Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-126/2023 11.09.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X10 məhkəmə iclas katibliyi ilə, 01 yanvar 2001-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Kültəpə kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, (Fin kod – 6F045Z8) Babək rayonu, Kültəpə kəndində qeydiyyatda olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru işləyən X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X2 16 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Babək Rayon Məhkəməsinə 30 avqust 2023-cü ildə X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə çıxarılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X2 16 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin verdiyi şikayət daxil olmuşdu. X25 şikayətində həmin qərarın ləğv edilməklə işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdi. O, şikayətini əsaslandıraraq qeyd etmişdi ki, direktoru olduğum "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ( VÖEN **********) öz nizamnaməsi əsasında fəaliyyətini qurmaqla Qəbələ rayonu ərazisində yanacaq məhsullarının satışı ilə məşğul olur və yanacaq doldurma məntəqələrində işləyən çox saylı vətəndaşımızı işlə təmin edərək həyat və şəraitlərinin təmin olunmasına yardımçı olmağa çalışır. Rəsmi əmək müqaviləsi bağlanmaqla işə götürülmüş işçilərdən biri də vətəndaş X13r ki, həmin şəxslə 25 may 2023-cü il tarixdə rəsmi əmək müqaviləsi bağlanmaqla əmr əsasında işə qəbul olunmuş və ona aylarla əmək haqqı ödənərək, sosial sığorta haqları ödənmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X2 16 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 192.1-ci maddəsi üzrə barəmdə inzibati cərimə tətbiq olunmuşdur. Qərarla mən vəzifəli şəxs olaraq cərimələnmişəm. Həmin qərarla razılaşmıram, qanunsuz və ədalətsiz olduğundan ləğv edilməsi üçün şikayət verirəm. Qərarı məzmunundan və işin əhəmiyyətli hallarından müəyyən olunur ki, X19 ilə 25 may 2023-cü il tarixdə rəsmi əmək müqaviləsi bağlanmaqla işə götürüldükdən sonra onun əmək müqaviləsi barədə bildirişin müvafiq qaydada elektron informasiya sisteminə daxil edilməsi həyata keçirilməmiş qalmışdır. Bunu əsas götürən müvafiq təşkilat da şəxsin əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması qənaətinə gəlmişdir. Halbuki, bizim belə bir qəsdimiz olmamış və işçi rəsmən işə götürülərək, barəsində sosial sığorta ödənişləri edilmiş, əmək haqqı verilmiş və sistemə yerləşdirilməsi üçün bildiriş verilmişdir. Lakin bizə bəlli olmayan səbəblərdən bildiriş qeydə alınmamış qalmışdır. Barəmizdə 11 avqust 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib olunarkən təqdim olunmuş sənədlər dəqiq və düzgün araşdırılmamışdır. Belə olan halda işin həqiqi tərəfləri inspektor tərəfindən düzgün dəyərləndirilməyərək inzibati xəta üzrə tənbeh verilməsi ilə nəticələnən prosedur formalaşdırılmışdır ki, həmin qərar tərəfimizdən mübahisələndirilir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 2, 6, 9-cu maddələrin məzmununda qeyd olunur ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarının və azadlıqlarının, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Hüquqi şəxsin və onun direktoru olaraq mənim heç bir qəsdim olmamışdır. İnzibati xəta törətmək üçün buna meyilli şəxs deyiləm. Bu günədək heç bir xətam qeydə alınmamışdır. Yalnız kağız formatda hazırlanan sənədlərin elektron qaydada ötürülməsini həvalə etdiyimiz mühasibin bildirdiklərinə güvənərək işin tamamlandığı qənaətinə gəlmişəm. Zərurətdən İnzibati xəta törətmiş olsam da belə, əməkdaş yüngülləşdirici halları nəzərə almalı idi və barəmizdə cərimə tətbiq etməyə bilərdi. Məcəllənin 21-ci maddəsində qeyd olunur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin tənbeh növlərindən biri də xəbərdarlıqdır ki, bu Məcəllənin 24-cü maddəsinə əsasən xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. Məcəllənin 31.2-ci maddəsində qeyd olunur ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 99.1.1-ci maddəsində qeyd olunur ki, inzibati xəta hadisəsinin mövcudluğunun göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında işlər üzrə icraata başlamağa səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinin məzmununa əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Hazırkı vəziyyətdə isə qanunun yuxarıda qeyd olunan normaları pozulmuşdur. Beləliklə də, hüquqlarım kobud surətdə pozularaq, əsassız yerə inzibati məsuliyyətə cəlb olunmuşam. Ona görə də mübahisələndirdiyim qərara baxılaraq ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X23 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. X25 09 sentyabr 2023-cü il tarixli, ********** nömrəli teleqramla müraciət edərək üzrlü səbəbdən məhkəmə prosesində iştirak edə bilməyəcəyini, prosesin təxirə salınmasını istədiyini, iş üzrə mötəbər sübutların hazırlandığını, onların məhkəməyə təqdim olunacağını, prosesi təxirə salıb başqa vaxta keçirilməsini xahiş etmişdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmədə iştirak etməməyinin üzrlü səbəbdən baş verməsi ilə bağlı mötəbər sübut təqdim etmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinin tələbini nəzərə alan məhkəmə onun vəsatətini əsaslı saymayaraq rədd etmiş və şikayətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X2 nümayəndəsi və X18 iştirakı olmadan baxılmasını qərara almışdı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X8 tərəfindən məhkəmənin elektron poçt ünvana göndərilmiş sənədlərdən, yəni: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qəbələ Rayon Polis şöbəsinin 05 iyul 2023-cü il tarixli, 38/3-13-89/2-19446/23 nömrəli məktubundan X11 həmin şöbəyə onun döyülməsi barədə şikayət etməsi, şikayətin araşdırılması zamanı X1 izahında özünün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor, şikayət edənin isə operator işləməsini, lakin bunun elektron sistemə işlənməməsini bildirməsi, həmin pozuntunun araşdırılması və tədbir görülməsi polis şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X5 məlumat verilməsi; - X11 29 may 2023-cü il tarixli ərizəsindən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin eyni tarixli, 09 nömrəli əmrinin surətindən və 29 may 2023-cü il tarixli əmək müqaviləsindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X19 arasında əmək münasibətlərinin yaranması, yəni onlar arasında 29 may 2023-cü ildə əmək müqaviləsinin bağlanması; - əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X19 arasında bağlanmış əmək müqaviləsi üzrə bildirişin 28 iyun 2023-cü ildə, yəni bir ay sonra verilməsi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X2 11 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolundan X22 barəsində yuxarıda qeyd edilən inzibati xəta əməlini törətməsinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X2 16 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X22 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi müəyyən edilir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin mahiyyətinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İş materiallarında aydın olur ki, X18 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X2 16 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı həmin şöbənin X6 (vəzifəli şəxs) tərəfindən qəbul edilmişdi. Bu səbəbdən də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qanunvericilikdə qeyd edilən hüququndan istifadə edərək Babək Rayon Məhkəməsinə müraciət etmişdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131-ci maddəsi ilə müəyyən edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta törədən şəxs barəsində inzibati həbs tənbeh növü tətbiq edildikdə, inzibati həbs barəsində verilmiş qərardan şikayətə və ya protestə həmin şikayətin və ya protestin verildiyi vaxtdan bir gün müddətində baxılır. Həmçinin həmin Məcəllənin 134.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: - qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; - bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; -. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; - bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; - şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, işəgötürən qismində şikayət edən X7 Şöhrət Tofiq oğlu ilə 29 may 2023-cü il tarixdə əmək müqaviləsi bağlayaraq onu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində operator vəzifəsinə təyin etmişdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X8 X25 inzibati məsuliyyətə cəlb edərək, bunu onunla X19 arasında bağlanmış əmək müqaviləsi qüvvəyə minmədən sonuncunu hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə əsaslandırmışdı. Şikayət edən isə X19 ilə onun arasında bağlanmış 29 may 2023-cü il tarixli əmək müqaviləsini sistemə yerləşdirilməsi üçün bildiriş verdiyini, lakin ona bəlli olmayan səbəblərdən bildiriş qeydə alınmadığını qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdi. Məhkəmə bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -2-ci maddəsinin 1-ci hissəsinə görə Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; - 3-cü maddəsinin 1, 5 və 5-1-ci hissələrinə əsasən müəssisə mülkiyyətçinin təşkilatihüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır; - 7-ci maddəsinin 1- və 2-ci hissələrində qeyd edilir ki, işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. - 12-ci maddənin 1-ci hissəsinin “h” bəndində və 2-ci hissəsində göstərilir ki, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Yuxarıda qeyd edilən normaları baxılan şikayətlə əlaqəli şəkildə tədqiq edən məhkəmə bildirir ki, Əmək Məcəlləsinin tələblərindən aydın olur ki, işə götürənlə işçi arasında əmək münasibətlərinin yaranması üçün ilkin olaraq onlar arasında əmək müqavilə bağlanmalıdır. Lakin onlar arasında əmək müqaviləsinin bağlanması onlara münasibətdə əmək müqaviləsinin qüvvəyə minməsi mənasına gəlmir. Belə ki, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49cu maddəsi ilə tənzimlənir. Həmin maddənin 1, 2 və 2-2-ci hissələrinə əsasən Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. X25 isə məhkəmə X19 ilə onun arasında 29 may 2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinin üzrə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması və bu barədə ona elektron qaydada məlumat verilməsi barədə sübut təqdim etməyib. İşin müəyyən edilmiş hallarından isə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin 28 iyun 2023-cü ildə qeydə alınması müəyyən edilir. Dövlət Sosial Müdafiə X28 Şəxsin 1 saylı Şəki-Zaqatala filialının 18 avqust 2023-cü il tarixli, 3-17-1/3-1-75807/2023 nömrəli məktubuna əlavə edilmiş sosial sığorta üzrə hesab barədə məlumatdan isə X11 2023-cü ilin may ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyərək əmək haqqı alması, yəni əmək müqaviləsi hüquqi cəhətdən qüvvəyə minmədən işəgötürən tərəfindən onun işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi öz təsdiqini tapır. Məhkəmə bir daha qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozitiv şərtlərinə görə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati məsuliyyətə səbəb olur. X18 şikayətində qeyd etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X2 onun barəsində məsuliyyəti yüngülləşdirici halları nəzərə almaması, ona xəbərdarlıq inzibati tənbeh növünün tətbiq edilməsi ilə bağlı əsaslara hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilkin olaraq bildirir ki, məsuliyyəti yüngülləşdirən hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində öz əksini tapıb. Həmin maddəyə qeyd edilən yüngülləşdirci halların hər hansı birinin mövcud olması barədə məhkəmə sübut təqdim edilməyib. X18 barəsində onun törətdiyi inzibati xəta əməlinə görə xəbərdarlıq inzibati tənbeh növünün tətbiq edilməsinə gəldikdə isə İnzibati Xətalar Məcəlləsinin 24-cü maddəsinə görə xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. Xəbərdarlıq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir. Hüquq normasının tələbindən də görünür ki, xəbərdarlıq inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün aşağıdakı şərtlərin hamısı birlikdə mövcud olması zəruridir: - şəxsə törədilməsi istinad edilən İnzibati Xətalar Məcəlləsinin xüsusi hissəsində qeyd edilən inzibati xəta əməlinə görə bu inzibati tənbeh kimi nəzərdə tutulmalı; - şəxs həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməli; -və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilməlidir. X18 təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiya hissəsindən aydın olur ki, qanunvericilik həmin inzibati xəta əməlini törətməyə görə yalnız cərimə tənbeh tədbirinin tətbiq edilməsini nəzərdə tutmuşdu. Bu isə o deməkdir xəbərdarlıq tənbeh növünün tətbiq edilməsi üçün qanunla müəyyən edilmiş əsas mövcud deyil. Bundan əlavə iş materiallarından ("Elektron Məhkəmə" informasiya sistemində olan məlumatdan) aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs vəzifəli şəxsdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin “QEYD” hissəsinə görə dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin maddədə göstərilir ki, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. X18 təqsirləndirildiyi maddənin sanksiya hissəsindən aydın olur ki, qanunvericilik həmin inzibati xətanı törədən şəxslər barəsində təyin ediləcək tənbehin həddini şəxslərin növündən asılı olaraq fərqləndirir. Yəni fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. X25 şikayətində məhkəmədən iş üzrə icraata xitam verilməsini istədiyindən məhkəmə bildirir ki, iş üzrə icraata xitam verilməsinin əsasıları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində öz əksini tapıb ki, hazırda həmin əsaslardan hər hansı birinin mövcud olmasını öz təsdiqini tapmır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X18 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X2 16 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 4-cü maddəsi ilə müəyyən edilir ki, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Sözü gedən Məcəllənin 84.1-ci maddəsinə görə isə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 130, 133-137-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şikayət əsaslı sayılmadığından rədd edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin X2 16 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-126/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-126/2023
11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver