Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-155/2025 15.10.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ X3 Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibi katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Şahid iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Babək rayonu, Cəhri kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1 (bir) uşaq atası, orta-ixtisas təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Babək rayonu, Cəhri qəsəbəsində yaşayan Şəxs (Fin kod – xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək Rayon Polis İdarəsinin 15 oktyabr 2025-ci il tarixli, 3-13-43-7/2-10717/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 15 oktyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər 15 oktyabr 2025-ci ildə Babək Rayon Məhkəməsinə daxil olmuşdur. 15 oktyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2025-ci il tarixdə Babək rayonu, Cəhri qəsəbəsində ucadan səs-küy salaraq polisin qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında 14 oktyabr 2024-cü ildə saat 23 radələrində yaşadığı evdən çölə çıxdığını, həmin vaxt bibisi oğlu Əkbərin oğlu Muradın avtomobili sürücülük hüququ olmadan idarə etməsinə görə X6 əməkdaşının onu saxladığını gördüyünü, avtomobilin bibisi oğlu Əkbərə məxsus olduğunu, bu vaxt Əkbərin də oraya gəldiyini, X6 əməkdaşı Əkbərin avtomobilinin duracağa aparılacağını dediyini, Əkbər sərxoş olduğu üçün onu tək qoymamaq məqsədilə özünün də avtomobilə əyləşdiyini, həmin vaxt içkili olduğunu, kəndin qurtaracağında gedərkən X4 Polisi əməkdaşından avtomobili duracağa aparmamasını istədiyini, həmin vaxt onlar arasında mübahisə yarandığını, Əkbərin əli ilə avtomobilin rolundan tutub sağa çəkdiyini və avtomobilin dayandığını, Polis əməkdaşının ona “əlini çək” dediyini, Əkbərin polis əməkdaşını vurduğunu və həmin vaxt X5 Polisi əməkdaşının tutaqlaşdıqlarını, özünün isə onları aralamaq istədiyini, polisin qanuni əmrinə tabesizlik göstərmədiyini, polis əməkdaşına qarşı nalayiq ifadə işlətmədiyini, lakin onları aralamaq məqsədilə avtomobilin içərisində hər ikisinin əlindən tutduğunu, polis əməkdaşının onu yanlış anladığını, onların hər iksini sakitləşdirmək məqsədilə polis əməkdaşının da qolundan tutduğunu, polis əməkdaşının bir əli ilə Əkbəri tutduğunu, Əkbərin dodağının partladığını, sonra avtomobildən yerə endiklərini, onların həmin vaxt yenə tutaqlaşdıqlarını, avtomobildən endikdən sonra da onları aralamağa çalışdığını, hadisə vaxtı hazırda əynində olan paltarları geyindiyini, videoda əks olunan onları aralamağa çalışanın özü olduğunu, həmin qolu ilə Əkbəri tutduğunu, özünün həmin vaxt “komandir buraxın” dediyini, bu vaxt Əkbərin qardaşı Vəlinin oraya gəldiyini, sonra polis əməkdaşlarının da oraya gəldiyini və polis şöbəsinə gəldiklərini bildirib yekunda isə səhvliyi varsa, bağışlanmasını istədiyini, məqsədinin onları aralamaq olduğunu, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Şahid məhkəmə iclasında verdiyi ifadəsində 14 oktyabr 2025-ci il tarixdə Babək rayonu, Cəhri qəsəbəsində xidmət apararkən **-BG-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil manevretmə qaydasını pozduğu üçün tərəfindən saxlanıldığını, həmin vaxt avtomobili idarə edən şəxsin sürücülük hüququ olmamasının müəyyən edildiyini, avtomobildə sürücünün bacısı olduğundan və gecənin qaranlıq vaxtı olduğundan ondan valideyninin çağırıbçağırmadığını soruşduğunu, sürücünün isə atasını çağırdığını bildirdiyini, atası yaxınlaşan vaxt onun sərxoş halda olduğunu, yıxıla-yıxıla onlara tərəf gəldiyini, bundan sonra onlara qanunvericiliyin tələbini izah edib, avtomobilin duracağa aparılacağını bildirdiyini, atası Əkbər isə “mən oturub sizinlə gedərəm” dediyini, həmin vaxt Əyyubun da yaxınlaşıb “mən də sizinlə getmək istəyirəm” dediyini, özünün də razı olduğunu, Əkbərin avtomobilin ön hissəsində sağda, Əyyubun avtomobilin araxasında əyləşdiyini, özünün isə avtomobili idarə etdiyini, qəsəbədən çıxan vaxt avtomobili 50-60 km/saat sürətlə idarə etdiyini, həmin vaxt Əkbərin avtomobilin rolundan tutub sağa çəkdiyini, özünün isə çətinliklə avtomobili yolun kənarında saxladığını, Əkbərin söyüş söyüb, təhqir edərək, həmçinin əl-qol ataraq “səni elə edəcəm, belə edəcəm, səni deyirəm bizi burax, buraxmırsan” dediyini, özünü Əkbərdən aralı tutmaq və zərbələrindən yayınmaq istəsə də, Əyyubun onun qolundan yapışdığını və buna maneə olduğunu, özünün Əyyubdan qolunu buraxmasını istədiyini, lakin qolunu buraxmadığını və qanunsuz əməllərinə davam etdiyini, həmin vaxt Vəli adlı şəxsin öz avtomobilindən enib onların olduğu avtomobilə yaxınlaşaraq arxa qapını açıb avtomobilə əyləşərək güc tətbiq etməyə başladığını, əl-qol hərəkətləri etdiyini və nalayiq ifadələr işlətdiyini, özünün dəfələrlə onlara “mən polisəm, qanunun keşiyindəyəm” deməsinə, həmçinin nizam-intizama dəvət etməsinə baxmayaraq onların qanunsuz əməllərinə davam etdiklərini, öz bildiklərini etdiklərini, yumruq və şillə atdıqlarını, nalayiq ifadələr işlətdiklərini və əlaqəsiz sözlər dediklərini, çarəsiz qaldığından Babək Rayon Polis idarəsinin növbətçi hissəsinə zəng edib post patrul əməkdaşlarının oraya gəlməsini xahiş etdiyini bundan sonra polis əməkdaşalrının oraya gəldiyini və şəxslərin saxlanılaraq polis idarəsinə gətirildiklərini qeyd etmiş, özünün sərxoş olmadığını, Əyyubun onları aralamaq fikri olsaydı, Əkbəri tutmalı olduğunu, qolunu buraxmasını istədikdə isə onu vurduğunu, bir əli ilə avtomobilin rolundan yapışdığını, Əyyubun isə iki əlli onun bir qolundan tutduğunu, Əkbərin isə rahat şəkildə onu vurduğunu, Əyyubun onları aralamaq niyyətinin olduğu halda sərxoş halda olan Əkbəri tutmalı olduğunu Videoda “əlini çək” deyən şəxsin özünün olduğunu və Əyyuba dediyini, özünün mübahisə etmədiyini, özünü müdafiə etməyə çalışdığını, Əyyubun onları aralamaq niyyətinin olduğu halda Əkbəri tutmalı olduğunu, ayağı ilə Əkbəri saxladığını, avtomobilin önünə tərəf gələn şəxsin Vəli olduğunu, avtomobildən endikdən sonra Vəlinin yumruq tutub üzərinə gəldiyini və vurduğunu, həmin vaxt kameranın üzərindən düşdüyünü, özü ilə xidmət edən digər polis əməkdaşının öndə getdiyini və mübahisədən xəbərdar olmadığını, onunla danışan vaxt özünün ona “burada problem var, təcili yaxınlaş” dediyini, Vəlinin sonra avtomobilinə əyləşib hadisə yerindən getdiyini, polis əməkdaşları gəldikdən sonra Vəlinin oraya yaxınlaşdığını, sadəcə özünü müdafiə etməkdə olduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməlləri həmin normaların tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində inzibati xəta əməlinin anlayışı verilib. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan əlavə qeyd edilən Məcəllənin 13-cü maddəsində inzibati xətanın qəsdən törədilməsinə aydınlıq gətirilərək müəyyən edilib ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmçinin Şəxs təqsirləndirildiyi İXM-in 535.1-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, polis işçisinin ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati xəta tərkibinin yaranmasına səbəb olan əməldir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Şəxs törətdiyi əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində qeyd edilən inzibati xəta tərkibini əlamətlərinə uyğun gəlməsi isə inzibati xəta haqqında protokol, eləcə də protokola əlavə edilmiş və iş materiallarında olan digər sənədlər, məhkəmə iclasında dindirilmiş şahidin izahatı və protokola əlavə edilmiş videoyazı ilə tam sübuta yetirilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətməsi məhkəmədə tədqiq edilən sübutlarla öz təsdiqini tapdığından o, həmin maddənin sanksiyası daxilində inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Ədalət prinsipi” adlanan 9-cu maddəsində qeyd edilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbehin məqsədləri isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb. Həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilərkən şəxsin törətmiş olduğu inzibati xətanın xarakteri və təqsirin dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin əməl qəsdən törədilmiş və eyni zamanda idarəçilik qaydaları əleyhinə olan inzibati xətadır. Şəxsin əməlində yüngülləşdirilən hal yoxdur, şəxsin inzibati xətanı sərxoş halda törətməsi isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş 15 oktyabr 2025-ci il tarixli, 580 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından Şəxs qanında alkoqolun konsentrasiyasının 0.46 promil olması qeyd edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” qaydalarının 2.4-cü bəndində qeyd edilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta əməlini sərxoş halda olan törətməsi isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran haldır. İXM-in 21-ci maddəsindən də görünür ki, inzibati tənbeh tətbiq edilməsinin əsas məqsədlərindən biri inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Məhkəmə Şəxs barəsində tənbeh tətbiq edərkən həbsin tətbiqi ilə bağlı müstəsna halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, məhkəməyə sübut kimi təqdim edilmiş videoyazının tədqiqi zamanı şəxsin əməlinin xarakterinin onun şəxsiyyətini həbsin tətbiqi üçün xarakterizə edən hallar müəyyən edilmir. Belə ki, İXM-in 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrıayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə şəxsin barəsində həbsin tətbiqi üçün müstəsna halların olmamasını nəzərə alaraq belə hesab edir ki, Şəxs barəsində cərimə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədləri baxımından kifayətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbeh növü olan cərimənin konkret həddi müəyyən edilmişdir. Həmin məcəllənin 31.4-1-ci madddəsinə əsasən isə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan belə məlum olur ki, şəxsin barəsində xx.xx.2025-ci il tarixdə 01:30-da inzibati qaydada tutma tətbiq edilmiş, şəxs həmin tarixdə 16:40-da azad edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsində qeyd edilir ki, inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. İşin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində cərimə inzibati tənbeh növü tətbiq edilməli, onun barəsində 150 (bir yüz əlli) manat cərimə tənbeh tədbiri tətbiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 129, “Məhkəmələr və Hakimlər haqqında Qanun”un 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin və cərimə məbləği Şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilə.
Məhkəmə qərarları › İş №3(079)-155/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-155/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver