Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-153/2025 30.10.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib edən orqanın nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, 09 avqust 1988-ci ildə Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, evli, 2 (iki) uşaq atası, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: 15 oktyabr 2025-ci ildə Babək Rayon Məhkəməsinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 14 saylı X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 15 oktyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2025-ci il tarixdə Babək rayonu, Cəhri qəsəbəsində içməli, məişət və tullantı sularını təyinatsız axıtmaqla inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 14 saylı X4 Bölməsinin baş məsləhətçi – müfəttişi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 14 saylı X5nin 2025-ci ildə yarandığını, əvvəllər - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında SEDAM MMC kimi fəaliyyət göstərdiyini, bütün rayonlarda 1 mühəndis və 1 müşahidəçilərinin olduğunu, onların davamlı monitorinqlər həmçinin kəndlərdə içməli məişət sularının təyinatsız axıdılması ilə bağlı monitorinqlər aparıldığını, bununla bağlı sakinlərə xəbərdarlıq edildiyini və bununla bağlı akt tərtib edildiyini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 14 saylı X5nin 2025-ci ilin iyun ayında yarandığını, həmin vaxtdan inzibati xəta haqqında protokol yazmaq səlahiyyətinin verildiyini, 2025-ci ilin oktyabr ayında Babək rayonu, Cəhri qəsəbəsində monitorinq keçirən zaman içməli məişət tullantı sularının təyinatsız axıdılması faktının aşkarlandığını, bəzi vətəndaşlar içməli məişət tullantı sularının təyinatsız axıdılmasının qarşısını alsalar da Şəxs buna riayət etmədiyini, Şəxs içməli, məişət tullantı sularının təyinatsız olaraq məhlədə ara arxına axıtmasının aşkar olunduğunu, bu səbəbdən də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilindiyini və onun barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini, bununla bağlı fotoşəkillərin çəkilib akta əlavə edildiyini, sakinlərin evlərindən içməli, məişət və hamam sularını arxlara axıtdıqlarını, bunun nəticəsində pis qoxunun yarandığını, kənd sakinlərinin də bunun qarşının alınmasını tələb etdiklərini, Şəxs törətdiyi əməlin bu il ərzində aşkar edildiyini və onun barəsində 15 oktyabr 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edildiyini, digər vətəndaşların pozuntunu aradan qaldırsa da Şəxs pozuntunu aradan qaldırmadığını, belə ki, vətəndaşların öz həyətlərində şambo qazmaqla içməli məişət tullantı sularının təyinatsız axıdılmasının qarşısını aldıqlarını, bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 74 nömrəli qərarının olduğunu, həmin qərara əsasən şamboların su keçirməz və betondan hazırlanmalı olduğunu, şamboları əsasən sanitar qovşaqlarda qazdıqlarını, hovuza oxşadığını və su keçirmədiyini, lazım olduğu vaxt həmin sular çəkildiyini və bələdiyyələr tərəfindən müəyyən edilmiş sahələrə boşaldıldığını, şəxsin barəsində qanuni protokolun tərtib edildiyini bildirmiş və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşadığı Babək rayonu Cəhri qəsəbəsində məhəllədən arx keçdiyini, hamı kimi onların da məişət sularını həmin arxa buraxdıqlarını və həmin suların çaya töküldüyünü, əvvəlcədən məişət sularının həmin qaydada axıdıldığını, hazırda isə həmin pozuntunu aradan qaldırdığını, işsiz olduğunu, təyin ediləcək cərimə məbləğini ödəmək imkanının olmadığını bildirmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 14 saylı X4 Bölməsinin 13 oktyabr 2025-ci il tarixli aktından görünür ki, Babək rayon, Cəhri qəsəbəsində içməli, məişət, texniki, tullantı sularının təyinatsız axıdılması ilə bağlı monitorinqlər keçirərkən Cəhri qəsəbə sakini Şəxs məxsus fərdi yaşayış evində formalaşan içməli, məişət, tullantı sularının borular vasitəsilə məhəllədən keçən arxa axıdılması faktı aşkar edilmişdir. Ərazidən çəkilən fotoşəkillər və digər toplanmış materiallar akta əlavə olunmuşdur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.2.5-ci bəndinə əsasən tullantı suları istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Həmin Qaydaların 9.1 - 9.2-ci bəndlərinə əsasən tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. Göründüyü kimi, qanunla maye tullantıların kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması qadağan olunmuş və buna görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə müəyyən olunduğu kimi qanunun göstərilən tələbi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən pozulmuş, fərdi yaşayış evinin formalaşan tullantı sularının xüsusi çəkilmiş boru vasitəsilə heç bir təmizlənmə prosesindən keçmədən birbaşa ətraf mühitə (çölə) axıdılması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə görə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, fotoşəkillər və inzibati materialda olan digər sənədlər, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə sübuta yetirilmişdir. Şəxsin inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə eyni zamanda qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı hallar aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim:- Günay İsmayıl
Məhkəmə qərarları › İş №3(079)-153/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-153/2025
30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver