Məhkəmə qərarları › İş №3(079)-15/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-15/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-15/2024 27.02.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, xx xxxx 1960-cı ildə Naxçıvan rayonu Xal-xal kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı (Fin: xxxxxxx), evli, orta təhsilli, Babək rayonu, Xal-xal kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Babək Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə Babək Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 08 fevral 2024-cü il tarixdə zərərçəkmiş şəxs Babək Zərərçəkmiş şəxs Babək Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə yaşadığı Babək rayonu Xalxal kəndində həyat yoldaşı Şəxs ondan özü üçün döşək istəməsi, özünün isə ona əvvəlcədən döşək verdiyi üçün bundan imtina etməsi zamanı yoldaşının üstünə hücum çəkərək, sağ qolunun bilək nahiyəsindən tutub dartması və qolunu buraraq ona fiziki güc tətbiq edərək divara çırpması ilə ona bədən xəsarətləri yetirdiyini bildirmişdir. Müraciət əsasında Babək Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi 27 fevral 2024-cü il tarixli, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs 07 fevral 2024-cü il tarixdə Babək rayonu, Xal-xal kəndində yaşadığı evdə həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarla Babək rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısı şikayət ərizəsi əsasında toplanmış materiala baxaraq cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli, 192 saylı canlı şəxsin ekspertizası üzrə rəydə qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs sol İİİ barmaq falanqasının sıyrığı, sağ bazu nahiyəsinin şişkinliyi bərk küt əşya (əşyalar) təsirindən törənmişlərdir, müddəti qərarın təsviri hissəində göstərilən tarixdə yəni xx.xx.2024-cü ildə törənə biləndir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş qərardadla Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsi ilə bağlı olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş 27 fevral 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 27 fevral 2024-cü il tarixdə saat 10:00-da inzibati qaydada tutulmuş, həmin tarixdə 11:30-da azad edilmişdir. Zərərçəkmiş şəxs 27 fevral 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Şəxs onu döyməsi ilə bağlı olaraq Babək Rayon Polis İdarəsinə şikayət etdiyini, Şəxslə aralarında barışıq əldə olunduğunu, bu səbəbdən də ona qarşı olan şikayətindən imtina etdiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmalarına dair məhkəməyə təqdim etdikləri yazılı ərizəni nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinin məzmununa əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə Şəxsnın zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar