Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-134/2024 27.12.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ X8 Yaqub oğlunun sədrliyi, Kəngərli Bayram Akif oğlunun katibliyi, şikayət verən X1, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X1 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı iş üzrə qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti qərarından şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən onun barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli, ******* saylı cərimə qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayətində göstərmişdir ki o, Babək rayonu. Yarımca kəndində yaşayır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin baş həkimi vəzifəsində işləyir. Həmin Mərkəz 01 dekabr 2017-ci il tarixdən fəaliyyət göstərir. Naxçıvan MR X10 22 iyun 2023-cü il tarixli sərəncamına əsasən mərkəz publik hüquqi şəxs olmuşdur. Mərkəz digər Publik hüquqi şəxslərdən fərqli olaraq tibbi sığortanın və Naxçıvan MR Səhiyyə Nazirliyinin təsdiq etdiyi 01 avqust 2023-cü il tarixli qərarına əsasən dövlət büdcəsindən maliyyələşən tibb müəssisəsi olmadığından və mərkəzdə çalışan tibb işçilərinə əlavə olaraq 15% miqdarında əmək haqqına əlavə pul ödənilmir. Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” publik hüquq şəxsi dövlət büdcəsindən maliyyələşmir və özü özünü maliyyələşdirən bir mərkəzdir. Naxçıvan MR X10 22 iyun 2023-cü il tarixli sərəncamına əsasən mərkəz publik hüquqi şəxs olduqdan sonra Ə.Əliyev Adına olan Mərkəzi Uşaq xəstəxanasında fəaliyyət göstərən stamatoloji şöbə bizim mərkəzlə birləşdirilmişdir. Həmin Mərkəzi uşaq xəstəxanasının stamatoloji şöbəsindən 4 nəfər həkim əməkdaş öz ərizəsi ilə işdən azad olmuşdur. Mərkəzdə vəsait olmadığından və həmin 4 nəfər həkim əməkdaş öz ərizəsi ilə işdən azad olunmuşdur ki, onlar da işdə olduğu müddətdə işlədiyi zaman mərkəzə pul vəsaiti ödəməli idilər. Həmin həkim əməkdaşlar işdən azad olunduğu üçün və mərkəzin hesabında pul vəsaiti olmadığından işləyən tibbi əməkdaşlara əmək haqqı ödənilməmişdir. Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” publik hüquq şəxsi öz vəsaiti hesabına maliyyələşir. Mərkəzə əmək haqqı və digər ödənişlərin ödənilməsi üçün Naxçıvan MR Səhiyyə Nazirliyinə dotasiya ayrılması üçün müraciət olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında DƏMX- nin 13 dekabr 2024-cü il tarixli, MN-1779530 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən vəzifəli şəxs qismində mənim barəmdə 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimənin tətbiq olunması qanunsuzdur. Məhkəmə iclasında göstərilənlərə uyğun olaraq izahat verən şikayətçi X2 məhkəmədə verdiyi izahatında şikayəti müdafiə etdiyini, Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzində baş həkim işlədiyini, mərkəzin publik hüquqi şəxs kimi fəaliyyət göstərdiyini və dövlət büdcəsindən maliyyələşdirilmədiyini, hüquqi şəxsin özü-özünü maliyyələşdirdiyini, sərəncam əsasında Naxçıvan Muxtar Respublikası X6 ilə Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzinin birləşdirilərək bir müəssisədə - Zərifə Əliyeva adına xəstəxananın binasında fəaliyyət göstərdiyini, özünün orada baş həkim işlədiyini, 5 ay bundan qabaq Naxçıvan Muxtar Respublikası Ali Məclisini sədrinin sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası X3 işləyən 12 nəfər həkimin publik hüquqi şəxsin tərkibinə daxil edildiyini, onların Uşaq Xəstəxanasında faəliyyət göstərdiklərini, əslində yeni təşkil olunan hüquqi şəxs üçün yeni bir binanın istifadəyə veriləcəyi barədə vəd verildiyini, lakin müəyyən məsələlərə görə bunun təxirə salındığını, publik hüquqi şəxs üçün maliyyə nazirliyi və ya tibbi sosial sığortadan vəsait ayrılmadığını, alınan əmək haqqının təsərrüfat hesabına əldə edildiyini, 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası X6 ilə Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzinin birləşdirilməsi barədə əmr verilərkən 4 nəfər Uşaq xəstəxanasında işləyən həkimin öz ərizəsi əsasında işdən çıxdıqlarını, qalan işçilərin əmək haqqını ödəmək üçün hüquqi şəxsin imkanının olmadığını, orada 19 nəfərin işlədiyini, 5 nəfərinin həkim olduğunu, hətta özünün belə büdcəyə pul yığılması üçün gecə-gündüz işlədiyini, bununla bağlı müvafiq orqanlara müraciət edilsə də cavab verilmədiyini, işdən çıxan işçilərə pul ödənilmədiyi üçün X5 Xidməti tərəfindən cərimə edildiklərini, həmin xidmətin əməkdaşlarına işdən çıxan işçilərin əmək haqqının ödənilməsi üçün kapitalda pul olmadığını, cəriməni də ödəyə bilməyəcəyini, özlərinin işçiləri əmr əsasında işə götürdüklərini, həmin işçilərin öz ərizələri əsasında işdən çıxdıqlarını, sadəcə bir nəfər rentgen-loborantın işdən çıxmasına görə 27 gün gecikmə olmaqla axırda onun da pulunun ödənildiyini, xəstəxananın özü-özünü maliyyələşdirdiyi üçün büdcəyə gələn pulun yalnız müalicə üçün gələn vətəndaşların sayından asılı olduğunu, bəzən isə vətəndaş sayı az olduğuna görə gələn gəlirin də az olduğunu və hətta orada işləyən həkimin belə problem yaranmasın deyə öz cibindən kassaya pul qoyduğunu, tətbiq olunan cərimənin isə vəziyyəti daha da ağırlaşdırdığını, işçi işdən çıxması haqqında əmrdə ona müvafiq məbləğin ödənilməsi barədə göstəriş qeyd edildiyini, həmin məbləğin büdcədə pul olmadığından gecikmə olsa da axırda ödənildiyini, lakin bunun üçün müvafiq sübutu məhkəmə iclasının vaxtı barədə gec məlumatı olduğu üçün məhkəməyə təqdim edə bilmədiyini, büdcə üçün nəzərdə tutulan vəsait tam toplandıqdan sonra pulların köçürülməsi ilə bağlı Maliyyə Nazirliyinə müraciət etdiklərini, lakin nəzərdə tutulan məbləğ toplanmadığında nazirliyə müraciət etmədiklərini, hüquqi şəxsin nizamnaməsində də maliyyə vəsaitinin hüququ şəxsin öz hesabına maliyyələşdirildiyinin qeyd edildiyini, işçilərin əmək haqqılar ödənildikdən sonra çıxdığı üçün büdcədə həmin vaxt pul olmadığını, işçilərin öz ərizələri əsasında işdən çıxdıqlarını, qabaqcadan büdcədə olan vəsaitlə bağlı smeta tutulmadığını, çünki büdcəyə sabit bir gəlirin olmadığını, hətta özünün belə məzuniyyətə çıxarkən bəzən əmək haqqı almadığını və gəlir gəlməsi üçün gedib həmin müəssisədə işlədiyini bildirdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti nümayəndəsi Nümayəndə şikayətin dəlilləri ilə razılaşmayaraq, izahatında hüquqi şəxsin büdcəsində pul olmamasının onun işçilərin əmək haqqını ödəməməsi üçün əsas ola bilməyəcəyini, əmək qanunvericiliyin tələbinə əsasən işçi işdən çıxarkən onun son-haqq hesabının 5 gün ərzində tam ödənilməli olduğunu, şəxsi özünün əmək haqqını gec köçürülməsini etiraf etdiyini, şəxsin özünün bütün məsuliyyəti nəzərə almalı olduğunu bildirdi. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin rəisi X4 tərəfindən tərtib olunan 13 dekabr 2024-cü il tarixli, ******* nömrəli qərardan görünür ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsin baş həkimi X1 xx.xx.2024-cü il tarixdə müəssisədə DƏMX tərəfindən aparılmış araşdırılma zamanı nöqsanlarla bağlı tərtib edilmiş aktla müəssisədə çalışan işçilərə əmək stajına görə əmək haqlarının verilmədiyi əsası ilə barəsində 03 dekabr 2024-cü il tarixli, ******* saylı protokol tərtib edilmiş və təqsirli bilinərək barəsində 13 dekabr 2024-ci il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli X1 İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarı ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən işin düzgün həlli üçün mühüm əhəmiyyə kəsb edən bütün faktiki hallar, yəni işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlı müəssisədə bu vəzifəyə nəzarət etməli olan subyektin konkret inzibati məsuliyyətə səbəb olan hansı əməl (hərəkət və ya hərəkətsizlik) təqsirli olaraq törədilməsi ilə bağlı sübutlar təqdim etməyərək səthi araşdırma apararaq şikayət verən şəxs barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində inzibati xətalar qanunvericiliyinin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi). İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddəyə edilmiş qeydə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X2 barəsində xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı nzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. İXM-nin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X2 tərəfindən heç bir inzibati xətanın törədilməsi ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-nin 192.4-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə tapşırılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Naxçıvan Muxtar Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-136-cı maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXMnin 192.4-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №3(079)-134/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-134/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver