Məhkəmə qərarları › İş №3(079)-14/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-14/2024

01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-14/2024 01.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olan, VÖEN nömrəsi ********** olan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra “İXM”) 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş Şəxs İXM-in 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 19 fevral 2024-cü il tarixdə Babək Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən Babək rayonu Nehrəm qəsəbəsində qeydiyyatda olan Şəxs İXM-in 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 16 fevral 2024-cü il tarixli, 18000-00335/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, VÖEN nömrəsi ********** olan, Babək rayonu Nehrəm qəsəbəsində qeydiyyatda olan Şəxs Almaniya Federativ Respublikasından idxal etdiyi mallar xx.xx.2024-cü il tarixində V392TH dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi ilə ölkəyə daxil olmuşdur. Həmin mallar (malın qeydiyyat kodu- **********01102) gömrük ərazisinə gətirilməzdən əvvəl bəyannaməçi tərəfindən gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Aparılmış ilkin araşdırma zamanı qeyd olunan V392TH dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində olan bağban qayçıları yükünün xx.xx.2023-cü il tarixli “**********574” saylı gömrük bəyannaməsi əsasında idxal olunduğu məlum olmuşdur. İş üzrə Dövlət Gömrük Komitəsinin Vahid X2 informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs ünvanına “**********574” saylı gömrük bəyannaməsi əsasında idxal olunan bağban qayçıları xx.xx.2024cü il tarixində saat 00:48-də V392TH dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsi ilə “Sədərək” gömrük postundan keçirilməklə ölkəyə daxil olmuşdur. Lakin idxal edilən mal (malın qeydiyyat kodu-**********01102) gömrük ərazisinə qətirilməzdən əvvəl bəyannaməçi tərəfindən gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim olunmamışdır, ‘‘Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qavdaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 may 920 nömrəli fərmanının 2.2 bəndinə uyqun olaraq qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi 16 fevral 2024-cü il tarixli, 18000-00335/24 nömrəli inzibati xəta haqqında protokola əlavə olunmuş: - “Gömrük bəyannaməsi” və “Gömrük Xidmətinin Vahid X2” informasiya resursundan çıxarışdan belə məlum olur ki, idxalatçısı Şəxs olan bağban qayçıları daşıyan V392TH dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsi həqiqətən də xx.xx.2024cü il tarixdə saat 00:48:09-da Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur. - “Gömrük Xidmətinin Vahid X1” qısa idxal/ixrac bəyannamələri üzrə çıxarışdan belə məlum olur ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qısa idxal/ixrac bəyannamələri üzrə aparılmış axtarışın nəticəsi olaraq V392TH nömrəli avtonəqliyyat vasitəsi ilə bağlı verilmiş hər hansı qısa idxal bəyannaməsi tapılmamışdır. - Vahid X2 informasiya resursuna baxış keçirilməsi haqqında 15 fevral 2024-cü il tarixli protokoldan belə məlum olur ki, Şəxs tərəfindən təqdim edilən **********5474 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin verilibverilməməsinin müəyyən edilməsindən ötrü Vahid X2 informasiya resursuna baxış keçirilmiş, Şəxs ünvanına V392TH dövlət qeydiyyat nişanlı yük avtomobilində göndərilmiş “bağban qayçıları” yükünə dair xx.xx.2024-cü il tarixində saat 00:48-də Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. - Hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının müdafiəsi üçün inzibati xəta törətmiş hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs Nümayəndə inzibati xəta haqqında iş üzrə sorğu-sual edilməsi haqqında protokoldan belə məlum olur ki, hüquqi şəxsi təmsil edən vəzifəli şəxs bildirmişdir ki, “APF” şirkətlər qrupunun gömrük və lojistika üzrə mütəxəsisi vəzifəsində çalışır və etibarnamə əsasında “APF” şirkətlər qrupuna məxsus Şəxs səlahiyyətli nümayəndəsidir. Şəxs ünvanına Almaniya Federativ Respublikasından “bağ qayçısı” yükünü gətirən V392TH dövlət qeydiyyat nişanlı yük avtomobili xx.xx.2024-cü il tarixində “Sədərək” gömrük postu vasitəsilə ölkə ərazisinə daxil olmuşdur. Lakin idxal edəcəyimiz mallara aid sənədləri vaxtında əldə edə bilmədik və yükü gətirən sürücü ilə əlaqə saxlama imkanımız olmadığı üçün həmin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl tərəfimizdən gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Mallar gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin verilməli olduğunu bilirdim, idxal etdiyimiz mallara aid sənədləri vaxtında əldə edə bilmədiyimiz və yükü gətirən sürücü ilə əlaqə saxlama imkanımız olmadığına görə bu hal baş vermişdir. Hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında Şəxs gömrük və lojistika üzrə mütəxəsisi vəzifəsində çalışdığını, xx.xx.2024-cü il tarixdə Almaniya Federativ Respublikasından olan şirkətdən bağban qayçıları yükünün daxil olacağını bilmələrinə baxmayaraq sənədlərdə problemin olması səbəbindən qısa idxal bəyannaməsinin mallar ölkəyə daxil olmasından 1 saat əvvəl verilməsində gecikmə yarandığını, lakin bunu daşıma şirkətinin sürücüsünə şəbəkə problemi ilə bağlı olaraq əlaqənin kəsilməsi səbəbilə danışıb çatdıra bilmədiklərindən yükün qısa idxal bəyannaməsi verilmədən ölkəyə daxil olduğunu, əvvəllər belə bir gecikmənin yaşanmadığını, qısa idxal bəyannaməsinin broker «ALPEX GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti” tərəfindən vaxtında sistemə vurulduğunu, inzibati xətanın törədilməsində hüquqi şəxsin təqsirini boynuna aldığını bildirmişdir. Məhkəmə hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin mövcud olub-olmamasının yoxlanılması ilə əlaqədar aşağıdakı normaların qeyd edilməsini vacib hesab edir: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 13-cü hissəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Bu hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 960 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. İXM-in: - 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. - 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir:

1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;

2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;

3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. - 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə törətməsi istinad olunan inzibati xətanı sadalanan normaların tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs onun mallarını daşıyan V392TH dövlət qeydiyyat nişanlı yük avtonəqliyyat vasitəsi xx.xx.2024cü il tarixdə 00:48-də gömrük ərazisinə daxil olsa da mallar gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsini verməməklə İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallar mövcud olsa da mallar gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsini elektron formada verməmişdir. Hazırki iş üzrə inzibati xəta hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs - malları gömrük ərazisinə gətirən hüquqi şəxsin nümayəndəsi tərəfindən törədilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən maddi sübutlar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları, digər sənədlər, xüsusi texniki vasitələrin göstəriciləri, ekspertin rəyi, inzibati xəta haqqında protokol, həmin Məcəllə ilə müəyyən edilmiş digər protokollar sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin maddənin tələbinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməlidir. Şəxs İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, protokola əlavə edilmiş və iş materiallarında olan, məhkəmə iclasında tədqiq olunan sənədlərlə və hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxsin məhkəmədə verdiyi izahatı ilə tam sübuta yetirilmişdir. İXM-in “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə bütün bunları nəzərə almaqla həmçinin qeyd edir ki, hüquqi şəxsin təqsirli bilindiyi inzibati xətaya görə cərimə cəzası nəzərdə tutulmuşdur və cərimə cəzasının həddi isə dəqiq müəyyən edilmişdir. İXM-in 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İXM-in 25.4-cü maddəsinə əsasən hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Məhkəmə onu da qeyd edir ki, cərimə inzibati tənbeh növünün şərti tətbiq edilməsi üçün İXM-in 116-cı maddəsində qeyd edilən əsaslar mövcud deyil. Bütün bunları nəzərə alan məhkəmə belə hesab edir ki, Babək rayonu Nehrəm qəsəbəsində qeydiyyatda olan Şəxs (VÖEN-**********) İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati xətaya görə 1.500 (bir min beş yüz) manat məbləğində cərimə olunmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənləri və İXM-in 18.5, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs hüquqi şəxsi İXM-in 485.2-ci maddəsi ilə təqsirli bilinsin. Hüquqi şəxsin barəsində 1.500 (bir min beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq olunsun və cərimə məbləği Şəxsndən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qərarın icrası Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar