Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(079)-16/2021 09.04.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Əliyev X1 Şəhər Məhkəməsinin “05” aprel 2021-ci il tarixli, 2(078)-43/2021 nömrəli qərardadı ilə daxil “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta törətməsində təqsirləndirilməsinə dair iş materiallarını nəzərdən keçirərək müəyyən etdim: Naxçıvan Şəhər Məhkəməsinin “05” aprel 2021-ci il tarixli, 2(078)-43/2021 nömrəli qərardadı əsasında eyni tarixli və nömrəli məktubu ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında işi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələbləri daxilində yoxlayan məhkəmə aşağıdakıları qeyd edir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında işi qanunvericiliyin tələbləri daxilində yoxlayan zaman məlum olur ki, hazırda məhkəmənin hakimi X2 icraatında “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(079)-15/2021 nömrəli inzibati xəta haqqında iş mövcuddur və həmin işin baxılması xx xxxxx 2021-ci il tarixə saat 1515-ə təyin edilmişdi. Qeyd edilən halı nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, hazırda məhkəmənin digər hakimin icraatında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(079)-15/2021 nömrəli inzibati xəta haqqında işlə icraatımda olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(079)- 16/2021 nömrəli inzibati xəta haqqında iş birləşdirilməlidir. Belə ki, şəxsin bir neçə inzibati xəta törətməsi halında ona inzibati tənbehin tətbiq edilməsi qaydaları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34cü maddəsində əks edilmişdi. Qeyd edilən Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “02” sentyabr 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən qeyd edilən Məcəllənin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərin məcmusunun yaranmasının ümumi şərtini müəyyən edərək onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutmuşdur. Eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını isə qanunverici eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən qərarında onu da qeyd etmişdir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Məhz buna görə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi bir neçə inzibati xətaya dair işlərin məcmusunun hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutur. Yuxarıda qeyd edilən maddi hüquq normaların tələbi baxımından məhkəmə belə nəticəyə gəlir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(079)- 16/2021 nömrəli inzibati xəta haqqında işə məhkəmənin icraatında olan həmin hüquqi şəxsin eyni əməllə təqsirləndirilməsinə dair 3(079)-15/2021 nömrəli işlə eyni vaxtda baxılmasının təmin edilməsi üçün həmin işlər üzrə icraat birləşdirilməlidir. İşlərin birləşdirilməsi ilə bağlı qəbul ediləcək məhkəmə aktının növünün hüquqi baxımdan əsaslandırılmasına gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində işlərin birləşdirilməsi və ayrılmasını tənzimləyən norma mövcud deyil. Bu vəziyyətdə məhkəmə hesab edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun “02” noyabr 2016-cı il tarixli qərarında qeyd etdiyi “cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir” hüquqi mövqeyini rəhbər tutmaqla yuxarıda qeyd olunan məsələ həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.5-ci maddəsi ilə müəyyən edilir ki, cinayət işi üzrə icraatın birləşdirilməsi müstəntiqin və ya prokurorun qərarı, xüsusi ittiham qaydasında icraat isə məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Bundan əlavə həmin Məcəllədən o da aydın olur ki icraatın birləşdirilməsi barədə qərardan şikayət verilməsi nəzərdə tutulmayıb. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 115-ci maddələrini rəhbər tutaraq qərara aldım: Naxçıvan Şəhər Məhkəməsinin “05” aprel 2021-ci il tarixli, 2(078)-43/2021 nömrəli qərardadı icraatıma daxil olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(079)-16/2021 nömrəli inzibati xəta haqqında iş məhkəmənin hakimi X2 icraatında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(079)-15/2021 nömrəli inzibati xəta haqqında işlə birləşdirilsin. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(079)-16/2021 nömrəli inzibati xəta haqqında iş məhkəmənin hakimi X3 təqdim edilsin. Bu qərardan şikayət verilə bilməz. Hakim: Zamiq Əliyev
Məhkəmə qərarları › İş №3(079)-16/2021
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №3(079)-16/2021
09.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver