Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № 3(079)-147/2023 25.11.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 11 iyul 1995-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (Fin: xxxxxxx), subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmayan, 2 (iki) azyaşlı uşaq anası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Babək Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 27 sentyabr 2023-cü il tarixdə Əsgərova X1 Şəhər Prokurorluğuna müraciət edərək tanışı Zərərçəkmiş şəxs tərəfindən ona qarşı 26 sentyabr 2023-cü il tarixdə zor tətbiq edərək bədən xəsarətləri yetirdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə Babək Rayon Prokurorluğundan Şəxs və Zərərçəkmiş şəxs qarşılıqlı olaraq bir-birlərinə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdiklərindən onların əməlinə hüquqi qiymət verilməsi üçün Babək rayon Polis İdarəsinə müraciət edilmişdir. Müraciət əsasında Babək Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair 25 noyabr 2023-cü il tarixli, 016934 nömrəli protokol tərtib edilərək baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – “İXM”) 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilibedilmədiyi məsələsini yoxlayıb həll edir. İXM-in 39.1-ci maddəsinə görə bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş materialdan, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərərçəkmiş şəxsin izahatından müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyüldüyünə dair ərizə ilə müraciət etməmiş, sözügedən araşdırma Şəxs Zərərçəkmiş şəxs tərəfindən döyüldüyünə dair xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən başlanmış və davam etdirilmiş, araşdırma gedişində Zərərçəkmiş şəxs döyüldüyünə dair şikayət ərizəsi ilə hər hansı bir orqana müraciət etməmişdir. İXM-in 109.1 və 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Babək Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən İXM-in 106, 109.1 və 109.1.6-cı maddəsinin tələbinə əsasən qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair 25 noyabr 2023-cü il tarixli, 016934 nömrəli protokol ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Babək Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(079)-147/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №3(079)-147/2023
25.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver