Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 3(079)-139/2023 02.11.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Nəsimi rayon Polis İdarəsinin 23 oktyabr 2023-ci il tarixli, 51/2-33572 nömrəli məktubu ilə daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyənetdim: Babək Rayon Məhkəməsinə 01 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Nəsimi rayon Polis İdarəsinin 23 oktyabr 2023-ci il tarixli, 51/2-33572 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsində hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həll etməli olduğu məsələlər qeyd olunmuşdur. Bu maddənin tələbinə əsasən həll edilməli məsələlərdən biri də işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını müəyyən etməkdir. Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, onun barəsində olan həmin protokol və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələbinə görə isə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmçinin həmin Məcəllənin 110.3-cü maddəsində qeyd edilir ki, Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda yaşayış yeri Naxçıvan şəhəri, Axura kəndi olaraq qeyd olunsa da Azərbaycan Respublikası Məhkəmələrinin X1 şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şərur rayonu, Axura kəndində qeydiyyatdadır. Sözügedən inzibati xəta əməli hərəkətsizlik formasında törədilməklə şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.7-ci maddələrinin mənasına görə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şərur rayonu, Axura kəndində qeydiyyatda olduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarı ilə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddəsini rəhbər tutaraq qəraraaldım: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə Şərur Rayon Məhkəməsinə göndərilsin. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(079)-139/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №3(079)-139/2023
02.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver