Məhkəmə qərarları › İş №3(079)-17/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərar — İş №3(079)-17/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Babək şəhəri İş № 3(079)-17/2025 27.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Hakim İsmayıl Günay Mikayıl qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil, qərarından şikayət verilmiş orqanın nümayəndələri Nümayəndə1 Abutalıb oğlu, Nümayəndə2 və Nümayəndə3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 Mühit və Təbii X1 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Babək Rayon Məhkəməsinə 31 yanvar 2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli 3(078)-45/2025 nömrəli qərardadı ilə aidiyyəti üzrə baxılması üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X10 Mühit və Təbii X1 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından iş üzrə icraat aparılan şəxsin verdiyi şikayət daxil olmuşdur. Şəxs Naxçıvan MR ETSN yanında X10 Mühit və Təbii X1 Xidmətinin rəisi Nümayəndə3 tərəfindən xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Babək rayonu üzrə məsləhətçisi Məmmədov (adı və soyadı oxunmadığı üçün yaza bilmirəm, şəxsən də tanımıram) tərəfindən barəmdə xx.xx.2024-cü il tarixli ******* saylı protokol tərtib olunmuş və onun əsasında Naxçıvan MR ETSN yanında X10 Mühit və Təbii X1 Xidmətinin rəisi Nümayəndə3 tərəfindən xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qeyd etmək istərdim ki, həmin, protokol və qərar heç bir əsas olmadan mənə qarşı qərəzli olaraq qəbul olunmuşdur. Belə ki, protokol və rəydə qeyd olunmuş 228-ci maddə üzrə inzibati araşdırma aparılması İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. İnzibati Xətalar Məcəlləsinin 102.1-ci maddəsinə əsasən, sağlamlıq əleyhinə, yaxud maliyyə,vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci. 351-1-ci. 371-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibatı xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın va ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Qeyd olunan maddə isə mülkiyyət əleyhinə olan inzibati xətalar fəslinə aiddir və yuxarıdakı kateqoriyaların heç birinə aid olmadığı üçün barəmdə İXM-in 228-ci maddə üzrə inzibati araşdırma aparılması qanuna uyğun deyildir. Əlavə olaraq, özləri də bilmədən rəydə etiraf edərək məndən inzibati icraat başlamazdan əvvəl izahatımın alındığını qeyd ediblər (belə olsa belə bu qanunsuzdur), mənim əvəzimdən istədikləri məzmunda izahat yazmışlar (mən hələ də həmin inzibati araşdırma üzrə izahat verməmişəm) və məzmunu bizə məlum olmayan həmin izahata istinad olunub (protokolda həmin izahat qeyd olunmamış), heç bir faktı özündə əks etdirməyən (heç bir hüquq pozuntusunu əks etdirməyən) hansısa fotoşəkilə istinad olunub, mənim heç hüquq və vəzifələrim də həmin protokolda və ya hansısa bir çağırış vərəqində izah olunmayıb. Mənim rəhbəri olduğum şirkət elə (ekologiya Nazirliyinin özbaşınalığı ucbatından neçə aylar idi ki, fəaliyyətini dayandırmışdı (dəfələrlə bu barədə yazılı və şifahi şikayətlərim və müraciətlərim olmuşdur), necə ola bilər ki, 10 dekabr tarixində, yaxud ondan əvvəl mənim və ya maşınlarımın şəklini çəkiblər? Hansı sürücümü, texnikamı çəkiblər? Hansı nəqliyyat vasitəmizə baxış keçirib qum-çınqıl aşkar ediblər? Yoxsa mən özüm həm qazıb, həm də daşıyırdım onu çəkiblər?! Çox maraqlı haldır, görəsən o şəkillər hansı texniki vasitədən istifadə edilməklə çəkilib ki, onun texniki xüsusiyyətlərini və markasını, qeydiyyatını və s. bu kimi göstəricilərini protokola qeyd edə bilməyiblər? Digər tərəfdən, hansı yerdə (dəqiq koordinatda) və ya yerlərdə (koordinatlarda) və tarixdə (tarixlərdə) hansı texnika ilə mən bu qumu götüzdürmüşəm ki, nazirlik bunu tutub? Mənim şirkətim iyul ayının 15-dən işləmir, bütün işçilərimi çıxartmaq məcburiyyətində qalmışam, məni işləməyə qoymayan bu nazirlikdən və Əmlak Xidmətindən, habelə İqtisadiyyat Nazirliyindən şikayətçi olmuşam (yazılı məktublarım da var). Bu dediklərimi sübut edən, şahidlərim, maddi sübutlarım və rəsmi akt var. Hansı ki, inzibati xətanın baş verməsini sübut etmək yükü Ekologiya Nazirliyindədir, məndə deyildir. Hazırda adı çəkilən yataq ərazisindən rəsmi qaydada (tendersiz) istifadə edən şirkətlər var və bunu foto-şəkillərlə də sübut edə bilərəm. Lakin bizim şirkətimizin fəaliyyəti 2024-cü ilin iyul ayından dayandırılıb. İndi gəlsinlər onlar mənim işlədiyimi, iddia etdikləri tarixdə və yerdə (hansı ki, konkret olaraq belə bir tarix və yer qeyd edə bilmirlər) olduğunu, həmin yerin əvvəlki və sonrakı vəziyyətini sübut etsinlər. Bundan əlavə, 10 dekabr 2024-cü il tarixdə izahat verməyə dəvət olunmaqla bağlı rəsmi (və ya qeyri-rəsmi) qaydada bildiriş (çağırış vərəqi və ya məktub) göndərilmədiyi üçün də hüquq və vəzifələrimlə bağlı inzibati protokolun tərtib edilməsinə dair yazılı qaydada məlumat əldə edə bilməmişəm. Mənə iş materialları ilə tanış olmağa şərait yaradılmayıb. İnzibati xəta haqqında protokol mənim iştirakım olmadan tərtib edilmişdir. İş materiallarından da göründüyü kimi həmin protokolda mənim imzam qeyd olunmayıb (yalandan yazmışlar ki, guya mən imza etməkdən imtina etmişəm, məgər mən orada idim ki, imza elməkdən də imtina edim?). Mənə göndərilən bildiriş xx.xx.2024-cü il tarixdə çatıb, hansı ki, artıq bir neçə gün əvvəl (xx.xx.2024-cü ildə) inzibati tənbeh barədə qərar verilmişdi. Bundan əlavə, inzibati xətanın törədilmə tarixi dəqiq göstərilməmişdir. Belə ki, ******* saylı protokola qeyd olunur ki. Şəxs tərəfindən 2024-cü il ərzində qanunsuz olaraq Naxçıvançay İ xammal yatağından qanunsuz olaraq xammal (qumçınqıl) götürülmüşdür, lakin inzibati xətanın törədildiyi dəqiq tarix və yer (koordinatlar) qeyd olunmamışdır. X11 Məcəlləsinə əsasən, inzibati xəta törədildikdən 4 ay keçənə qədər inzibati tənbeh tətbiq edilə bilər. Bu baxımdan da xətanın törədilmə tarixi dəqiq müəyyən olunmalıdır. Qərardan şikayət vermiş şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında 15 iyun 2024-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının gəlib müəssisəni bağladıqlarını, 15 iyun 2024-cü ildən müəssisənin fəaliyyətinin olmadığını, bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdiyini, dəfələrlə Ekologiya naziri Xanlar və Azər müəllimin qəbulunda olduğunu, hər dəfə başqa sözlər “gözlə bir həftəyə xəbər çıxacaq, 10 günə xəbər çıxacaq” dediklərini, 2024-cü ilin dekabr ayının əvvəllərində kömək etmək adı ilə nazirliyə çağırıldığını, müəssisəyə qoyduğu 140000 manatdan çox xərcə münasibətdə həmin vaxt “bu sənədlər baş nazirin qarşısına gedəcək, sənin qoyduğun xərclər geri qayıdacaq, sizə kömək məqsədi ilə bunu edirik” dediklərini və getdikdə isə bir neçə sənədə imza etdirdiklərini, imzaladığı sənədlər barədə “sənin ora qoyduğun vəsaitin geri qayıtması üçün baş nazirə və ya müavininə təqdim olunacaq” dediklərini, bir müddət sonra heş bir şeydən xəbəri olmadan 27 dekabr 2024-cü ildə inzibati tənbeh vermə haqqında qərarın gəldiyini, həmin vaxt cərimə olunduğunu öyrəndiyini, həmin tarixdə nazirlikdə səmimiyyətlə qarşılandığına görə belə iş görəcəklərinə inanmadığını, fəaliyyətinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dayandırıldığını, həm qoyduğu xərcin batdığını, həm də qeyriqanuni cərimə edildiyini, onun fəaliyyətinin yer təki ilə əlaqəli olmadığını, lisenziyanın isə yer təkindən istifadə etmək üçün lazım olduğunu, müəssisəyə gəlib “buranı təcili şəkildə bağla” deyib bütün işçiləri çölə tökdüklərini, bununla bağlı 21 işçisinin-şahidinin olduğunu, ona 200000 manata yaxın ziyan dəydiyini və borca düşdüyünü, xidmətə çağırılanda bir neçə sənədə imza etdiyini, ali təhsilli olduğunu, yüksək nəticə ilə ali təhsil aldığını, cümlə qurub izahat yazmağa savadının çatdığını, izahatın yazılmasını üçün diqtə etmədiyini, onu səmimi qəbul etdikləri üçün inanıb həmin izahata oxumadan imza etdiyini, dağ mədən ayrıma statusu lisenziyasının mahiyyətinin çaydan və yataqdan istifadə etmək üçün olduğunu, özünün isə müəssisədə yalnız alınma və köhnə müəssisədən qalma materialdan istifadə etdiyini, obyekt işlətməyinin başqa, yataqdan istifadə etməyin isə başqa anlayışlar olduğunu, pirket istehsalının dağ madən ayırması lisenziyası ilə nə əlaqəsinin olduğunu, Naxçıvan Muxtar Respublikasında 100 yerdə pirket istehsal edildiyini, onların fəaliyyətinin nə səbəbə dayandırılmadığını, Azər müəllimin “Siz oradan satış etsəniz sizi tutuduracağam” deyə hədəqorxu gəldiyini, izahat yazılmasının ona təklif edilmədiyini, lakin xidmətin əməkdaşının yazdığı izahat oxumadan özünün imzaladığını, həmçinin həmin gün bir neçə sənəd imzaladığını, **- AC-*** dövlət qeydiyyat nişanlı və **-AC-*** dövlət qeydiyyat nişanlı mersedes markalı yük avtomobillərinin əvvəllər, müəssisənin fəaliyyət göstərdiyi vaxtlar müəssisənin icarəyə götürdüyünü, müəssisə bağlandıqdan sonra isə geri verildiyini bildirmiş, sonda qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxsin müdafiəçisi Vəkil məhkəmə iclasında verdiyi izahatında əməldə inzibati xətanın əlamətlərinin olması üçün obyektiv və subyektiv cəhətlərin tamamlanmalı olduğunu, akt və digər sənədlərdən inzibati xətanın 09 dekabr 2024-cü ildə baş verməsinin iddia edildiyini, həmçinin vurulmuş ziyanın miqdarının qeyd edildiyini və məkan məsələsində isə fotoşəkillərin əlavə olunduğunu, fotoşəkillərin hansı tarixdə, kim tərəfindən və harada çəkilməsinin aydın olmadığını, hansı texniki vasitədən istifadə edilərək çəkildiyinin məlum olmadığını, İXM-in tələblərinə əsasən fotoşəkillərin sübut kimi qiymətləndirilməsinin mümkün olmadığını, video çəkilişin isə ümumiyyətlə aparılmadığını, fotoşəkildə isə nə hüquqlarını müdafiə etdiyi şəxsin, nə də qumu daşıyan texnikanın görüntüsünün olduğunu, tərtib edilmiş aktda faktın aşkar edildiyini qeyd etdiklərini, hətta monitorinq aparılarkən faktın aşkar olunduğunun qeyd edildyini, fotoşəkildə isə həmin fakt, yəni nə Şəxs, nə də onun işçilərinin hər hansı texnika ilə qum daşıması, həmçinin avtomobilin dövlət qeydiyyat nişanının görünmədiyini, digər tərəfdən heç bir sənəddə qum-çınqılın götürülməsinin tarix və saatının qeyd olunmadığını, ümumi götürəndə hadisənin 09 dekabr 2024-cü ildə baş verməsinin qeyd olunduğunu, o qədər qum çınqılın isə bir gün ərzində götürülməsinin mümkün olmadığını, izahatda isə 2 ay ərzində qum çınqılın istehsal olunmasının əks olunduğunu, fakt 09 dekabr 2024-cü ildə baş veribsə hansı 2 aydan söhbət getdiyini, bunun da həqiqətə uyğun olmadığının göründüyünü, akt və izahatın eyni şəxs tərəfindən tərtib edildiyini, izahatda Şəxs qanunsuz əməl törətməsinin və qanunsuz hərəkət etməsinin qeyd olunduğunu, lakin həmin vaxt tərtib edilmiş aktda onun imzasının olmadığını, hər iki sənəd eyni vaxt tərtib edilibsə Şəxs nəyə görə hər iki sənədə imza etmədiyini, inzibati xəta haqqında protokol tərtib edilərkən izahat alınıbsa izahatın tarixinin nəyə görə ona uyğun olmadığını, inzibati xəta haqqında protokolun 09 dekabr 2024-cü il tarixdə tərtib edildiyini, akt və izahatda yazılanları müqayisə etdikdə eyni şəxs tərəfindən tərtib edilməsinin müəyyən olunduğunu, izahatın Şəxs tərəfindən yazılmadığının aydın olduğunu, Şəxs 24 dekabr 2024-cü ildə həmin orqana izahat üçün dəvət edildiyini, lakin Şəxs məktubu 25 dekabr 2024-cü il tarixdə aldığını, bununla bağlı sənədlərin portala yükləndiyini, orada texniki yalnışlıqla şəxsin məktubu 27 dekabr 2024-cü il tarixdə almasının qeyd olunduğunu, bununla bağlı “Naxçıvanpoçt” X16 21 yanvar 2025-ci il tarixli məktubundan da bu məhkəmə bildirişlərinin 25 dekabr 2024-cü il tarixdə təqdim olunduğunun aydın olduğunu, şəxsə göndərilmiş bildirişlərdə həmin məktubun alınması barədə imzanın belə olmadığını, buradan şəxsin inzibati araşdırmadan vaxtında məlumatlanmadığının müəyyən olunduğunu, digər tərəfdən protokolda hüquq və vəzifələrin izah olunmadığını və bu barədə bildirişin göndərilmədiyini, protokola güya şəxsin dəvət edilməsi və onun imza etməkdən imtina etməsinin qeyd olunduğunu, izahat verməsi üçün göndərilən məhkəmə bildirişinə də hüquq və vəzifələrin əlavə edilmədiyini, X11 Məcəlləsinə görə hüquq və vəzifələrin qeyd olunmalı olduğunu, 10 dekabr 2024-cü il tarixdə protokol tərtib edilərkən şəxs dəvət edilmişdirsə protokolda hüquq və vəzifələrin və izahatının nəyə görə olmadığını, fotoşəkildə inzibati xəta haqqında icraat aparılan şəxsin olmasının mümkün olmadığını, 09-10 dekabr 2024-cü il tarixdə belə bir inzibati xəta əməlinin baş vermədiyini, çünki 2024-cü ilin iyul ayında tərəf olan nazirlik tərəfindən müəssisənin bağlanıldığını, bununla əlaqədar Şəxs 26 sentyabr 2024-cü il tarixdə müraciət göndərdiyini və müraciətin 2-ci abzasında tərəfindən 21 iyul 2024-cü il tarixdə həmin orqan tərəfindən karxananın fəaliyyətinin dayandırlmasının qeyd olunduğunu, həmin müraciətə Ekologiya Nazirliyi tərəfindən 14 oktyabr 2024-cü il tarixli məktubla cavab verildiyini, məktubun sondan ikinci abzasında dayandırmanın həqiqətən də həyata keçirilməsi, həmçinin “mineral xammal götürülməsi müşahidə edildiyindən müəssisənin yer təki fəaliyyəti dayandırıb” qeyd olunduğunu, həmin tarixdə törədilibsə inzibati xətanın 5-6 ay əvvəl törədilmiş sayıldığını, məktubda Azər müəllimin karxanın fəaliyyətinin dayandırılmadığını qeyd etmədiyini, müəssisənin fəaliyyətinin 21 iyul 2024-cü il tarixdən dayandırılmasını həmin müəssisənin işçilərinin də təsdiq edə biləcəklərini, karxananın fəaliyyəti dayandırıldığı üçün Şəxs mütəmadi Ekologiya Nazirliyinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etdiyini, hətta 3 aylıq kirayə pulu olan 10000 manat pulu ödəyə bilmədiyinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məktub göndərərək müqaviləyə xitam verildiyini bəyan etdiyini və 2024-cü ilin oktyabr ayında təhvil-təslim aparıldığını, Şəxs bütün əmlaklarının alındığını, Əmək müfəttişliyi tərəfindən verilmiş məktubda isə 2024-cü ilin avqust ayının əvvəlindən işçilərin də çıxarılmasının müəyyən olunduğunu və həmin məktubu şikayətə əlavə etdiklərini, işçilərin çıxarıldığını, texnikalarının olmadığını, hətta Vergi Xidməti tərəfindən verilmiş məktubu da məhkəməyə təqdim etdiklərini, “olmayan bir müəsssisənin hansı bir texnikası həmin qumu götürə bilər?” sualının yarandığını, bir müəssisənin fəaliyyətinin qanunsuz olaraq dayandırılmasının nəinki inzibati məsuliyyətə, hətta cinayət məsuliyyətinə səbəb olduğunu, bunun sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə sayıldığını, “həqiqətən də də qanunsuz fəaliyyət var idisə nəyə görə 21 iyul 2024-cü il tarixdə müəssisə bağlanarkən həmin inzibati xətaya dair protokol tərtib edilib, fotoşəkillər çəkilib, sənədlərin hazırlanmadığını?” soruşduğunu, sahibkarın məqsədinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq olduğunu, aylarla bu prosesin davam etməsinin sahibkara külli miqdarda ziyan vurduğunu, müəssisəyə 160000 manat, təkcə qırıcı ələk üçün 28000 manat xərc qoyduğunu, ayda 10000 manata icarə müqaviləsinin bağlanılmasının Ali Məclis tərəfindən özəlləşmə adı ilə müvafiq fərmanla hayata keçirildiyini, olmayan bir inzibati xətanın sənədləşdirildiyini, Ekologiya Nazirliyinin topoqrafiya ilə işlədiyini, 2024-cü ilin dekabr ayının peyk görüntülərinin göstərilməsini tələb etdiyini, orada xətanın baş verdiyi yerin koordinatlarını çıxarmağın mümkün olduğunu, video görüntülərini də çəkməyin mümkün olduğunu, sonradan sənədləşdirmənin həyata keçirilməsinə cəhd edildiyini, 2023-cü il ərzində həmin ərazinin istifadəyə verilməsi ilə bağlı hər hansı bir tender həyata keçirilməsi barədə müvafiq sorğular verdiklərini, keçirilibsə bu barədə məlumatların verilməsini tələb etdiyini, cəmi 1 dəfə 2024-cü ilin iyun-iyul ayında tender keçirildiyini, bu müəssisənin qum istehsalı həyata keçirmədiyini, orada pirket istehsalının həyata keçirildiyini, kimdənsə qumu da alıb həyata keçirə biləcəklərini, icarə obyektinin dövlətdən götürüldüyünü və hər ay dövlətə 10000 manat icarə haqqı ödədiklərini, Ekologiya Nazirliyinin hansı səlahiyyətlə müəssisəyə daxil olduğunu, bununla bağlı sahibkarın yazılı şikayət etməklə kifayətləndiyini, aktı və izahatı yazan şəxsin eyni adam olmasının aşkar şəkildə müəyyən edildiyini, vəsatətlərdə əsas məqsədlərinin izahatın kim tərəfindən yazılmasının aşkar edilməsi, onların müqayisə edilməsi ilə bağlı olduğunu, izahatın İnzibati Xətalar Məcəlləsinə əsasən sübut növü kimi qiymətləndirildiyini, həmin sübut növünün qanunsuz olduğunu aşkara çıxarmaq istədiklərini və İnzibati Xətalar Məcəlləsində qanunsuz əldə edilmiş sübutların qiymətləndirilə bilməyəcəyini, Naxçıvanda illərdir heç bir müsahibə keçirilmədən yer təki sahələrinin istifadəsinə icazə verdiklərini, bunun 2024-cü ilin iyul ayına kimi davam etdiyini, ilk müsahibənin 2024-cü ilin iyun-iyul ayında keçirildiyini, "Şəxs izahatı siz yazın mən imza edəcəyəm” deməsini necə sübut edə biləcəklərini, həmin izahatın Şəxs tərəfindən yazılmadığını qarşı tərəfin etiraf etdiyini, orada heç bir texnikanın olmadığını, fotoşəkildə tarix və koordinatların olmadığını, istəsələr belə yaza bilməyəcəklərini, əvvəlki iclasda öz nümayəndələrinin də əlavə fotoşəkillərin olmadığını etiraf etdiklərini, fotoşəkilləri son iclasda təqdim olunan avtomobillərin müəssisənin ixtiyarında olmadığını, 2024-cü ilin oktyabr ayında həmin avtomobillərin dövlət müəssisənə geri təhvil verildiyini və həmin dövlət müəssisəsinin avtomobilləri bu günlərdə başqa bir müəssisəyə təhvil verməkdə olduqlarını, kimin maşını sürməsinin, kimin maşını oraya aparmasının sübut edilməsinin qarşı tərəfə aid olduğunu, 30 oktyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Xidməti ilə Zamin Qayablıyevin həmin avtomobilləri təhvil-təslim etdiyini, 2024-cü ilin dekabr ayında həmin avtomobillərin orada olmasının mümkün olmadığını, inzibati xətanın baş verməsinin sübut edilə bilmədiyini və həmin inzibati xətanın baş vermədiyini sübut edə bildiklərini, 24 dekabr 2024-cü il tarixdə izahatının alınması üçün göndərilən dəvət məktubunun şəxsə çatmasına əmin olmadan, yəni xəbərnamə almadan qərar qəbul olunduğunu, poçt xidmətinin təqdim etdiyi məktubdan da şəxsə göndərilən məktubun 25 dekabr 2024-cü il tarixdə ona çatmasının müəyyən edildiyini və bunu da məhkəməyə təqdim etdiklərini, bu halların nəzərə alınmasını və Ekologiya Nazirliyinin 24 dekabr 2024-cü il tarixli, ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdiklərini bildirmişdir. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında "xxxx" MMC tərəfindən 2024-cü ildə müxtəlif vaxtlarında Naxçıvançay birinci qum-çınqıl yatağından qanunsuz olaraq, yəni heç bir icazə sənədi olmadan yer səthindən istifadə etməklə 240 kubmetr qarışıq süxur götürüldüyünü, protokolda da qumçınqılın 09 dekabr 2024-cü ildə götürülməsini qeyd etmədiklərini, şəxsin də izahatında qumçınqılın ilin müxtəlif vaxtlarda götürməsini, 2 ay müddətində emal olunmasını və satışın həyata keçirildiyini qeyd etdiyini, bununla bağlı şəxsin 09 dekabr 2024-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəvət olunduğunu, həmin vaxt izahat verdiyini və izahatında qanunsuz olaraq götürülmüş materialı 2 ay müddətində istehsal edərək müəyyən hissəsini satdığını qeyd etdiyini, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyindən heç bir icazə sənədi almadığını etiraf etdiyini, şəxsin 2024-cü ilin müxtəlif vaxtlarında götürdüyü qum-çınqıl qarışığı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dağ-mədən ayırması statusu ilə bağlı heç bir icazə sənədinin verilmədiyini, şəxs izahatını verdikdən sonra aktın tərtib edildiyini, Şəxs izahatı alınarkən özünün də orada şəxsən iştirak etdiyini, “Mən özüm yazmıram, siz özünüz mənim sözlərimlə yazın, mən imza edəcəyəm” dediyini, izahatda qeyd edilənlərin hamısının onun dili ilə deyilmiş sözlər olduğunu və öz imzası ilə bunu təsdiq etdiyini, bundan sonra ona akt tərtib ediləcəyini ona bildiridiklərini, sonra Şəxs çölə çıxıb gəldikdən sonra onlara “hüquqşünasla danışdım, bir izahata imza et, akta imza etmə” dediyini, eyni zamanda saat 17-18 radələrində onun barəsində 10 dekabr 2024-cü il tarixdə protokol tərtib ediləcəyini bildirdiklərini, Şəxs isə “protokolu tərtib edib, mənim ünvanıma göndərərsiniz” dediyini, 10 dekabr 2024-cü il tarixdə onun barəsində Nümayəndə2 tərəfindən protokol tərtib edildiyini və həmin gün 3-14-32-8/2-Q-3-214/2024 nömrəli məktubla birlikdə protokolun şəxsin ünvanına göndərildiyini, onlarda olan bildirişə əsasən Şəxs protokolun surətini 21 dekabr 2024-cü il tarixdə aldığını, 21 dekabr 2024-cü il tarixdə izahatının alınması barədə 3-14-32-8/2-Q-3-225/2024 nömrəli, 17 dekabr 2024-cü il tarixli məktubun hazırlanıb şəxsin ünvanına göndərildiyini, lakin həmin tarixdə nazirliyə gəlmədiyini, bu səbəbdən də ona məxsus “***-***-**-**” mobil nömrəsinə zəng edib inzibati tənbeh vermə haqqında qərar çıxarılacağını bildirdiyini, Şəxs isə gələ bilməyəcəyini, barəsində çıxarılmış qərarın onun ünvanına göndərilməsini istədiyini, İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə uyğun olaraq vəzifəli şəxs qismində onun barəsində 2500 manat inzibati cərimə tənbeh növü tətbiq edildiyini və faydalı qazıntı yataqlarının qanunsuz istifadəsi nəticəsində dəymiş ziyanın hesablanması və ödənilməsi barədə rəyin surətinin 3-14-32-8/2-Q-3-229/2024 nömrəli məktubla onun ünvanına göndərildiyini, Şəxs isə həmin sənədləri 06 yanvar 2025-ci il də alması barədə xəbərnamənin onlara daxil olduğunu, inzibati materialların alınması barədə sorğunun 18 dekabr 2024-cü il tarixdə onlara daxil olduğunu, 27 dekabr 2024-cü il tarixdə isə həmin sənədlərin qarşı tərəfə təqdim etdiklərini, Şəxs buna dair İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə uyğun olaraq heç bir icazə sənədinin olmadığını, hazırki məsələnin müəssisənin bağlanması məsələsi deyil, müsəssisənin qanunsuz olaraq qum-çınqıl götürməyi ilə bağlı olduğunu, izahatın sonunda şəxsin sözləri ilə tərtib edildiyinə dair qeyd qoyduğunu, izahatın kim tərəfindən yazıldığına dair isə qeyd qoymadığını, şəxsin İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini sübut edən ən tutarlı əsasın onun izahatı olduğunu, həmçinin ərazinin fotoşəkillərinin olduğunu, fotoşəkillərin inzibati xəta törədilmiş həmin ərazini göstərdiyini, qum-çınqılın "xxxx" MMC tərəfindən götürüldüyünü, lazım olarsa ekspertiza təyin edilib ərazinin koordinatlarının götürülə biləcəyini, fotoşəkillərin Naxçıvançay İ qum-çınqıl yatağında çəkildiyini, həmin ərazinin qanunsuz istifadə edildiyini, baxış protokolunun olmadığını, əraziyə yerində baxış keçirilib və fotoşəkillərin çəkildiyini, baxış zamanı xidmətin 2 əməkdaşının və 2 nəfər - Geologiya və X4 X7 heyətinin sədri və onun müavininin iştirak etdiklərini, baxışın 09 dekabr 2024-cü ildə həyata keçirildiyini, baxış zamanı video qeydiyyatın aparılmadığını, yalnız ərazinin fotoşəkillərinin çəkildiyini, baxış zamanı özünün iştirak etmədiyini, təmsil etdiyi nazirliyin digər əməkdaşı Nümayəndə2 və digər əməkdaşın baxış keçirilməsində iştirak etdiklərini, qumçınqılın hər hansı texnika vasitəsilə həyata keçirilməsinə dair məlumat, həmçinin həmin texnikaların kimə məxsusluğu və qeydiyyat nişanı barədə məlumatların iş materiallarında olmadığını, qum-çınqılın "xxxx" MMC tərəfindən götürülməsini həmin müəssisənin direktoru Şəxs izahatında qeyd etdiyini, izahatı Şəxs özünün imzaladığını, şəxsən orada iştirak etdiyini, şəxsin izahatı alınarkən videoyazı aparılmadığını, hadisənin 09 dekabr 2024-cü ildə baş verdiyini, 10 dekabr 2024-cü ildə isə Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edildiyini, qum-çınqılın müxtəlif vaxtlarda götürülməsinin baxış zamanı aşkar edildiyini, bununla bağlı şəxsin özü izahatında 2024-cü ilin müxtəlif vaxtlarında qum-çınqılı götürməsini və 2 ay ərzində satmasını etiraf etdiyini, ərazinin topoqrafiyası və sənədləşdirilməsinin nazirlikdə olduğunu, onlar üçün yeganə tutarlı sübutun şəxsin izahatı olduğunu, bunun isə onlara kifayət etdiyini, müəssisənin qanuni fəaliyyət göstərmədiyini, müəssisənin nazirlikdən ekoloji rəy və dağ-mədən ayırma statusu almadığını, ekoloji sahədə heç bir sənədləşdirmə işinin aparılmadığını, çıxardıqları qərarın qüvvədə saxlanılmasını xahiş etdiyini bildirmişdir. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında verdiyi izahatında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin çıxardığı qərarın tam ədalətli və hüquqi bazaya uyğun olaraq qəbul edildiyini, söhbətin dövlət mülkiyyətinin külli miqdarda talan edilməsindən getdiyini, həmin müəssisənin istifadə etdiyi çay yatağında çəkilmiş fotoşəkillərin və videogörüntülərin də təqdim olunmasının mümkünlüyünü, müəssisənin fəaliyyətinə hüquqi əsasın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bununla bağlı müvafiq rəyi olarsa yarana biləcəyini, eyni zamanda dağ-mədən statusu almaq üçün auksion hərraclarda iştirak edilməsini və ya az yataqlaşmış ərazidirsə qarşılıqlı razılaşmanın zəruriliyini, müəssisənin heç bir hüquqi əsas olmadan fəaliyyət göstərdiyini, burada dövlətin mülkiyyətinin talanmasından söhbət getdiyini, özünün də tam hüquqi əsaslarla dövləti təmsil etdiyini, Naxçıvan Muxtar Respublikası ərazsində auksion keçirildiyini və ərazilərin hərraca çıxarıldığını, hərraca çıxarılarkən ərazinin qum-çınqıl yatağının və yaxud hər hansı digər yataqların şəffaf şəkildə hərracının keçirildiyini, Şəxs özünün də həmin hərraclarda iştirak etdiyini və bu barədə məlumatlı olduğunu, hərracı qazanan müəssisəyə dağ-mədən ayırma statusu aktı verildiyini, bundan sonra digər normativ aktların, yəni mapşeylr planı, yerquruluşu planı, mülkiyyətçinin razılıq sənədləri və digər normativ sənədlərin hazırlanıb verilməklə müəssisənin fəaliyətinin tənzimləndiyini, sözügedən sənədlərin təəssüf ki, heç birinin olmadığını və müəssisənin qeyri-qanuni fəaliyyət göstərdiyini, verilmiş izahatda kənardan alınma halının qeyd olunmadığını, qanunsuz istismar halının olduğunu, şəxsin özünün izahat verdiyini, ikinci bir tərəfdən bunun aparılmış müşahidələrin və Geologiya və X4 İstifadə Agentliyinin nümayəndələrinin apardığı monitorinq zamanı qeydə alındığını, montitorinqin 2024-cü ildə aparıldığını, kənardan gətirilən məhsulların satışı üçün lisenziyanın tələb olunmadığını, hansı müəssisədən alıbsa hesab, faktura və digər sənədlərin təqdim etməli olduqlarını, müəsisənin özünün yataqdan istifadə edibsə o zaman müəssisənin dağ-mədən ayırma aktı və digər sənədlərin qarşı tərəfdən tələb oluna biləcəyini, 2024-cü ilin iyun ayında, son olaraq da 2024-cü ilin dekabr ayında aparılmış müşahidələr zamanı pozuntunun qeydə alındığını, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dağ mədən fəaliyyətinin göstərilməsinə məhdudiyyət qoyduğunu, müəssisənin hər hansı fəaliyyət göstərməsinə məhdudiyyət qoymadığını, müəssisənin qeyri-qanuni yer səthindən istifadəsini dayandırdıqlarını, yəni texnikanın ərazidən çıxarıldığını, bununla bağlı müəssisəyə irad bildirildiyini, bütün prosedurların aparıldığını, son olaraq da 2024-cü ilin dekabr ayında bu məsələyə əsaslı şəkildə yanaşmanın olduğunu, fotoşəkillərin olduğunu, istismar olunmuş ərazidən götürülmüş qum-çınqıl ehtiyatının dövlətin qeydiyyatında duran ərazi olduğunu, bu gün çıxan qərardan asılı olaraq həmin müəssisəyə yenidən baxılacağını, bu iddianın arxasında duran şəxslərin də sonradan cavab verəcəklərini, çünki dövlətin mülkiyyətinin qaytarılıb yerinə qoyulmalı olduğunu, fotoşəkillərin 2024-cü ildə araşdırılma aparılan dövrdə çəkildiyini, fotoşəkillərlə yanaşı özünün də canlı şəkildə gördüyünü, bir neçə dəfə əraziyə getdiyini, onlarla birlikdə Geologiya və X4 İstifadə Agentliyinin nümayəndələrinin də orada olduqlarını, texnikaların çəkilib yenidən obyektin ərazisində saxlanıldığını, özlərinə də yetəri qədər qum-çınqıl tədarük edib topladıqlarını, bu gün də qum-çınqıl ehtiyyatının orada durduğunu, haradan tədarük edibsə bunun da sübutunu verə biləcəklərini, şəxsin qum-çınqılı haradan aldığını, obyektin ərazisində qum çınqılın nə üçün olduğunu, müəssisənin Naxçıvan Şəhər Tikinti İdarəsinin balansında formalaşan və icarəyə verilmiş bir müəssisə olduğunu, həmin müəssisənin istismar dövründə qum-çınqıl ehtiyyatının tükəndiyini, həmin ərazinin 1000 kub metr ərazi olaola sonradan orada qum-çınqıl ehtiyyatının haradan və necə formalaşdığını, qumu oraya kimin gətirdiyini, özlərinin bunu hələ güzəştlə etdiklərini, gələcəkdə bu məsələyə yenidən baxılacağını, fotoşəkillərin dekabr ayında çəkildiyini, 2024-cü il ərzində çəkildiyinin fakt olduğunu, müxtəlif vaxtlarda – iyun, oktyabr, dekabr aylarında çəkildiyini, qum çınqılın “Naxçıvançay” qum çınqıl yatağından götürüldüyünü, ərazinin koordinatları olduğunu, izahatında da satışla məşğul olduğunu dediyini, Şəxs həm karyer olaraq, həm də yataqdan istifadə etdiyini, bunları həm karyerdə, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyində bildirdiyini, bununla bağlı sübutlarının olduqlarını, Şəxs ərazini istismar etdiyini, Naxçıvan Muxtar Respublikası ərazisində qum-çınqıla olan tələbatın ən yüksək səviyyədə ödənilməsi üçün ayrı-ayrı yerlərdə geoloji axtarış və təftiş işləri həyata keçirildiyini, Muxtar Respublikada aparılan quruculuq işlərində qum-çınqıla olan tələbatın ödənilməsi üçün müəyyən tədbirlər həyata keçirildiyini, 09 dekabr 2024-cü il tarixdə tərtib olunmuş akt və 09 dekabr 2024-cü il tarixdə tərtib olunmuş protokolun Şəxs tərəfindən qum-çınqılın qanunsuz olaraq götürüldüyünü sübut etdiyini, tikinti işlərinin həyata keçirilməsi üçün bu qədər əhəmiyyətli olan xammalın qeyri-qanuni istismarı qanunla ziddiyət təşkil etdiyini və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi olmadan hər hansı qanuni tələblər irəli sürülmədən bu müəssisənin qeyri-qanuni fəaliyyət göstərdiyini və ayrı-ayrı müddətlərdə istismar olunduğunu bildirmiş, qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında 09 dekabr 2024-cü il tarixdə Babək rayonu ərazisində Naxçıvançay ərazsində qum-çınqıl faydalı qazıntı yataqlarının götürülməsi ilə bağlı ərazidə iştirak etdiklərini, araşdırma nəticəsində Şəxs əməli törətməsinin aşkar olunduğunu, bu səbəbdən də nazirliyə dəvət olunduğunu və izahatının alındığını, Şəxs izahatı alınarkən özünün də iştirak etdiyini, Zaminin həmin vaxt “izahat yaza bilmirəm” dediyini, izahatın xidmət əməkdaşı Əlizadə Əli tərəfindən yazıldığını, şəxsin izahatında həmin ərazidən faydalı qazıntıları götürməsini etiraf etdiyini, 29 mart 2020-ci il tarixli, 129 nömrəli Nazirli Kabinetinin qərarına əsasən faydalı qazıntı yataqlarının qanunsuz istifadə edilməsi və İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən Şəxs cərimənin tətbiq olunduğunu, ərazidə videoqeydiyyat aparılmamasının və koordinatlarının götürülməməsinin şəxsin ordan qum-çınqıl yatağını götürmədiyi anlamına gəlmədiyini, izahatında “mən həmin ərazidən 240 kub metr həcmində qum çınqılı götürmüşəm” deyə qeyd etdiyini, baxış zamanı özü, nazirliyin Ekoloji Ekspertiza, Ətraf Mühitə və Təbii X1 Xidmətinin Naxçıvan şəhəri üzrə məsləhətçisi Elməddin Şahgəldiyev və 2 nəfər Geologiya və X4 X7 heyətinin sədri Əli Vəliyev və onun müavini Ülvi Hacızadənin iştirak etdiklərini, ərzaidə son 1-2 gün ərzində qum-çınqılın götürülməsinin müəyyən olunduğunu, Geologiya və X4 İstifadə Agentliyinin əməkdaşlarının isə həmin ərazinin ölçü işlərini aparmaqla yataqdan 240 kub metr həcmində qum-çınqıl yatağının götürülməsini aşkar etdiklərini, araşdırma zamanı Şəxs həmin ərazini istismar etməsinin aşkar olunduğunu, bu səbəbdən də onun çağırıldığını və izahatının alındığını, Şəxs izahatında həmin ərazidən qum-çınqıl götürməsini etiraf etdiyini, baxış keçirilən gün qum-çınqıl götürülmədiyini, mütəxəssislərin qum-çınqılın ən yaxın zamanlarda götürülməsini bildirdiklərini, tam vaxtının isə bilinmədiyini, ərazinin Babək rayonunda Naxçıvançay ərazisində yerləşdiyini, "xxxx" MMC tərəfindən yataqların qeyri-qanuni istifadə olunduğunu, digər karyerləin öz ərazilərinin olduğunu, onların özlərinə məxsus ərazilərdən istifadə etdiklərini, karyerlərin bir-birinə yaxın yerləşdiyini, qanuni şəkildə fəaliyyət göstərən müəssisələrin olduğunu bildirmiş, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Şahid1 məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxslə heç bir qohumluğunun və ədavətinin olmadığını, "xxxx" MMC-də oprator-ələkçi işlədiyini, işlədiyi müəssisənin fəaliyyətinin 2024-cü ilin iyul ayının 15-20-də Ekologiya Nazirliyi tərəfindən dayandırıldığını, bir həftəyə düzələcəyini dediklərini, lakin sonradan çağırmadıqlarını, Ekologiya Nazirliyinin nümayəndələrinin karxanaya gəldiyini, hadisənin üzərindən çox vaxt keçdiyi üçün neçə şəxsin gəldiyini xatırlamadığını, təqribən 3-4 nəfər olduqlarını, işdən çıxdığını, operator işlədiyini, orada materialların olduğunu, həmin materialları işlətdiklərini, çay yatağından “Mersedes” markalı yük avtomobili ilə qum-çınqılın gətirilməsinin şahidi olmadığını, qum-çınqılın elə orada olduğunu, hazırda da orada qumçınqılın qaldığını, orada işləyən yük avtomobillərinin dövlət qeydiyyat nişanlarını xatırlamadığını, işlədiyi müddətdə qumun texnikalara yığılıb ələyə gətirildiyini, qum-çınqılın həyətdən gəldiyini, hardan gətirildiyini bilmədiyini, cəmi 3 ay fəaliyyət göstərdiklərini, 1 ay 20 gün təmir etdiklərini, 1 aydan bir az artıq isə istehsal etdiklərini, gələn qum-çınqılın ələyə töküldüyünü, ələyin roliklərinin olduğunu, ələyin hansısa hissələri xarab olanda ona baxdığını və nəzarət edib işlətdiyini, işlədiyi 3 ay vaxt ərzində müəssisəyə qum gətirilmədiyini, orada qumun onsuz da olduğunu, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin orada işlədilib-işlədilməməsinə fikir vermədiyini, müəssisələrin “Naxçıvançay” qum-çınqıl yatağından istifadə etmələrindən məlumatının olmadığını, bir ələkdən 8 maşın qumun çıxdığını bildirmişdir. Şahid2 məhkəmə iclasında verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə heç bir qohumluğunun və ədavətinin olmadığını, 2024-cü ilin aprel ayının ortalarından təmir işlərinə başladığını, 2024-cü ilin may ayının sonunadək makinaları təmir etdiklərini və işə başladıqlarını, pirketçıxarma bölümündə işlədiyini, bir müddət işlədiklərini, sonra işin bağlandığını, iş bağlanmnamışdan 10-15 gün əvvəl Ekologiya Nazirliyin əməkdaşlarının gəlib yoxlama apardıqlarını və aparatları qeydə aldıqlarını, 15 iyul 2024-cü ildə işin bağlanıldığını və 2024-cü ilin sentyabr ayınadək işsiz qaldığını, bu gün sabah iş açılar deyib gözlədiyini, lakin iş açılmadığından "xxxx" MMC-də işə düzəldiyini, Ekologiya Nazirliyinin 4 əməkdaşının yoxlama aparmaq üçün gəldiyini, həmin vaxt onların nə üçün gəldiyi barədə heç nə eşitmədiyini, sexdə başdan başlayaraq hər şeyi qeydiyyata almağa başladıqlarını və ondan gündəlik işlənən qum, çınqıl və sement barədə soruşduqlarını,”Zamin müəllimə sexdə zəng gəldi işi bağlayın” deyildiyini, özünün də oraya getdiyini, onun isə “Ekologiya Nazirliyinin işi dayanadırır, işləmək olmaz, makinalardan nəyin varsa təmizlə” dediyini, maşın operatoru işlədiyini, oraya qum-çınqılın gəlmədiyini, qum çınqılın hansı müəssisədən gətirilməsi barədə məlumatının olmadığını, hazır qumun gəldiyini, onun da istifadə etdiyini, 2024-cü ilin aprel ayının 15-20-si arası işə başladığını, 2024-cü ilin iyul ayının 15-26-sı isə xitam verildiyini, tam dəqiq xatırlamadığını, hələ də həyətdə qumun olduğunu, ordan götürüb istifadə etdiklərini, təzə işə başlamaq istəyəndə işin bağlanıldığını, çay yatağından qum-çınqılın götürülməsi ilə bağlı heç hara getmədiyini, orda istehsal olunan qumun da olduğunu, kənardan alınan qumun da olduğunu, qumu haradan aldıqlarını bilmədiyini, kənardan alınanın daş tozu olduğunu bildirmişdir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji Ekspertiza, Ətraf Mühitə və Təbii X1 Xidməti tərəfindən hüquqi şəxs "xxxx" MMC-nin direktoru Şəxs barəsində şəxsin İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirləndirilməsinə dair 10 dekabr 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin direktoru Şəxs Babək rayonu, Naxçıvançay İ (qum-çınqıl) xammalı yatağından qanunsuz yəni icazə almadan yer təkindən istifadə etməklə 2024-cü il ərzində (qum-çınqıl) 240 m3 xammalı götürərək inzibati xəta əməlini törətmişdir. 24 dekabr 2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla "xxxx" MMC-nin direktoru Şəxs Babək rayonu, Naxçıvançay İ (qum-çınqıl) xammalı yatağından qanunsuz yəni icazə almadan yer təkindən istifadə etməklə 2024-cü il ərzində (qum-çınqıl) 240 m3 xammalı götürdüyünə görə İXM-in 228-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə olunmuşdur. İXM-in 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəməyə sübut kimi təqdim edilmiş xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Ekspertiza, Ətraf Mühitə və X5 nəzarət Xidməti tərəfndən tərtib edilmiş 186 nömrəli aktdan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geologiya və X4 X7 Heyətinin sədri X14, Geologiya və X4 X7 Heyətinin sədr müavini X12, Ekoloji Ekspertiza, Ətraf Mühitə və Təbii X1 Xidmətinin Babək rayonu üzrə aparıcı məsləhətçisi Nümayəndə2, Ekoloji Ekspertiza, Ətraf Mühitə və Təbii X1 Xidmətinin Naxçıvan şəhəri üzrə məsləhətçisi X2 və "xxxx" MMC-nin direktoru Şəxs iştirakları ilə Agenetliyin 2024-cü il üçün obyektlər Planına və Geoloji tapşırığa müvafiq olaraq Babək rayon, Naxçıvançay-İ qum-çınqıl xammal yatağında keçirilən reyd yoxlama zamanı Kəngərli rayon, Çalxanqala kənd sakini, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən adı qeyd olunan ərazidən heç bir icazə sənədi olmadan qanunsuz olaraq 240 m3 qum-çınqıl xammalı götürüldüyü, Şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli, 119 nömrəli qərarının tələblərini pozduğu, ərazinin fotoşəkillərinin çəkilərək akta əlavə edildiyi, qeyd hissəsində isə Şəxs həmin aktı imzalamaqdan imtina etdiyi müəyyən olunur. Hüquqi şəxsin təqsirləndirildiyi inzibati xəta tərkibi icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə ilə bağlıdır. Protokol tərtib edən orqan hüquqi şəxsin Babək rayonu, Naxçıvançay-İ (qum-çınqıl) xammal yatağından qanunsuz yəni icazə almadan yer təkindən istifadə etməklə 2024-cü il ərzində (qum-çınqıl) xammalı (240 m3) götürərək inzibati xəta törətdiyinə istinad etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxs arasında bağlanmış icarə müqaviləsindən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilmiş qum-çınqıl karxanasının və karxanaya aid daşınar və daşınmaz əmlakların 1 il müddətə icarəyə verildiyi müəyyən olunur. İşdə olan Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə vəTəbii X1 Xidmətinin vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş tarixi bəlli olmayan “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə ziyanın hesablanması və ödənilməsi” barədə rəy və ona əlavə edilmiş cədvəldən görünür ki, Babək rayon Naxçıvançay-1 yatağında "xxxx" MMC-nin direktoru tərəfindən yer təkindən qanunsuz istifadə edilməsi nəticəsində dəymiş ziyanın məbləği 3360 (üç min üç yüz altmış manat) dəyərində müəyyən olunmuşdur. İşdə olan qazılmış süxur kütlələrinin daşınması ilə bağlı görüntünü özündə əks etdirən fotoşəkillərin surətindən görünür ki, ərazi qazıntı işləri aparılan əraziyə bənzəməklə orada müxtəlif tipli (yük və ekskovator) avtomobillər mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinin İ və İİ hissələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati xətalar haqqında qanunvericiliyin norma və prinsiplərinin təhlili onu göstərir ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Bundan başqa, şəxs barəsində inzibati tənbeh vermə haqqında qərarı o halda qəbul etmək olar ki, onun xətanı törətməkdə təqsiri sübuta yetirilsin, özü də, belə sübuta yetirilmə qanuni əsaslarla toplanmış sübutların məcmusu ilə mümkün olsun. Hazırkı işə münasibətdə onu qeyd etmək olar ki, Şəxs Babək rayon Naxçıvançay-1 yatağında "xxxx" MMC-nin direktoru olaraq yer təkindən qanunsuz, yəni icazə olmadan 2024-cü il ərzində 240 m3 qum-çınqıl götürməsi faktı qanuni əsaslarla sübuta yetirilə bilməmiş, həmçinin, toplanmış sübutlar öz-özlüyündə səthi aparılan araşdırmanın nəticəsinə əsaslanmaqla qanuni deyildir. Belə ki, ilk öncə inzibati tənbeh tətbiq etmiş orqan yer təkindən qanunsuz istifadə faktını və bu cür hərəkətlərin qanunsuz hesab edilməsini öz səlahiyyətli nümayəndəsinin imzaladığı (həqiqiliyi digər şəxslər tərəfindən təsdiq edilməmiş) 09 dekabr 2024-cü il tarixli, 186 nömrəli akt və şikayətçinin inzibati orqanda verdiyi etirafedici izahatı ilə əsaslandırmışdır. Ümumiyyətlə məhkəmə qeyd edir ki, akt hər hansı bir hadisəni iştirakçıların imzaları ilə rəsmiləşdirib ona sənəd statusunu verməyi özündə ifadə edən sənəd növüdür. Bundan başqa, onu da qeyd etmək olar ki, şəxsin əvvəllər verdiyi etirafedici izahatı onun təqsirinin sübuta yetirilməsinə bilavasitə əsas verən hal deyildir. Çünki, inzibati orqan inzibati hüquq pozmasını araşdırarkən təkcə şəxsin iradə və inikası ilə deyil, faktı təsdiq edən digər mötəbər (şəxsin etirafedici izahatını təsdiq edən) sübutlarla yanaşı onun əsaslılığını nəzərdən keçirməklə qərar qəbul etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan süxur kütlələrinin daşınması ilə bağlı işləri özündə əks etdirən fotoşəkillər çəkilən yerin koordinatlarını, həqiqətən də həmin yerin Naxçıvançay-İ qum-çınqıl xammal yatağının ərazisi olduğunu, həmin avtomobillərin kimə məxsusluğunu, avtomobilləri idarə edən, qanunsuz süxur daşıyan şəxslərin kimliyini və həmin şəxslərin barəsində protokol tərtib edilən vəzifəli şəxsə aidiyyətini təsdiq etmir və bu halın əksini sübut edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, qərar qəbul etmiş orqan tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, hadisənin baş vermə mexanizmi və şəraiti düzgün öyrənilməmiş, bununla bağlı lazımı təhlil aparılmamış və dəlillər toplanılmamış, eləcə də, bu halların araşdırılması istiqamətində digər prosessual hərəkətlər edilməmişdir. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, şəxsin əməlində inzibati xətanın mövcudluğu sübuta yetirilməli, şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. İnzibati xəta törədilməsində təqsirin sübuta yetirilməsi vəzifəsi şəxsin özünün deyil, inzibati orqanın üzərinə düşür. Hazırki işin materiallarından da göründüyü kimi inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan şəxsin barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən onun əməlində İXM-nin 228-ci maddəsinin tərkibinin mövcud olmasını təsdiq edən sübutların onun təqsirinin sübuta yetirilməsinə kifayət edib-etməməsinə diqqət yetirməmiş, Şəxs həqiqətən də yerin təkindən istifadə etməsinə, qum-çınqıl xammalı götürməsinə dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Şəxsin əməlində inzibati xəta tərkibinin mövcud olması üçün tərkibin bütün elementlərinin, yəni inzibati xətanın subyekti, subyektiv cəhəti, obyekti və obyektiv cəhətinin hamısı mövcud olmalıdır. Hazırki iş üzrə həmin hallar inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir ki, həmin sübutlar məhkəməyə təqdim edilməmiş, təqdim edilmiş sübutlar isə şəxsin təqsirliliyini sübuta yetirmir. İXM-in:

3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1. Həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4. İnzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Sözügedən halları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və İXM-in 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasina şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar