Məhkəmə qərarları › İş №3(079)-130/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-130/2023

15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-130/2023 15.09.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi ilə, X2 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Şahid iştirakı ilə, xx xxxxxx 1986-cı ildə ildə Babək rayonu, Yarımca kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşaq atası (Fin kod – 4xxxxxxx) Babək rayonu, Yarımca kəndində qeydiyyatda olan və yaşayan, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 05 sentyabr 2023-cü il tarixli, 3-13-43/7/2-6580/2023 nömrəli məktubu ilə Babək Rayon Məhkəməsinə 05 sentyabr 2023-cü ildə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair 21 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında işə məhkəmədə baxılması zamanı Şəxs idarə etdiyi “Mersedes C-220” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə qanunvericiliklə müəyyən edilmiş sürət həddini aşmaqla 03 avqust 2023-cü ildə Naxçıvan- Sirab yolunun Badaşqan kənd ərazisindən keçən hissəsində Yarımca kəndi istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkət edən Babək rayonu, Hacıvar kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 2107” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin önünə çıxaraq onunla toqquşması, həcminin Zərərçəkmiş şəxs və X1 yüngül bədən xəsarəti alması ilə nəticələnən yol nəqliyyat hadisəsini, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi müəyyən edilmişdi. Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında 03 avqust 2023-cü ildə Naxçıvan şəhərindən yaşadığı Babək rayonu, Yarımca kəndində getdiyini, həmin vaxt qarşısında gedən “Raf” marşrutunun anidən tormoz verdiyini, öz maşınında isə adam olduğundan, həmçinin marşrutda ailə-uşaq olduğundan onu vurmasın deyə maşını sola qaçırdığını, bu zaman qarşıdan gələn maşınla toqquşduğunu, həmin vaxt öz maşınında olan Ruslan adlı şəxsin başının sıyrıldığını, onu xəstəxanaya özünün apardığını, Zərərçəkmiş şəxs ayağının əzildiyin, ona dəymiş maddi ziyanın isə sığorta hesabına qarşılandığını, hadisə baş verməsi zamanı maşının təqribən 60-80 km/saat sürətlə idarə etdiyini qeyd etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında 03 avqust 2023-cü ildə təqribən saat 1230 radələrində Yarınca kəndindən yaşadığı Hacıvar kəndinə gələrkən Şəxs idarə etdiyi maşınla anidən onun hərəkət zolağına çıxdığını, bu zaman özünün idarə etdiyi maşını sağa və sola qaçırmaq imkanı olmadığını, bu səbəbdən də onun maşını ilə toqquşduğunu, həmin vaxt özünün ayağının əzildiyini, maşınına da ziyan dəydiyini, səhhəti ilə bağlı bütün xərcləri özünün çəkdiyini, bununla bağlı Şəxsndən heç nə tələb etmədiyini, maşına dəymiş maddi ziyanın isə sığorta hesabına qarşılandığını, özünün Şəxs barəsində hər hansı bir şikayətinin olmadığını bildirmişdi. Şahid məhkəmədə verdiyi izahatında özünün Naxçıvan şəhəri Kültəpə kəndi istiqamətində marşrut sürücüsü işlədiyini, hadisənin baş verdiyi günü dəqiq xatırlamadığını, həmin vaxt Samirin maşının ondan təqribən 30 metr qabaqda getdiyini, onun maşının qarşısında isə ağ rəngli Mercedes markalı balaca marşrut avtobusunun dayandığını, onun nə məqsədlə dayandığını bilmədiyini, bəlkə də müştərinin düşdüyü üçün dayandığını, Samirin birdən qarşı hərəkət zolağına çıxdığını, həmin vaxt maşınların toqquşduğunu, özünün maşını ağ rəngli Mercedes marşrutunun arxasında saxlayıb onlara köməyə getdiyini, Samirin huşunu itirdiyini, ona su verdiyini, onun maşınında əlavə bir nəfərində olduğunu, Anarın isə həmin vaxt axsadığını, onlara köməklik etdikdən sonra maşında müştəri olduğundan oradan çıxıb getdiyini bildirmişdi. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normaların tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Şəxs təqsirləndirildiyi maddənin dispozitiv şərtlərindən aydın olur ki, İnzibati Xətalar Məcəlləsinin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi həmin Məcəllənin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Qeyd edilən normadan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün inzibati xəta törətmiş şəxsin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xəta əməllərindən birini və ya bir neçəsini törətməklə yanaşı, zərərçəkmiş şəxsin səhhətinə yüngül bədən xəsarətinin yetirməlidir. Məhkəməyə təqdim edilən 21 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilən sənədlərdən aydın olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə səbəb onun həmin Məcəllənin 327.2-ci və 328.2-ci maddələrində nəzərdə tutulmuş inzibat xəta əməlinin törədilməsi, həmçinin zərərçəkmiş şəxsə yüngül bədən xəsarəti vurması ilə bağlıdır. Həmin Məcəllənin : -327.2-ci maddəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçmək; - 328.2-ci maddəsinə görə isə yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmaq inzibati məsuliyyət sayılır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməllərdən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarının pozması iş materiallarında olan 03 avqust 2023cü il tarixli baxış protokolu, ona əlavə edilən səkkiz ədəd foto şəkil, hadisə yerinin plansxemi, həmçinin onun özünün, zərər çəkmiş şəxsin və şahidin verdiyi izahatlar ilə öz təsdiqini tapır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İnzibati Xətalar Məcəlləsinin 328-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin mövcudluğu isə onun izahatı ilə sübuta yetirilir. Şəxs törətdiyi inzibati xəta əməli nəticəsində zərər çəkmiş şəxsə yüngül bədən xəsarətinin yetiriləsinin yoxlanılmasına gəldikdə isə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş 09 avqust 2023-cü il tarixli, 1005 saylı canlı şəxsin ekspertizası üzrə rəydə qeyd edilmişdi ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər sol saiddəki qançır, sağ baldırdaki sıyrıq, sol aşıqbaldır oynağındaki qançır (əzilmə) küt əşyanın təsirindən törənmişdir, eləcə də avtomaşın qəzası nəticəsində törənə bilər. Xəsarətlərin müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Həmçinin həmin birlik tərəfindən verilmiş 09 avqust 2023-cü il tarixli, 1035 saylı canlı şəxsin ekspertizası üzrə rəydə qeyd edilir ki, X1 bədənində müəyyən edilmiş xəsarətlər “alının sağ yarısındakı yara küt əşyanın təsirindən törənmişdir, eləcə də avto qəza nəticəsində törənə bilər. Müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Şəxs törətdiyi yol nəqliyyat hadisəsi ilə bağlı təqsirli olub-olmamasının müəyyən edilməsinə gəldikdə isə bu Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust il tarixli, 777 saylı rəyi ilə öz həlli tapır. Həmin rəydə göstərilir ki, “Mercedes Benz C220” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Mercedes Benz C220” markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürət həddindən yüksək sürətlə (70 km/saat) idarə etdiyindən sürücü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sonuncu qeyd ediləni nəzərə alan məhkəmə bildirir ki, Babək Rayon Polis İdarəsinin Yol patrul xidməti Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində göstərilən inzibati xəta əməlinin olmasını bildirsə də, onun əməlin həmin xətanın deyil, 328.1-ci maddəsində qeyd edilən inzibati xəta əməlinin tərkibi mövcuddur. Yuxarıda qeyd edilənlərdən Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi tam sübuta yetirilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayış verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsindən aydın olur ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə şəxs üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əmlak vəziyyətinin qiymətləndirilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, hazırda iş materiallarından onun taksi fəaliyyəti ilə məşğul olması aydın olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.ci maddəsində qeyd edilən məsuliyyəti yüngülləşdirən hallara rast gəlinmir. Bundan başqa məhkəmə onun ailəli və himayəsində iki uşaq olmasını, ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsinə qeyd edilən məsuliyyəti ağırlaşdıran hallar mövcud deyil. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində təqsirləndirildiyi əməlin sanksiyasında qeyd olunmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə qeyd edir ki, Şəxs təqsirli bilindiyi maddənin sanksiyasından görünür ki, qanunvericilik cərimənin konkret miqdarını müəyyən etməklə, həmin əmələ görə 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilməsi qeyd edilib. Yuxarıda qeyd edilən normanın tələbini nəzərə alan məhkəmə yekunda belə nəticəyə gəlir ki, Şəxs barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilməlidir. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Bundan başqa məhkəmə onu da Şəxs nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin “Qeyd” hissəsinin 5-6-cı bəndlərinə görə həmin Məcəllənin 327.8, 333.1, 333-1.1, 343.1 və ya 343-1.1ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xəta 5 balla qiymətləndirilir. İnzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 (bir) il müddətində qüvvədə olur. Həmçinin məhkəmə onu da qeyd edir ki, hazırda İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin “Qeyd” hissəsinin 8-ci hissəsində göstərilən (Bu Məcəllənin 327.8-ci maddəsində nəzərdə tutulan əməl hərəkət sürətinin həddi 110 km/saat və daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununu ilə piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsi nəticəsində törədilibsə, həmin hallara bu Məcəllənin 327.8-ci maddəsinin qüvvəsi şamil edilmir.) istisna müəyyən edilmir. Zərər çəkmiş şəxsə vurulmuş maddi ziyanın hüquqi taleyinə gəldikdə isə məhkəmə bildirir ki, işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatlardan zərər çəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi müəyyən edilir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası cərimə tənbeh tədbirinin icrasına dair hissədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmadan barəsində inzibati cərimə tətbiq edildiyindən, həmin xəta 5 balla qiymətləndirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar