Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 3(079)-132/2024 21.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi X1 Elçin Məhərrəm oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: 21 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 21 dekabr 2024-cü il tarixli, 3-13-43-7/2-13545/2024 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 21 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış materiallarla birlikdə aidiyyəti üzrə Babək Rayon Məhkəməsinə daxil olmuşdur. Daxil olan sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 106-cı maddəsinin tələbləri daxilində yoxlayaraq məhkəmə qeyd edir ki, həmin maddədə işin baxılmağa hazırlanması mərhələsində hakim tərəfindən araşdırılmalı olan məsələlərin dairəsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yoxlanılmalı məsələlərdən biri də inzibati xəta haqqında protokol və işin digər materiallarının həmin Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsidir. İXM-nin 106.0.3-cü madddəsinə əsasən inzibati xəta haqqında protokol və işin digər materialları bu məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməlidir. İXM-nin 106.0.4 və 106.0.5-ci maddələrinə əsasən işin icraatını rədd edən hallar mövcudluğu və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığı yoxlanılır. Daxil olan sənədlərdən aydın olur ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilir. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. xx.xx.2024-cü il tarixli, ******* nömrəli Babək Rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda Şəxs psixotrop vasitə olan PGB(preqabalin) istifadə etməsində təqsirləndirilir. Protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 tərəfindən verilmiş narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 533 saylı rəyinə əsasən Şəxs preqabalin toksikomaniyası xəstəliyindən əziyyət çəkdiyi, sidik narko-test vasitəsi ilə müayinə olunduğu və nəticədə PGB (preqabalin) müsbət aşkar olunduğu müəyyən olunur. Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının 18 mart 2016-cı il qanununda maddənin tam adı Preqabalin (S)-3-(aminometil)-5metilheksan turşusu kimi göstərilir. Buradan da həm Babək Rayon Polis İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolda, həm də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 tərəfindən verilmiş narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 533 saylı rəyində maddənin adının tam təsvir olunmadığı müəyyən olunur. Əlavə olaraq, PGB(preqabalin) olan maddə (narkotik) psixotrop maddələrin siyahısında deyil, güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahılarında göstərlmişdir. Belə olan halda Şəxs tərəfindən İXM-n 206-cı maddə ilə nəzərdə tutulmuş inzibati xəta törədibtörətməsi müəyyən etmək olmur. İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Elektron Məhkəmə İnformasiya” Sistemindən Şəxs barəsində əldə olunmuş məlumatlardan onun ünvan 1 ünvanında qeydiyyatda olduğu, onun verdiyi izahatında isə Naxçıvan şəhərində olan zaman “aptekdən” dərman aldığını və həmin vaxt iki ədəd dərmanı istifadə etdiyini göstərmişdir. Protokol tərtib edən orqan tərəfindən həmin hallara münasibət bildirilməmiş, yəni inzibati xətanın törədildiyi yer dəqiq müəyyən edilməmişdir. İXM-nin 65.3.-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır. Protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında icraat materialı üzrə inzibati qaydada tutulmuş şəxsə müdafiəçinin təqdim olunması haqqında protokol əlavə edilsə də, iş materiallarına vəkil orderi və ya müdafiəçidən imtina edilməsi barədə ərizə, protokol əlavə edilməmişdir. Hazırki iş üzrə təqsirləndirilən şəxsin müdafiəçi ilə təmin edilib-edilməməsini müəyyən etmək olmur. Həmçinin 21 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və protokola əlavə olunmuş əl yazısı ilə yazılmış izahatında təqsirləndirilən şəxs Şəxs imzasının olmadığı müəyyən edilir. Göründüyü ki, materiallar natamamdır və işə baxılarkən də tamamlamaq mümkün deyil. İXM-nin 109.1 və 109.1.6-cı maddələrinə görə isə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 21 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 21 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinə geri qaytarılsın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin rəisinin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinin tələbinə əməl edilməsinə nəzarəti artırsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Daşqın Səfərov
Məhkəmə qərarları › İş №3(079)-132/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №3(079)-132/2024
21.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver