Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-159/2025 03.11.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib edən orqanın nümayəndəsi Nümayəndə iştirakları ilə, 17 avqust 1991-ci ildə Babək rayonu, Gülşənabad kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı (FİN kodu xxxxxxx), orta təhsilli, subay, ********** VÖEN nömrəli fərdi sahibkar , Babək rayonu, Gülşənabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Babək Rayon Məhkəməsinə 20 oktyabr 2025-ci ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 14 saylı X4 17 oktyabr 2025-ci il tarixli, 3-53-3-15/2-181/2025 nömrəli məktubu ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 17 oktyabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Babək rayonu, Gülşənabad kəndində Şəxs tərəfindən “Körpü” restoranında formalaşan içməli, məişət və tullantı suları təyinatsız axıdılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 14 saylı X3 Bölməsinin rəis müavini Nümayəndə məhkəmə iclasında verdiyi izahatında təmsil etdiyim qurumun yeni yarandığını və Naxçıvan Muxtar Respublikası ərazisində sudan istifadə ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət tədbirlərini həyata keçirdiyini, nəzarət tədbirləri nəticəsində xidmətin baş idarəsi tərəfindən təsdiq olunmuş proqram əsasında monitorinqlər aparıldığını, monitorinq zamanı Babək rayonu, Cəhri qəsəbəsində və Gülşənabad kəndində baxış keçirildiyini, həmin vaxt inzibati xəta haqqında qeyd olunan restoran tərəfindən çirkab sularının təyinatsız axıdılması faktının aşkarlandığını, bununla bağlı həmin restoranın istifadəçisinin araşdırmaya dəvətə olunduğunu, aktın və protokolun tərtib olunmasında Şəxs iştirak etdiyini, səmimi etirafını nəzərə alıb onun barəsində protokol tərtib edib məhkəməyə göndərdiklərini, protokolun qanunvericiliyə uyğun olduğunu, bunun nəzərə alınaraq protokolun təmin edilməsini və vətəndaşın inzibati qaydada məsuliyyətə cəlb olunaraq müvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında çirkab sularının əl-üz yuma suyu olduğunu, su olmadığına görə həmin suyu axacaqlara axıtdıqlarını, ərazidə 1 ədəd şambo olduğunu, lakin üzəri betonlu olmadığını, Babək rayonu, Gülşənabad kəndində iki yerlərinin olduğunu, onlardan birinin onların digərinin isə Sənan Novruzovun olduğunu, həmin ərazinin də bağlı olduğunu, hazırda fəaliyyət göstərmədiyini, sahibkar kimi fəaliyyət göstərmədiyini, atasının daha çox Bakı şəhərində olduğundan obyektə özünün baxdığını, vergi ödəyicisinin atasının olduğunu, protokol tərtib olunarkən obyekti özünün istifadə etdiyini, hazırda da özünün istifadə etdiyini, əl-üz yuma və məişət suyunun ağaclara axıdıldığını, pozuntunun aradan qaldırdığını, əl-üz yuma yerini sökərək aradan qaldırdığını, Sənan Novruzova aid olan tərəfin isə fəaliyyət göstərmədiyini, əl-üz yuma yerinin hazırda istifadə olunmadığını, protokolla razılaşdığını, yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Şəxs törətdiyi inzibati xəta əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin mahiyyətinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən normaların tələbindən yola çıxaraq məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında araşdırılmış sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidmətinin 14 saylı X3 Bölməsinin 17 oktyabr 2025-ci il tarixli aktından görünür ki, su və su təyinatı obyektlərinin su mühafizə zonalarında Azərbaycan Respublikasının “Su Məcəlləsinin və bu sahəni tənzimləyən digər su qanunvericiliyi” aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə Babək rayonu, Gülşənabad kəndində obyekt və fərdi yaşayış evlərinə baxış keçirdikdə “Körpü” restoranında formalaşan içməli, məişət, tullantı sularının təyinatsız olaraq arxa və restoranın torpaq sahələri daxilində olan balıqçılıq təsərüffatı ilə məşğul olunduğu süni gölə axıdıldığı, həmçinin restoranın çirkab quyusunun normativlərə uyğun olmadığı yəni, çirkab quyusunun divarlarının su keçirməz və beton olmadığı müəyyən edilmişdir. Ərazidən çəkilən video və fotoşəkillər akta əlavə olunmuşdur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.2.5-ci bəndinə əsasən tullantı suları istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Həmin Qaydaların 9.1 - 9.2-ci bəndlərinə əsasən tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. Göründüyü kimi, qanunla maye tullantıların kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması qadağan olunmuş və buna görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə müəyyən olunduğu kimi qanunun göstərilən tələbi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən pozulmuş, fərdi yaşayış evinin formalaşan tullantı sularının xüsusi çəkilmiş boru vasitəsilə heç bir təmizlənmə prosesindən keçmədən birbaşa ətraf mühitə (çölə) axıdılması müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinə görə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, fotoşəkillər və inzibati materialda olan digər sənədlərlə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs tərəfindən sübuta yetirilmişdir. Şəxsin inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə eyni zamanda qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hər hansı hallar aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər. Hakim:- Günay İsmayıl
Məhkəmə qərarları › İş №3(079)-159/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-159/2025
03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver