığını, “ƏMAS” sistemində Sahib Nəsirov ilə bağlanmış müqavilədə əmək haqqı 345 manat göründüyü üçün İntiqam Həsənov cərimə olunduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin rəisi X10 tərəfindən tərtib olunan 12 avqust 2025-ci il tarixli, ******* nömrəli qərardan görünür ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən xx.xx.2025-ci il tarixdə aparılan monitorinq zamanı işəgötürən X3 məxsus xidmət sahəsində 1 nəfər işçinin əmək haqqı məbləğinin dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az miqdarda əmək haqqı verildiyi müəyyən edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə, barəsində 1000 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş İ və İİ rüblərə aid Azərbaycan Respublikası X5 Vergi Xidməti portalında olan məcburi dövlət sosial sığorta haqqı ödənilməsi barədə hesabatdan X8 tərəfindən X6 ödənilən sığorta haqqı üçün vergiyə cəlb olunan gəlir məbləği (əmək haqqısnın) 400 manat olması müəyyən olunur. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli X1 İXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar, yəni işçinin əmək haqının hesablanmasında və ödənilməsində səthi araşdırma apararaq inzibati cərimə tətbiq etmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən X1 İXM-nin 192.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə əsas kimi X1 X6 345 manat, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından məbləğdə əmək haqqının ödənilməsi əsası ilə tənbeh edilsə də, iş materiallarında olan Azərbaycan Respublikası X5 Vergi Xidməti portalında olan məcburi dövlət sosial sığorta haqqı ödənilməsi barədə İ və İİ-ci rüblərə dair hesabatlarla X4 gəlir məbləği (əmək haqqsının) 400 manat olması müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddəyə edilmiş qeydə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X8 barəsində xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X8 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X8 tərəfindən heç bir inzibati xətanın törədilməsi ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət təmin edilməli, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-nin 192.3cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə tapşırılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Naxçıvan Muxtar Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-nin 192.3-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(079)-120/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-120/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver