Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-129/2024 18.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ X16 Yaqub oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakı ilə, xx xxx 1988-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, 3 (üç) azyaşlı uşaq atası, orta təhsilli, işsiz, Babək rayonu, Kərimbəyli kəndində qeydiyyatda olan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Naxçıvan MR ƏN BRİPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala “18” dekabr 2024-cü il tarixdə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Babək Rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 18 dekabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər həmin tarixdə Babək Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Şəxs Abşeron Rayon Məhkəməsinin 3(012)-3082/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Babək Rayon Notariat Ofisinin 2526 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərini yerinə yetirməmişdir. Belə ki, inzibati xəta haqqında protokola əlavə olunmuş Babək Rayon Notariat Ofisinin 2526 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu olmaqla cəmi 1170 manat 66 qəpik (bir min yüz yetmiş manat, altmış altı qəpik) pul tutulması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahatında Babək Rayon İcra və Probasiya şöbəsində yazdığı ərizəni nəyə görə yazdığını bilmədiyini, çağırdıqlarına görə gəldiyini, fəaliyyət qabiliyyətinin olmadığını, Kapital Bankda imzaladığını, nəyə imza etdiyini bilmədiyini, birgə nikahlarından 3 uşaqlarının olduğunu, uşaqlarının anaları ilə qaldığını, qarşı tərəfin uşaqları görməyə qoymadığını, 2 dəfə uşaqları görmək üçün getdiyini, lakin “məndə order var, gəlsən tutacaqlar” ona deyildiyini, buna görə uşaqları görə bilmədiyini, uşaqlarla görüş üçün müraciət etdiyini, lakin vəkil tutmalı olduğunun ona bildirildiyini, uşaqlarının ona verilməsini istədiyini, bununla bağlı iddia qaldırdığını, kredit götürərkən evli olduğunu, lakin vaxtı xatırlamadığını, təqribən 2-3 il bundan əvvəl götürdüyünü, 5 illik verildiyini bildirmişdir. İnzibati protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Naxçıvan MR ƏN Babək Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 izahatında bildirdi ki, Şəxs hazırda 8217 manat aliment borcu yaranıb, 1177 manat isə Kapital Banka borcu var, bir uşağa görə 170 manat olmaqla 3 uşağa görə ümumilikdə 510 manat aliment tutulması müəyyən edilib. iş əvvəllər Abşeron Rayon İcra və Probasiya şöbəsinin icraatında olub, icra sənədi sonradan icra olunması üçün bizə göndərilib, şəxsin fəaliyyət qabiliyyətsiz olması ilə bağlı nə onun özü, nə də yaxın qohumu tərəfindən bizə hər hansı məlumat verilməyib. Elektron İcra Sistemində olan məlumatlara əsasən şəxsin İİ qrup əlil olması müəyyən edilib, Şəxs fəaliyyət qabiliyyətsiz olması məhkəmə tərəfindən təsdiq olunsaydı bank tərəfindən ona kredit verilməzdi, bu əsasdan onun fəaliyyət qabiliyyətli olması müəyyən edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixdə verilmiş icra sənədindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3082/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 07 may 2023-cü il tarixdən hesablanmaqla 15 yanvar 2010-cu il təvəllüdlü X8, 28 yanvar 2011 -ci il təvəllüdlü X6 və 16 noyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, 510 manat sabit pul məbləğində aliment və 50 manat ödənilmiş dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı X1 ödənilməsi, qətnamənin dərhal icra olunması qət edilmiş və həmin tarixdə icra vərəqəsi çıxarılaraq dərhal icra olunması üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Elektron portaldan alınmış məlumatda Şəxs adına yaşayış evi, torpaq sahəsi, avtomobil və fiziki şəxs qismində vergi ödəyicisi qismində qeydiyyatında durmadığı, hesablaşma və cari hesabının olmadığı, 2-ci qrup pensiyaçı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin məzmunundan da göründüyü kimi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki şəxslərin inzibati məsuliyyət yaranır. Məhkəmə araşdırılması zamanı borclu Şəxs məhkəmə qətnaməsinin icrasından üzürsüz səbəbdən icra etməməsinə dair hal müəyyən edilməmişdir. Belə ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahatından məlum olur ki, yaranan borc tələbkar Zərərçəkmiş şəxs ilə onun arasında olan nikahın pozulması ilə əlaqədar 05 sentyabr 2023-cü il tarixli qətnamə ilə təyin edilən uşaqların saxlanması üçün alimentin təyin edilməsindən sonra yaranan borcdur. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayonu İcra və X4 Musa Nazim oğlunun verdiyi izahatında həm pensiya kartının , həm də sosial yardım kartının tələbkarda olduğunu bildirmişdir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsində xx.xx.2024-cü il tarixdə verdiyi izahatında məhdud fəaliyyət qabiliyyətli olduğu, səhətinin iş görməyə imkan vermədiyini bildirmişdir. İş üzrə diqqətə layiq digər hal ondan ibarətdir ki, 13 noyabr 2015-ci ildə Ədliyyə Nazirliyi, Lənkəran regional ədliyyə şöbəsinin müstəntiqi, İ dərəcəli ədliyyə qulluqçusu X12 tərəfindən başlanılmış ********* nömrəli cinayət işinə Şəxs anlaqsız hesab edilməsi və anlaqsız olmasından borcu ödəyə bilməməsi səbəbindən 07 noyabr 2016-cı ildə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın olmasıdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 25 mart 2016-ci il tarixli, 272 nömrəli məktubunda Şəxs xx.xx.2002-ci ildən Abşeron rayon Poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatında olduğu, 2-ci qrup əlil olduğu bildirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1 və 17.1.2-ci maddəsinə görə borclu fəaliyyət qabiliyyətini itirdikdə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 65-ci maddəsinə görə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə, tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Beləliklə icra məmuru yuxarıda göstərilən işin faktiki hallarını araşdırmamış, işin formal hallarına əsasən protokol tərtib edərək məhkəməyə göndərmiş, borclunun 2-ci qrup əlil olduğu, 220 manat pensiya aldığı halda, onun pensiyasının aliment yönəldilibyönəldilmədiyini müəyyənləşdirməmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Hazırki işdən görünür ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə qətnaməsinin icrası ilə bağlı müəyyən hərəkətlər etmiş və onun tərəfindən icra sənədinin tam icra edilməməsinə səbəb onun işsiz olması, şəxsi əmlak vəziyyətinin olmaması, məhdud fəaliyyət qabiliyyətli olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2-ci və 114.2.1 -ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilməmişdir. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43.1, 48-51, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(079)-129/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-129/2024
18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver