Məhkəmə qərarları › İş №3(079)-18/2020

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №3(079)-18/2020

14.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 3(079)-18/2020 14.07.2020 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinməsi barədə inzibati xəta haqqında iş üzrə xx xxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli protokolundan verilmiş şikayətə və ona əlavə olunmuş sənədləri işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək müəyyən etdim: Babək Rayon Məhkəməsinə “14” iyul 2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsindən aidiyyəti üzrə baxılması üçün X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinməsi barədə inzibati xəta haqqında iş üzrə xx xxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli protokolundan verilmiş şikayət daxil olmuşdur. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinməsi barədə inzibati xəta haqqında iş üzrə xx xxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli protokolundan verilmiş şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakimin həll etməli olduğu məsələlər qeyd olunmuşdur. Həmin Məcəllənin 132.1.1-ci maddəsinin tələbinə əsasən həll edilməli məsələlərdən biri də işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını müəyyən etməkdir. Həmin Məcəllənin 132.2.-ci maddəsinin tələbinə görə şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinməsi barədə inzibati xəta haqqında iş üzrə xx xxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli protokolundan verilmiş şikayət baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir. Lakin iş materiallarında olan sənədlərdən isə aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şəhəri, H.Əliyev, ev 44, mənzil 26 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin tələbinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şəhəri, H.Əliyev, ev 44, mənzil 26 ünvanında qeydiyyatda olduğundan yuxarıda qeyd olunan sənədlər Naxçıvan Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddələrini rəhbər tutaraq qərara aldım: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinməsi barədə inzibati xəta haqqında iş üzrə xx xxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli protokolundan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar