Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-121/2024 19.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, xx xxxx 1976-cı ildə Babək rayonu, Məzrə kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli (FİN kodu- xxxxxxx), evli, iki uşaq atası, "Su Meliorasiya Xidməti" Publik Hüquqi şəxsində nəzarətçi işləyən, Babək rayonu, Məzrə kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X10 İdarəsinin 05 noyabr 2024-cü il tarixli, 3-13-43-14/2-2607/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair 05 noyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər xx.xx.2024-cü ildə Babək Rayon Məhkəməsinə daxil olmuşdur. 05 noyabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan belə məlum olur ki, xx.xx.1976-cı il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 61.5-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, 62.4-cü maddəsinin tələblərinə əsasən isə Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normaların tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 xx.xx.2024-cü il tarixli, 202 nömrəli qərarı ilə ekspert o nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: sol qulaq seyvanı və sırğalığının üzərində cərrahi tikişləri olan əzilmiş yaraları, sol kürək və boyunarxası nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, eləcə də sürücüsü olduğu minik avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlmələri mümkündür, müddəti qərarda göstərilən və onun Naxçıvan MR Xəstəxanasına müraciət etdiyi, yəni xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gəlmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə görə isə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İş materiallarına əlavə edilmiş 09 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla müəyyən olunmuşdur ki, 09 sentyabr 2024-cü il tarixdə saat 14:20-də Naxçıvan-Ordubad avtomobil yolunun 4-cü km-də Zərərçəkmiş şəxs idarə etdiyi “Qaz 33021” markalı **-BF-*** qeydiyyat nişanlı avtomobillə Ordubad rayonu istiqamətində ikinci hərəkət zolağında hərəkətdə olub sola dönən zaman onunla eyni istiqamətdə arxasında hərəkətdə olan Şəxs idarə etdiyi “Daimler Chrysler E 200” markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxaraq həmin avtomobillə toqquşmuş, nəticədə “Qaz 33021” markalı avtomobilin sürücsü Zərərçəkmiş şəxs, “Daimler Chrysler E 200” markalı avtomobilin sürücü Şəxs və “Daimler Chrysler E 200” markalı avtomobildə olan sərnişin X6 müxtəlif dərəcəli bədən xəsarətləri iə Naxçıvan MR Xəstəxanasına daxil olmuş, baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı sürücü Şəxs və Zərərçəkmiş şəxs hadisə zamanı sərxoş olubolmamasının müəyyənləşdirilməsi üçün tibbi müayinədən keçirilmiş və hadisə zamanı sərxoş olmadıqları müəyyən olunmuş, Naxçıvan MR X5 Şəxsin xx.xx.2024-cü il tarixli 380 nömrəli məktubunda göstərilmişdir ki, Zərərçəkmiş şəxs sol qulaq seyvanının kəsilmiş, cırılmış yarası, X6 yumuşaq toxumalarının əzilməsi diaqnozu ilə xəstəxananın travmatologiya şöbəsinə ambulator müayinədə olmuşlar, Şəxs hər iki topuğun qəlpəli yerdəyişmiş sınığı diaqnozu ilə xəstəxananın travmatologiya şöbəsində müalicədə olmuşdur. İstintaq tərəfindən göstərilən vəziyyətdə Qaz 33021 markalı avtomobilin birinci hərəkət zolağında hərəkətdə olarkən sola dönmə siqnalını yandıraraq sola dönməsi, arxadan onunla eyni istiqamətdə hərəkətdə olan Daimler Craysler E 200 markalı avtomobilin sürücüsünün hərəkəti üçün hər hansı təhlükə yaratmaması, toqquşmanın əks istiqamətli hərəkət zolağında 1.3 nişanlanma xəttindən 5 metr məsafədə baş verməsi və toqquşmanın Qaz 33021 markalı avtomobili sol yanı ilə Daimler Crysler markalı avtomobilin qabaq sol tərəfi arasında baş verməsi şəraitində Qaz 33021 markalı qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə bağlı hərəkələrini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzumun olmadığı, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli 1150 №-li rəyində də ekspertiza təqdimatına təqdim edilmiş usta (mütəxəssis) işləyən X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli nöqsan aktından göründüyü kimi 1998-ci il buraxılışlı Qaz 33021 markalı, bortlu tentli, boz rəngli, mühərriki 2445 sm kub olan **- BF-*** qeydiyyat nişanlı yük avtomobilinin təmir bərpa xərclərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 2708,00 (iki min yeddi yüz səkkiz) manat müəyyən edilmiş, material üzrə araşdırma aparılan zaman müəyyən edilmişdir ki, sürücülərin əməlində cinayət tərkibi yoxdur. Ona görə də yol-nəqliyyat hadisəsi üzrə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs hərəkətlərində «X7» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğundan və Qaz 33021 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisə zamanı yüngül bədən xəsarəti aldığından Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati icraat başlanılması üçün qərarın surətinin Naxçıvan MR DİN-in DYPl-ə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. “X7” qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə görə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X7” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Bütün bu yuxarıda qeyd edilənlərdən isə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi öz təsdiqini tapır. Bu səbəbdən də o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə şəxsin himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını yüngülləşdirici hal kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 33.1-ci maddələrində qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, şəxsin barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi üçün onun xüsusi hüquqdan istifadə qaydasını kobud surətdə və ya müntəzəm pozması halı müəyyən olunmadığından şəxsin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(079)-121/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-121/2024
19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver