Məhkəmə qərarları › İş №3(079)-126/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-126/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-126/2024 25.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Babək Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Məmmədov Anarın iştirakları ilə, xx.xx.1962-ci ildə Naxçıvan rayonu, Cəhri kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi sahibkar, Babək rayonu, Gülşənabad kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Zeynalov X1 Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2-2(123)-6/2021 nömrəli, xx.xx.2021-cü il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, inzibati xəta haqqında protokola əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin 2-2(123)-6/2021 nömrəli, xx.xx.2021-cü il tarixli icra sənədinə əsasən ümumilikdə 49.653.45 manat borcun və 30 manat dövlət rüsumunun cavabdeh Şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İcra sənədi üzrə borclu Şəxs tələbkara 24626.45 manat borcu vardır. Borclu borcunu ödəməkdən qərəzli olaraq yayınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında hazırda işlətdiyi obyektin bağlı olduğunu, işsiz olduğunu, imkan olduqca aylıq 150-200 manat ödəyə biləcəyini, həmin pulun restoranın təmirinə qoyulduğunu, Sənanın restorana tam mülkiyyət hüququ əldə etdiyini, restoranın müsadirə olunduğunu, əlavə olaraq Sənanın ondan 45 min manat pul tələb etdiyini, oranın bələdiyyə torpağında olduğunu, bunların əsassız olduğunu, 45 min manata 100 min manatlıq restoranı aldığını, indi də Sənanın ondan 25 min manat tələb etdiyini Kommersiya məhkməsinin qətnaməsini mübahsiləndirdiyini, lakin üzrlü səbəbdən kassasiya şikayəti verə bilmədiyini, şəxsə hazırda 24800 manat borcu olduğunu, həmin borcdan heç nə ödəmədiyini, 49000 mana pulun əvvəlki həyat yoldaşı Hərgül Zeynalova və özü arasında yarıbayarı bölündüyünü, qarşı tərəfin özlərinə düşən borc pulu Sənana ödədiklərini, özünün isə orada yeməkxana işlətdiyini, lakin hazırda ora da bağlandığından işsiz qaldığını və şəxsə puldan heç nə ödəmədiyini, hazırda heç bir əmlakının olmadığını, elektron sistemdə adına düşən evin səhvən qeyd edildiyini, yaşayış evini oğlunun adına keçirdiyini, pay torpağının isə üzərində 5 nəfərin poyının olduğunu, torpağın 1 hektar olduğunu, 7000 manata yaxın pulu tələbkarın qəbul etmədiyini, pulu ödəməyə imkanını olmadığını bildirdi Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında Məhərrəmin 25000 manat puldan heç nə ödəmədiyini, ümumi 49000 manat ödənilən pulun Məhərrəmin yox, yoldaşı Hərgülün borcu olduğunu və onlar tərəfindən ödənildiyini, şəxsin təklif etdiyi hissə-hissə ödənişlərlə razılaşmadığını və bunu qəbul etmədiyini, borcun hissə-hissə ödənilməsi ilə bağlı qərar olmadığını, Məhərəmin mülkiyyətində hazırda həmin əmlakdan 238 kvadrat metr hissənin olduğunu, lakin onu da oğlunun adına keçirdiyini, pulunun tam ödənilməsini tələb etdiyini, şəxsin əlində olan torpağı verməkdən də imtina etdiyini, 4-5 ildir ki 24000 manat pulun ödənilmədiyini və dəyər itirdiyini, 49000 manat pulun yarısının şəxsin yoldaşı tərəfindən öz borcu olaraq ödənildiyini, onun gəliri barədə məlumatının olmadığını, şəxsin çöl torpağını pulun əvəzində qəbul etmədiyini, belə ki, həmin əmlakın heç bir dəyərinin olmadığını, borcun ödənilmədiyinə görə illərdir dəyər itirdiyini, fərdi sahibkar olaraq həmin pulu dəyərləndirməsinin də mümkün olmadığını bildirdi. Babək Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Məmmədov Anar məhkəmə iclasında verdiyi izahatında Kommersiya Məhkəməsinin xx.xx.2021-tarixli icra sənədinin icra şöbəsinə xx.xx.2021-ci il tarixdə daxil olduğunu, xx.xx.2021-ci il tarixdə tələbin könüllü icrası və icraata başlamaq qərar qəbul edilib tərəflərə məlumat verildiyini, dəfələrlə şəxsə xəbərdarlıq edilsə də şəxsin borcu ödəmədiyini, buna görə şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırıldığını, tələbkarın ərizəsi əsasında şəxs barəsində 09 fevral 2023-cü il tarixdə protokol tərtib edilib barəsində məhkəmənin qərarı ilə 500 manat cərimə tətbiq edildiyini, tələbkarın 04 dekabr 2023-cü il tarixdə ərizə ilə müraciət edərək borcun tam ödənilməsini xahiş etdiyini, bundan sonra şəxsin barəsində 04 dekabr 2023-cü il tarixdə yenidən protokol tərtib edildiyini, məhkəmənin qərarı ilə şəxsin barəsində 15 gün müddətində həbs tənbeh tədbiri tətbiq edildiyini, şəxsin daha sonra 29 mart 2024-cü il tarixdə və 15 aprel 2024-cü il tarixdə şöbəyə dəvət olunub xəbərdarlıq edildiyini, Babək Rayon Məhkəməsinin qətnaməsi ilə Kommersiya məhkəməsinin icra sənədi üzrə borclunun həyat yoldaşı Hərgül Zeynalovanın borca dair öhdəliyinin müəyyən edildiyini, onun borcla bağlı üzərinə düşən məbləği ödədiyini, bundan sonra borclunun müraciət edərək borcun tam ödənilməsini xahiş etdiyini, borcluya bundan sonra təkrar rəsmi xəbərdarlıq edildiyini, xx.xx.2024-cü il tarixdə borclunun 200 manat pul ödəmək təklifini tələbkarın qəbul etmədiyini, elektron sistemdə olan çıxarışdan borclunun Babək şəhərində sahəsi 100.60 metr kvadrat olan evin müəyyən edildiyini, lakin həmin əmlakın Gülşənabad kəndində ümumi sahəsi 100.60 metr kvadrat olan fərdi yaşayış evinin əlamətlərinə uyğun gəldiyini, şəxsin mülkiyyətində Babək şəhərində yerləşən əmlakın müəyyən edilmədiyini, Gülşənabaddakı evi isə oğluna bağışladığını, şəxsin mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakın olmadığını bildirmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən belə məlum olur ki, icra sənədinin icraata daxil olması barədə bildirişlər və xəbərdarlıqların barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə rəsmi qaydada verilməsi üçün bütün lazımi tədbirlər icra qurumu tərəfindən görülmüşdür. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Babək Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq icra sənədinin icra olunmamasının nəticələri ilə bağlı birbaşa xəbərdar edilmişdir. Borclu barəsində Babək Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək həbs inzibati tənbeh tədbiri, xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirli bilinərək cərimə inzibati inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən qanunda, həmçinin məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə bilən tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Həmin qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Borclu tərəfindən icra sənədinin üzrlü səbəbdən icra edilməməsi ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Belə ki, şəxsin öz izahatı əsasında və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışla onun fərdi sahibkar olması müəyyən olunmuşdur. (VÖEN- **********). Həmçinin borclunun mülkiyyətində olan əmlak məlumatlarından çıxarışdan belə məlum olur ki, onun mülkiyyətində Babək şəhəri ünvanında 0.1794 ha torpaq sahəsi üzərində 100.6 m2 3 otaqlı fərdi yaşayış evi mövcuddur. Buna baxmayaraq protokola əlavə edilmiş borclunun mülkiyyətində çıxarışdan məlum olur ki, qeyd olunan məlumatlara uyğun gələn Babək rayonu Gülşənabad kəndində ümumi sahəsi 100.60 m2 olan 3 otaqlı yaşayış evi xx.xx.2010-cu il tarixdə borclunun adına qeydə alınıb. Sözügedən daşınmaz əmlakın isə borclu tərəfindən oğluna bağışlandığı özünün və icra məmurunun izahatı əsasında müəyyən olunmuşdur. Beləliklə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə, özünün, icra məmurunun və zərərçəkmiş şəxsin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. “İXM-in 528.1-ci maddəsinin İXM-in 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında bildirilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə belə hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-in “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə İXM-in 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Protokola əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsində qeyd olunur ki, icra sənədi üzrə borclular X3 və X2 tərəfindən 49653.45 manat pulun alınaraq ödənilməsi müəyyən olunub. 24.826 manat miqdarında pul isə X3 tərəfindən tələbkara ödənilmişdir. Məhkəmənin sözügedən halı qeyd etməkdə məqsədi qət edilmiş borcdan sonradan arvadın payının məhkəmə qətnaməsi ilə müəyyən edilməsini və borcun yarısının sırf X3 tərəfindən ödənilməsini diqqətə çatdırmaqdır. Belə olan halda X2 tərəfindən dəfələrlə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq qətnamənin icra olunmamış və qətnamənin icra olunması üçün borclu tərəfindən bütün mümkün vasitələrdən istifadə olunmamışdır. Məhkəmə sözügedən halı şəxsin barəsində həbsin tətbiqi üçün müstəsna hal hesab edir. Azərbaycan Respublikası Məhkəmələrinin Elektron Məhkəmə İnformasiya Sistemindən cavabdehin məlumatları üzrə çıxarışdan o da aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsində qeyd edilən barəsində həbs inzibati tənbeh tədbiri tətbiq edilə bilməyən şəxslər dairəsinə daxil deyil. İşin bu hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında qeyd olunmuş həbs inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasından da aydın olur ki, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan həbsin yalnız yuxarı həddi müəyyən edilmişdir. Qeyd edilən Məcəllənin 31.4-cü maddəsinin tələbinə görə isə həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Həmçinin qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarı). Qanunvericiliyin qeyd edilən normalarını və törədilmiş inzibati xətanın xarakterini nəzərə alan məhkəmə hesab edir ki, ona 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməsi inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qanunvericiliyin tələbinə əsasən şəxsin azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan o, tutulmuş hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsi ilə müəyyən edilir ki, inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İşin araşdırılması zamanı aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmək üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, onun tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən şəxsin barəsində həbs haqqında qərar çıxarıldıqda həmin qərar dərhal icra olunur. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddəti xx.xx.2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X7 həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar